Microsoft Word anasehife doc


Oğul Corc Buş (George Walker Bush) - 1946



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   30   31   32   33   34   35   36   37   38

 

82

43. Oğul Corc Buş (George Walker Bush) - 1946 

Prezidentlik dövrü: 2001-... Respublikaçı 

1946-cı ildə doğulub, Yel universitetini bitirib, hərbi hava qüvvələrində xidmət edib. 

1994-cü ildə Texasın qubernatoru seçilib. Bütün qubernatorlardan çox - 152 ölüm hökmünə 

imza atıb. 2000-ci ilə qədər bu hökmlərdən yalnız biri icra olunsa da, bu fakt ictimai qınağa 

səbəb olub. 

2000-ci il seçkilərinin nəticələrinə əsasən, uzun müddət qalibi müəyyən etmək çətin olub, 

qardaşı Ceb Buşun qubernator olduğu Florida ştatında seçkilərin nəticəsinin saxtalaşdırıldığı 

barədə məlumatlar yayılıb. Lakin dekabr ayında ABŞ Ali Məhkəməsi dörd səs əleyhinə, beş 

səs lehinə olmaqla, oğul Buşu prezident elan edib. 

Ginnesin Rekordlar kitabmm məlumatına görə, Buş hakimiyyətində varlı adamların sayı 

rekord təşkil edir. Bununla belə, yeni prezidentin kabineti irqi və milli azlıqların nüma-

yəndələrinin sayına görə  də rekord vurub. O, Asiya əsilli iki nəfəri nazir təyin edib, Afrika 

mənşəli Kolin Pauelə (2001) və xanım Kondoliza Raysa (2005) yüksək vəzifə - dövlət katibi 

vəzifəsini tapşırıb. 

ABŞ tarixinin ən dəhşətli faciəsinin - 3 min nəfərə yaxın insanın həlak olması ilə nəticələnən 

2001-ci ilin 11 sentyabr hadisələrinin baş verdiyi günü terrorizmlə müharibənin başlandığı gün 

elan edib. 2001-ci ilin noyabrında  Əfqanıstanın «Taliban» rejimini devirib, 2003-cü ilin 

martında İraqa qoşun yeridib və Səddam Hüseyn rejiminə son qoyub. 

«Azadlığa dəstək aktı»na edilmiş 907-ci düzəlişin - ABŞ hökumətinin Azərbaycana maliyyə 

yardımını qadağan edən düzəlişin qüvvəsinin dayandırılması (2002) onun adı ilə bağlıdır. 



"Birinci Ledi" Fenomeni 

ABŞ Konstitusiyasında prezidentlərin xanımları barədə birinci ledilər haqqında maddə 

yoxdur. Prezidentin xanımı  rəsmi vəzifə daşımır və maaş almır. Onun əsas vəzifəsi rəsmi 

tədbirlərdə ərini müşaiyət etmək, qayğıkeş arvad və mehriban ana nümunəsi göstərməkdir. 

Bununla belə, ölkənin siyasi həyatına birinci ledilərin təsirini danmaq olmaz. Qeyd edək ki, 

ABŞ-da «birinci ledi» titulu yalnız 20-ci əsrdə geniş işlənməyə başlayıb. 

ABŞ-ın ilk prezidentinin arvadı Marta Vaşinqton gələcək prezidentin general kimi döyüşdüyü 

illərdə daim onun ardınca döyüş bölgələrinə gedib, yaralılara yardım göstərib, onların 

paltarlarını tikib, xörək bişirib. Əri prezident seçildikdən sonra, demək olar ki, siyasi proseslərə 

müdaxilə etməyib. Lakin cümə günləri Ağ evdə qadınlar üçün çay süfrəsi təşkil edib və bu ənənə 

indiyədək yaşayır. 

2-ci prezident Con Adamsın arvadı Abigeyl Adams isə, əksinə, siyasi fəallığı ilə seçilib və 

buna görə tənqid hədəfinə çevrilib. 

Ceffersonun prezident seçilməsindən 18 il əvvəl arvadı  vəfat edib və o, bir daha 

evlənməyəcəyi barədə verdiyi vədə ömrünün sonuna kimi sadiq qalıb. Ona görə  də prezident 

seçilərkən Ağ Evin sahibəsi roluna dövlət katibi Ceyms Mədisonun xanımı Dolli Mədisonu 

məsləhət görüb. Dolli bu işin öhdəsindən o qədər uğurla gəlib ki, ərinin prezident seçilməsində 

də mühüm rol oynayıb. 

Dolli Medison 1814-cü ilin avqustunda Britaniya qoşunlarının hücumu zamanı  Ağ evdən 

mühüm dövlət sənədlərinin və digər qiymətli əşyaların evakuasiya olunmasına rəhbərlik edib. 

Əndryü Ceksonun xanımı Reçel 1828-ci il seçkilərində  ərinə yaxından kömək edib. O, 

Ceksonla yaşamağa başlayanda hələ əvvəlki əri ilə nikahı pozulmadığı üçün Reçeli xəyanətdə 

ittiham ediblər. Bütün bu təhqirlərə dözməyən Reçel ərinin iniaqurasiya mərasiminə  qədər 

infarkt keçirib və  vəfat edib. Ona görə  də birinci ledi funksiyasını prezidentin qohumu Emili 

Donelson yerinə yetirib. 

Culiya Tayler vəzifədə olan prezidentə  ərə gedən ilk qadın olub. Con Tayler prezident 

seçiləndən il yarım sonra arvadı vəfat edib və o, özündən 30 yaş kiçik Culiya ilə evlənib. Culiya 

ilk dəfə özünə şəxsi mətbuat katibi təyin edən birinci ledi sayılır. 

11-ci prezidentin xanımı Sara Polk Ağ evdə tünd spirtli içkiləri və qumar oyunlarını qadağan 

etməsi ilə yadda qalıb. 




 

83

General Zakari Teylorun arvadı Marqaret döyüş bölgələrində həmişə ərinin yanında olsa da, 



onun prezident seçilməsini istəməyib. Ərinin namizəd olduğunu eşidəndə isə dəhşətə gəlib və 

hər axşam dua edib ki, o, seçilməsin. Qəribədir ki, prezident seçiləndən 17 ay sonra Z.Teylor 

qəflətən vəfat edib. 

13-cü prezident Millard Fillmorun arvadı Abigeyl birinci ledi kimi Ağ evdə bircə kitabın, 

hətta Bibliyanın olmamasından dəhşətə  gəlib və kitab almaq üçün vəsait ayırmaq xahişi ilə 

Konqresə məktub yazıb, ayrılan vəsaitə kitabları özü alıb. 

Abraham Linkolnun arvadı Meri Linkoln emosional xarakteri və  qısqaclığı ilə  ərinə kifayət 

qədər ciddi problemlər yaradıb. Vətəndaş müharibəsinin çətinliklərinə baxmayaraq, Konqres dən 

Ağ evin təmirinə pul ayrılmasını inadkarlıqla tələb edib. A.Linkoln güllələnəndə onun dəfnində 

iştirak etməkdən boyun qaçırıb. Oğlu onu psixatriya xəstəxanasına yerləşdirməyə məcbur olub. 

19-cu prezident Heysin arvadı Lüsi Heys Ağ evdə spirtli içki və qumar oyunlarını, rəqs 

etməyi və  hətta bilyard oynamağı qadağan edib. Yeganə istisna 1877-ci ildə Rusiya 

nümayəndələrinin qəbulu zamanı edilib - müşavirlər onu inandıra biliblər ki, ruslarla içkisiz heç 

bir danışıq nəticə verməyəcək. 

Frensis Klivlənd ən gənc birinci ledi sayılır: o, 22 yaşında 47 yaşlı prezidentə ərə gedib və Ağ 

evdə ilk və yeganə toy mərasimi keçirilən birinci ledi olub. Onun şəkillərindən müxtəlif malların 

reklamında istifadə edilib. O vaxt buna görə icazə tələb olunmayıb. Prezidentin müvafiq qanun 

qəbul etdirmək istəyini isə Konqres dəstəkləməyib. 

Bencamin Harrisonun arvadı Kerolaynın tələbi ilə  Ağ evdə ilk dəfə telefon kommutatoru 

qoyulub (o vaxta qədər bütün administrasiya üçün cəmi bir telefon olub) və elektrik işığı çəkilib. 

Bununla belə, novator qadın elektrikdən o qədər qorxub ki, ömründə bir dəfə də olsun, işığı özü 

yandırıb-söndürməyib.  Əri də elektrikdən qorxub. Bir dəfə  Ağ evdə qulluqçu olmadığı üçün 

onlar gecə işığı söndürməyə cəsarət etməyərək, səhərə qədər işıqda yatmalı olublar. 

Uilyam Makkinlinin arvadı da heç vaxt qəbullarda iştirak etməyib. Həmişə yataq otağında 

corab toxumaqla məşğul olub. 3500 cüt ev ayaqqabısı toxuyub və xeyriyyə  məqsədləri ilə 

satdırıb. 

Teodor Ruzveltin arvadı Edit 6 uşaq böyüdüb və ictimai tədbirlərdə, demək olar ki, 

görünməyib. Lakin əri bütün mühüm məsələləri onunla müzakirə edib. Bəzən ev müzakirələri 

ciddi mübahisələrlə nəticələnib. 

27-ci prezident Uilyam Taft iclaslarda və protokol tədbirlərində yuxulamağa adət edibmiş. Ona 

görə də arvadı Helen Taft onu hər yerdə müşaiyət edir, iclaslarda mürgüləməyə başlayan dövlət 

başçısını dərhal yuxudan oyadırmış. Taftlar Ağ evdə inək saxlayan son ailə olub. 

Ağ evdə onları Uilsonlar əvəz edib və Uilsonun arvadı Ağ evdə qoyun saxlamağa başlayıb. O, 

qoyunların yununu Birinci dünya müharibəsi illərində hərracda satdıraraq, gələn gəliri Qırmızı 

Xaç cəmiyyətinin fonduna keçirtdirib. Bu qadın həm də, demək olar ki, Uilsonun katibliyinin 

rəisi funksiyasını yerinə yetirib. Prezidentin kimi və nə vaxt qəbul etməsini o müəyyənləşdirib. 

Herbert Huverin arvadı Lu Huver ərindən daha parlaq şəxsiyyət olub: geologiya sahəsində 

təhsil alan ilk qadm sayılıb, bir neçə dil bilib. ABŞ-da uşaq idmanını dəstəkləməklə yadda qalıb. 

Amerikanın  ən görkəmli birinci ledisi Franklin Ruzveltin arvadı Eleonor Ruzvelt sayılır. 

İkinci dünya müharibəsi illərində hərbi hissələrə baş çəkib, həmin dövrdə ABŞ-ın mülki müdafiə 

idarəsi rəisinin birinci müavini vəzifəsini tutub. Müntəzəm mətbuat konfransları (ancaq qadın 

reportyorlar dəvət edilib) keçirən ilk prezident arvadı olub. Ərinin vəfatından sonra ABŞ-ın 

BMT-də nümayəndəsi kimi çalışıb. 

Jaklin Kennedi ən cazibədar birinci ledi sayılır. Ağ evdə ən məşhur artistlərin konsertini təşkil 

edib. Ərinin ölümündən dərhal sonra onun qardaşı Robert Kennedi ilə, sonralar müxtəlif məşhur 

artistlərlə, nəhayət, yunan milyonçu Aristotel Onasislə alovlu məhəbbət macəraları yaşaması ilə 

yadda qalıb. 

Ledi Conson qarşısına ABŞ-ı gözəlləşdirmək məqsədi qoyub və küçələrdə çiçək əkdirib. 

Betti Ford ağıldankəm uşaqların qayğısına qalıb, yetim uşaqlar üçün Ağ evdə  qəbul təşkil 

edib. Tez-tez uşaq xəstəxanalarına baş çəkib, qocalara, xəstələrə və kasıblara yardım proqramını 

dəstəkləyib. 1976-cı ildə ərinin Karterə uduzmasını çox faciəvi şəkildə qarşılayıb; sakitləşdirici 

dərmanlar qəbul edib, içkiyə meyllənib və  ağır xəstəliyə tutulub. 2 ildən sonra alkoqol və 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə