105
Novruz ilə Sədə bayramlarında,
Ayinlər yenidən olurdu bərpa.
Demək, hər il qeyd olunan Novruzda adət və ənənələr yenidən
bərpa olunurmuş. Buradan bir daha o qənaətə gəlmək olur ki, Sədə
bayramı da ümumi Novruz sisteminin tərkib hissəsinə daxil imiş.
Məlumdur ki, Novruza 50 (əlli) gün qalmış bu od bayramı qeyd
edilirmiş. Belə bir inam mövcud olmuşdur ki, guya od insanlar
tərəfindən həmin gün tapılıbmış. Nizami Gəncəvinin yaradıcılı-
ğından da aydın olur ki, od bayramı orta çağlarda dəbdəbə ilə qeyd
edilirmiş. Mehrikan bayramı haqqında da «Xəmsə»də söhbət
açılmışdır. Nizaminin yazdığına əsasən deyə bilərik ki, xalq
Novruz kimi, Mehrikana da musiqi ömrü bəxş etmişdir.
«Həvayi-Mehrikan «çalanda o dəm,
Huş başdan çıxırdı, gülürdü aləm (5, 168).
Böyük mütəfəkkir «İskəndərnamə»də Mehrikanla əlaqədar
yazır:
Nəğməyə başladı pəriüzlülər,
Günəş Mehrikanda daha xoş gələr (6, 221).
Bildiyimiz kimi, Mehrikan «Avesta» təqviminə görə payızın
birinci ayıdır. Mehrikan həmin ayın 16-cı günü keçirilibdir. Həmin
gün payız gecə-gündüz bərabərliyi olubdur. Elə bu kainat hadi-
səsinə görə həmin gün Mehrikan bayramı qeyd olunubdur.
Novruz mövzusu Nizamidən sonra da bədii ədəbiyyatda davam
etdirilmişdir. Belə demək mümkünsə, Novruz hər bir yaradıcı şəxs
üçün ilham mənbəyi olmuşdur. Kainat və planetdə baş verən
dəyişikliklərin özü yaradıcı insanlara bu və ya digər formada təsir
göstərir, onlarda xoş bir əhval-ruhiyyə yaradır.
106
III FƏSİL
NOVRUZ MƏRASİMLƏRİ
3.1. Novruz mərasimləri
Novruz sistemi bütövlükdə 365 günü əhatə edib, dörd çərşən-
bəni başa vurduqdan sonra tamamlanır. Novruz sisteminin bir ildə
dörd bərabərlik məqamı vardır.
1) Yaz bərabərliyi 21-22 mart,
2) Yay gündönümü 21-22 iyun,
3) Payız gecə-gündüz bərabərliyi 21-22 sentyabr,
4) Qış gündönümü 21-22 dekabr.
Günün uzunluğu coğrafi enlikdən və ilin fəslindən asılıdır.
Ekvatorda gündüz həmişə gecəyə bərabər olur. Şimal yarım-
kürəsində ən uzun gündüz yay bərabərliyində (21-22 iyunda), ən
qısa gündüz qış bərabərliyində (21-22 dekabrda) olur. Yaz və payız
bərabərliyində gündüzün uzunluğu gecəyə bərabərdir. Gecə-gündüz
bərabərliyi ildə iki dəfə (21-22 mart və 21-22 sentyabr) olur.
Novruz sistemi dünya modeli 4-lük və əksliklər üzərində qurulub-
dur. Dünyanın əmələ gəlməsi 4 ilkin ünsürdə (od, su, külək, torpaq)
əlaqəlidir. Qədim şumerlərdən üzü bəri göy (səma), su, hava və işıq
(od) həyatın yaradılış mənbəyi sayılıb.
İnsanoğlu bütün müşkülləri və çətinlikləri onu əhatə edən
kainatda və qoynunda yaşadığı təbiətdə qazandığı üçün elə bu
çıxılmazlıqların əlacını da kainat və təbiətin özündə arayıb-
axtarıbdır. Bu özəl səbəblə
107
coğrafi məkanda günəş, hava, torpaq və onun təkindəki su və başqa
komponentlər onlara və digər canlılara ciddi təsir edir. Qədim
düşüncə sahibləri müdrikcəsinə duymuşlar ki, kainat və planetin
səliqə-sahmanına, mizan-tərəzisinə, dəst -xətinə əsla toxunmaq, əl
gəzdirmək qeyri-mümkündür. Yaxşı biliblər ki, kainat və planet
ardıcıl, fasiləsiz və spiralvari şəkildə tənzimlənən qanunauyğunluğa
əsaslanır. Qədim türklər müdrikcəsinə biliblər ki, Göy-Tanrı
zamanın və bütün canlı aləmin yaradıcısıdır.
İnsan zamanı, vaxtı mükəmməlcəsinə müəyyənləşdirə bilib.
İnsanoğlu əyani şəkildə kainat və planetdə hər il baş verən yenilən-
məni gördüyündən, özünün də saflaşmasına, təmizlənməsinə ehti-
yac duyubdur. Kainatla və planetin qovuşuğunda məskunlaşmış
insan yerdən əvvəl kainatda (göy üzü) baş verən dəyişiklikləri
görübdür. Bu dəyişikliyi duyan və gözü ilə görən qədim və orta əsr
insanı kainat və təbiətə heç vaxt stabil yanaşmayıb. Əksinə, kainat
və təbiətə həmişə dinamik bir münasibət bəsləyib. Əcdadlarımız
yaxşı dərk ediblər ki, kainat və təbiətdə heç vaxt durğunluq ola
bilməz, ən azından, durğunluq külli-kainatın məhvi demək olardı.
Novruz sistemi kainat və təbiət qanunauyğunluqları toplusu,
onların özünüidarəsinin nümayişidir. Qədim insan kainat və təbiət
hadisələrinin sadəcə seyrçisi olmayıbdır. Kainat və təbiətdə baş
verən proseslərin diktəsi ilə dual görüşlərə yiyələnib. Ətrafında baş
verənlərin əksliklərin vəhdətindən yarandığını görən insan özü də
işlərini dual prinsiplər əsasında qurubdur. Novruz sistemi və onun
prinsiplərindən faydalanan ayin və mərasimlər kainat və təbiət
qanunauyğunluqlarına əsaslandığından min illərdi fəaliyyətdədir.
Novruz üstqurum xarakterli bayram deyidir. O, kainat və təbiət
qanunlarına əsaslandığından bazis xarakterli bir sistemə malikdir.
Novruz mərasim və ayinlərinin adları və icra formaları
transformasiyaya uğrasa da, əsrlərlə bu və ya digər ad və forma-
larda yaşadılmışdır. Bu ad və forma dəyişikliyi Novruzun əsl
mahiyyətini – nüvəsini dağıda bilməmişdir. Novruz sistemi həyatın
108
və cəmiyyətin harmonik inkişafını fasiləsiz tənzimlədiyindən ona
toxunmaq, onu başqa bir təbii qanunlar sistemi ilə əvəz etmək
qeyri-mümkündür.
Novruz ayin və mərasimləri kainat və təbiət qanunlarını özündə
ehtiva edən mənəvi dəyərlər məcmusudur. İlboyu Novruz dəyərləri
yüksək qiymətləndirilir. Qışda dirilik suyu, yazda yel (hava), yayda
od (günəş) və payızda torpaq müqəddəs tutulubdur. Elə bu 4 həyat
ünsürü Novruzun atributları sayılır. Novruzda suyun yerə
çilənməsi, Tanrıdan yağış umulması bitkilərin, o cümlədən taxılın
göyərdilməsinin və həyatın davam etməsinin simvoludur. Həyatın
davamı və bitkilərin boy atıb göyərməsi, məhsul verməsi su ilə
bərabər günəşlə də (odla) bağlıdır. Külli-kainata və təbiətə ruhu yel
(hava) bəxş edir. Planet (torpaq) bütün canlı və cansız aləmin
yaradıcısıdır. Canlı aləmin atası Göy üzü –Səma, anası isə Yer
kürəsidir.
Novruz sisteminin kulminasiyası sayılan Novruz bayramı (21-
22 mart) ayin və mərasimlərin zənginliyi ilə seçilir.
Bir çox tədqiqatçılar Novruzun məna və məzmununu, əhatə
dairəsini daraldırlar. Tədqiqatçıların əksəriyyəti Novruzu əkinçilik
və məhsuldarlıqla bağlayıb, onu darçərçivəli məişət törəni kimi
xarakterizə edirlər. Düzdür, Novruzun əhatə dairəsində əkinçilikdə
mövcuddur. Çox qəribədir ki, bu tendensiyanın tərəfdarları sovet
dövrünün tədqiqatçılarıdır. Orta əsr araşdırıcılarında belə bir motiv
olmayıb. Əksinə, orta əsr tədqiqatçıları Novruza daha qlobal
yanaşmışlar. Böyük ehtimalla deyə bilərik ki, sovet dövrünün
tədqiqatçıları məqsədli şəkildə ideoloji kursun repressiv rakursun-
dan çıxış edərək, Novruzu ən çox iş, əmək və əkinçiliklə əlaqələn-
dirmişlər ki, onu mənəvi repressiyadan qoruya bilsinlər.
İnsanlar Novruz təntənəsinə gəlib çıxana kimi ilboyu müxtəlif
çətinliklərdən və müəyyən mərhələlərdən keçməli olurlar.
Zaman anlayışını mükəmməl hesablamış insan keçdiyi hər bir
mərhələni ayrıca qeyd etmişdir. Bəzi mənbələrdə Novruzun son
Dostları ilə paylaş: |