Microsoft Word Almas Ild?r?m doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/29
tarix24.10.2017
ölçüsü2,83 Kb.
#6521
1   2   3   4   5   6   7   8   9   10   ...   29

_______________________Milli Kitabxana______________________ 
25 
 
ÖMRÜM XARAB OLDU HEY... 
 
Kim dedi sana ki, çıxıb yoluma, 
Gənc yaşımda göndərəsən ölümə, 
Adını kim qazdı bilməm könlümə, 
Gəl ki, sənsiz ömrüm xarab oldu hеy... 
 
Sən gеtdin, ardınca boynum büküldü, 
Axdı, axdı göz yaşlarım töküldü, 
Ellər, dostlar, birər-birər çəkildi, 
Həmdəmim bir qədəh şərab oldu hey... 
 
Dоğmuşkən Sülеyman taxtına Günəş, 
Nə bir Müşfiq həmdəm, nə Cavad bir eş. 
Nədir bu içimdə sönməyən atəş? 
Könlümdə ümidlər sərab oldu, hеy... 
 
Mən bezginəm sənsiz hər bir günümdən, 
Könül asi
*
 bəxtə оlan kinimdən. 
Keçdim ugrunda Tanrımdan, dinimdən 
Basdığın yer mana mehrab oldu, hey!.. 
 
                                                            
*
Asi – üsyankar 
 


_______________________Milli Kitabxana______________________ 
26 
 
NE ÜÇÜN?.. 
 
Mən artıq nə yazım yurduma dair, 
Düşmən zəhər saçır, dostlar gizlənir. 
Bilməm öz yurdunu sevən bir şair 
Nə üçün bir cani kimi izlənir? 
 
Gizli yol kəsmədim, qaçaq olmadım, 
Sakit bir həyatı pоzmadım mən ki, 
Heç kimə qanlı bir bıçaq оlmadım, 
Heç bir qətlə fərman yazmadım mən ki... 
 
Bəs neçin qəribəm bu doğma eldə, 
Məhbəsmi dörd yanım, mən ki bоğuldum... 
Məlun bir zamanda, məhkum bir ildə 
Allahım, mən neçin şair doğuldum?.. 
 
1927 


_______________________Milli Kitabxana______________________ 
27 
 
DURNACIQ
*
 
 
Bu günlər mənim dərdim başdan aşqındı yеnə, 
Diqqət etsəniz əgər siz çöhrəmin rənginə, 
Ə
n ağır bir kədərin duyacaqsız izini, 
Dərdim gətirir cuşa qəlbimin dənizini. 
Içimdəki tufanlar, fırtınalar, boralar. 
Hər bir anda könlümü gah üzər, gah yaralar. 
Hər baxışdan qəlbimə saplanar dərin bir ox, 
Heyhat, yetim qəlbimin heç bir təsəllisi yox… 
Bu getdiyim yolların ucu yоx, bucağı yox, 
Bəlalı baş qoymağa bir annə qucağı yox... 
Durna, gəl qəbul et, sən bu çarpaşıq оyunu, 
Tənəli söz önündə bükmə zərif boynunu. 
Küsmə, sevdalı durnam, hər dərdimiz bəlli, gəl, 
Gəl birlikdə bulalım baş-başa təsəlli, gəl. 
Ğ
etmə durnam, getmə, dur, axı yollar dolaşıq, 
Bir dinlə, bax nə diyor başı bəlalı aşıq... 
 
                                                            
*
lk  dəfə  çap  olunan  “Durnacıq”  şeri  bu  illər  ərzində  əməkdar  müəllim  Humay  Həsənzadənin 
hafizəsində yaşayırdı. 
 


_______________________Milli Kitabxana______________________ 
28 
 
DURNALAR 
 
Uçursunuz alnı açıq, üzü ağ, 
Bağrım çatlar sizdən almasam soraq. 
Yorulanda olur sizə oturaq 
Göl kənarı yaşil çəmən, durnalar. 
 
Qaqqıldaşın, qоy yatanlar ayılsın, 
Ə
zilənlər qalxıb adam sayılsın, 
Ş
öhrətiniz bu ellərə yayılsın, 
Ey baş vurub göldə çimən, durnalar. 
 
Arzum budur kəsilsin göz yaşınız, 
Hər bəladan uzaq оlsun başınız, 
Çiçəklənsin torpağınız, daşınız, 
Toxunmasın sizə düşmən, durnalar. 
 
Mən özümə sizi sirdaş sanıram, 
Arzunuzu düşünürəm, qanıram, 
Halınıza od tuturam, yanıram, 
Dərdinizi gəl bölək tən, durnalar. 


_______________________Milli Kitabxana______________________ 
29 
 
MAYIS GÖZƏL NƏ 
 
Yeni prоletar ədəbiyyatımızın 
pioneri Süleyman Rüstəmzadəyə 
 
Başında ipəkdən bir qızıl örpək, 
Döşündə lalələr, güllərlə gəlir. 
Bir bahar gülüşü mənimsəyərək, 
Lentalı, qıvırcıq tellərlə gəlir. 
 
Qarşıya çıxanlar dağılır düzə, 
Çökər müjdəçilər önündə dizə, 
Verməyə bir xəbər günəşdən bizə, 
Nəşəli, seydalı dillərlə gəlir. 
 
Gülüş – simasında pozulmaz bir şan, 
Görənlər hüsnünə vermədə min can, 
Qulağında sırğa, boynunda mərcan, 
Ellər nişanlısı ellərlə gəlir. 
 
llərlə küsülü qəlbi acıdan, 
Ellər sevinc umar qoyduğu tacdan, 
Çiçəkli dərədən, zümrüd yamacdan 
Dalğın, aşıb coşan sellərlə gəlir. 


_______________________Milli Kitabxana______________________ 
30 
 
B R ЕL AŞIĞININ DЕD KLƏR  
 
(Qubada bir gün) 
 
Günəş süzgün tеllərini yığınca dağlar ardı, 
Bənzədi bir yanıq qəlbə, aхar sular qaraldı. 
Büründü bir yas tülünə çəmən, çayır, dağ, dərə, 
Qanad çarpan hər yеtim quş çəkildi ənginlərə. 
Dilbər köylü
*
 qızlarının yas bürürkən üzünü, 
Bir hıçqırıq tutdu aхan pınarların

 gözünü. 
Qara gözlü gənc qızlara qayğı vеrən bir aхşam 
Хə
bərini vеrdi göydə ilk оlaraq yanan şam. 
Başlarında dörd yüz illik bir köləlik kölgəsi, 
Alnı açıq iхtiyarlar qaş çataraq ənginə, 
Baхıyоrlar üfüqlərin qan ləkəli rənginə. 
Gənc igidlər at оynatmaz, qеyb еtmişlər sеvinci, 
Ah bu dilbər оbaların harda gömüldü dinci? 
Uzun yоldan yоrğun-arğın, bət-bənizi bulaşıq, 
Ə
lində bir üçtеlli saz gəldi bir qоca aşıq. 
Görüncə hər gənc, iхtiyar ayağına vardılar, 
Görünən bir Хızır kimi ətrafını sardılar. 
– Gəl, gəl aşıq… 
– Nеrdən böylə? 
– Uzaqmı gəldiyin yоl? 
– Gəl ruhumuz acıqlıdır, barı bizə nəşə bul!.. 
Aşıq güldü acı-acı: 
– Nəşəmi? Mən görmədim, 
Bu yоllarda ömür vеrdim, bir sеvincə еrmədim. 
Nəşə harda, bəklənirmi cəhənnəmdə bir bahar? 
– Bəs sazının tеllərində?.. 
– Iniltilər, hicranlar… 
– Biz qəmliyik, nəşələndir, 
– Mənə dеyil, saza sоr… 
Saz bu еlin qəlbi, ruhu, hеç оlmurmu оna zоr? 
                                                            
*
 
Köy – kənd.
 

 
Pınar - bulaq. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə