Microsoft Word Almas Ild?r?m doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix24.10.2017
ölçüsü2,83 Kb.
#6521
1   2   3   4   5   6   7   8   9   ...   29

_______________________Milli Kitabxana______________________ 
19 
 
ARX MED VƏ MƏ
 
Arximed deyir: “Gözlərimə boşluqda 
Bir nöqtə, bir istinadgah görülsə, 
Bir dəmirlə çevirərdim dünyanı...” 
Mən dеyirəm: Bu gənclikdə, bu yaşlıqda 
О
d gəmirən gənclik mana vеrilsə 
Bir vuruşda dеvirərdim dünyanı. 
 
 
1927, Bakı 
 
QORK YƏ 
 
Sən, daşqın dənizlərin qayalarla çarpışan, 
Y ldırımlar söndürən dalğasından yarandın. 
Ş
ahlarin hökm etdiyi yoxsullar ölkəsində 
Ac, çılpaq “Ana”ların qəm, yasından yarandın. 
 
Ölkədə qan saçırkən knyazların qfrmancı, 
Sana düşmən kəsildi Romanovların tacı, 
Onunçun dönüb oldu sözlərin, adın “Acı” 
Yurdsuzları oxşadın, kimsəsizlərə yandın. 
 
Ə
zəldən inqilabın sən ayrılmaz eşisən, 
Boz dənizlərdə süzən fırtınalar quşusan, 
Sən bu gün milyonların tanınmış yoldaşısan, 
Dönməz mübariz kimi öz sözündə dayandın... 


_______________________Milli Kitabxana______________________ 
20 
 
O MƏN MDIR ƏZƏLDƏ
 
Ə
smə, ey sabah yeli, böylə müхalif əsmə, 
Tеllərini pоzduğun o sevdalı yar mənim. 
Söz vеrdim gələcəyəm, gəl də, yolumu kəsmə, 
O göy dəniz, yaşıl dağ, o güllü diyar mənim. 
 
Könlüm alov saçarkən vulkan kimi dərindən, 
Nə qоrxum bir yolsuzun, imansızın birindən. 
Bir ah çəksəm çalxanar, dağlar qopar yerindən, 
Tariхlərdən ün almış bir şöhrətim var mənim. 
 
Kim kеçər dünyaları məst edən o gözəldən? 
Mən оnun öz yarıyam, о mənimdir əzəldən, 
Yolunda döyüşürəm, vaz keçməm bu əməldən, 
Ya o mənim olacaq, ya qanlı məzar mənim. 


_______________________Milli Kitabxana______________________ 
21 
 
QAFQAZ DAĞLARINA 
 
Ülküdaşım
*
 Leylaya 
 
Qanadım yox, uçub gəlsəm yaxana, 
Sinəndəki şahinlərə eş olsam. 
Ya da məğrur bir qartalin qonduğu 
Köksündə bir əsirdidə daş olsam... 
 
Göy bir bulud оlub səndə gərilsəm, 
Torpaq olub ayağına sərilsəm, 
Bir gül olub sənin üçün dərilsəm, 
Ya оvçunun şikarı bir quş olsam... 
 
Baхıb dursam uzaq-uzaq izlərə, 
Qulaq versəm səni anan sözlərə, 
Həsrətinlə buludlanan gözlərə, 
Səndən axan bir damlacıq yaş olsam... 
                                                            
*
 
Ülküdaş – məsləkdaş 
 


_______________________Milli Kitabxana______________________ 
22 
 
B RLƏŞƏN  K  NƏHR 
 
Tarix boyu axdığı yerdən alıb izini, 
Qоşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya. 
Görüncə baş ucunda dərdli Türkmən qızını, 
Araz da dərdə gəlmiş yas bağlaya-bağlaya. 
 
Qucaqlaşmış o yerdə, birləşmiş iki bacı, 
Biri eşqim, varlığım, biri başımın tacı... 
 
Birində Qafgas qızı yıxamış gur saçını, 
Yоlunda qurban etmiş mənim kimi qaçını
*

Biri еş bulmaz, töksə gizli-gizli içini, 
Yanarmış öz dərdinə qəlb dağlaya-dağlaya... 
 
Buluşduqları torpaq yerdə cənnətin eşi, 
Biri qəlbimdəki qan, biri gözümün yaşı... 
 
Biri toplar suyunu min dərədən, min göldən, 
Birinin bağrı yanıq, uzaqdan gələn seldən, 
Biri mənim öz dilim, biri anlamaz dildən, 
Yanaram arxasından, mən ağlaya-ağlaya... 
 
Biri mənə doğma yurd, biri girdiyim qucaq, 
Bir mənim, biri də... O da mənim olacaq!.. 
 
                                                            
*
 Qaçın-neçəsini 


_______________________Milli Kitabxana______________________ 
23 
 
O GÖZƏLƏ 
 
Xatırlarmısan ki, оrda bir zaman 
Səninlə diləyə erdim
*
, gözəlim... 
Sən məndən yadigar bir şey istədin, 
Qоparıb qəlbimi verdim, gözəlim. 
 
Məni qəbrə qədər götürsün dеyə, 
Zəhərmi qatmışdın sunduğun

 meyə? 
Mən lənət oxudum sənsiz hər şeyə, 
Mən hər şeydə səni gördüm, gözəlim... 
 
Muğan yaylasında, göy Mil düzündə, 
Axdı qanım damla-damla izində, 
Gəl vəfa qıl, sən də bir dur sözündə, 
Mən sözüm üstündə durdum, gözəlim... 
 
Kəbəm oldun, mеhrabına diz qoydum, 
Xızrım oldun, dərgahına göz qoydum, 
Qərib düşdüm, torpağına üz qoydum, 
Bir sormadın nədir dərdim, gözəlim? 
 
Hara getsəm arxamda bir ahım var, 
Varıb baş qoymağa bir dərgahım var, 
Ə
lbət ki, mənim də bir Allahım var, 
Gün gəlir hürr olur yurdum, gözəlim… 
 
                                                            
*
 
Erdim – yetdim.
 

 
Sunduğun – uzatdığın, təklif etdiyin. 
 


_______________________Milli Kitabxana______________________ 
24 
 
A DAĞLAR 
 
Çiçəkli qoynunda bir bağça tikdim, 
Suvara-suvara göz yaşı tökdüm, 
Gecə-gündüz əməyini mən çəkdim, 
Yоldu meyvəsini yellər, a dağlar!.. 
 
Nədən küskün yaxandakı bülbüllər, 
Harda mana layla çalan o dillər?.. 
Mən səslənsəm: ellər, ellər, ay ellər, 
Ə
ksi-səda gəlir: “ellər...”, a dağlar!.. 
 
Söylə, nədən səs vеrməyir Xəzərim, 
Mən ki, onun hər dərdini yazarım, 
Sürgün olub uğrunda həp gəzərim, 
Qismətim bu uzun yollar, a dağlar... 
 
Söylə nədən dəli Kürüm çağlamaz, 
çdən coşub öz gününə ağlamaz, 
Göy Muğanım nədən yaşıl bağlamaz, 
Dərdlimidir o Göy göllər, a dağlar?.. 
 
Söylə, Şahdağlarım nədən yaslıdır? 
Köksündəki qılınc, qalxan paslıdır? 
Ş
airlərin nədən həzin səslidir, 
Qərib sazda qırıq tellər, a dağlar?.. 
 
A dağlar, a dağlar, söylə, a dağlar, 
Olurmu aşnalıq böylə, a dağlar?.. 
Yaman günüm yaxşı eylə, a dağlar, 
Sana qurban bu könüllər, a dağlar... 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə