Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə36/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

 
115
•  praktik  fəaliyyətdə  beynəlxalq  səviyyədə  tanınmış  stan-
dartların və məcəllələrin tətbiqi;  
•  əsas  maliyyə  göstəriciləri  və  maliyyə  institutları  təcrübə-
sinin müəyyən olunmuş normalara uyğunluğu üzərində nəzarətdən 
istifadə;  
•  böhranlı vəziyyətlərin proqnozlaşdırılması üçün böhranla-
rın erkən qarşısının alınması modellərindən istifadə, risklərin hər-
tərəfli təhlili və qiymətləndirilməsi.  
Nəzarət böhran sarsıntılarının və normalardan kənarlaşmala-
rın  qarşısının  alınması  məqsədilə  iqtisadiyyatın  bütün  sahələrinin 
tənzimlənməsinin mühüm tərkib hissəsidir.  
Nəzarət  aşağıdakı  nizamlayıcı  orqanlar  tərəfindən  həyata 
keçirilir: Mərkəzi Bank, Bank nəzarət orqanları, Maliyyə nazirliyi, 
Qiymətli  kağızlar  üzrə  komissiya,  Beynəlxalq  təşkilatlar,  Reytinq 
agentliklikləri  və  digər  təşkilatlar.  Xüsusilə,  nizamlayıcı  orqanlar 
qanunvericilikdən  kənarlaşma  və  ya  onun  pozulması  hallarını  aş-
kar etdikdə inandırmadan və xəbərdar etmədən tutmuş sanksiyala-
rın, cərimələrin tətbiqi və alınmış borcların dəyərinin artmasına sə-
bəb olan reytinqlərin aşağı düşməsinə kimi dəyişən düzəldici təd-
birlər görürlər.     
Ə
nənəvi  olaraq  maliyyə  bazarının  tənzimlənməsi  hissələrlə 
və  bir  neçə  nizamlayıcı  arasında  bölüşdürülərək  aparılır.  Maliyyə 
bazarlarının qloballaşması nəticəsində yaranan şəraitə cavab olaraq 
bir  çox  ölkələr  maliyyə  bazarının  bütün  sektorlarına  inteqrasiya 
olunmuş  (birləşmiş)  nəzarətin  yaradılmasına  yönəlmiş  meqatən-
zimləyıcı  institutundan  istifadə  edirlər.  Həmin  institut  açıq  və  li-
berallaşmış bazarlarda maliyyə institutlarının universallaşması ma-
raqlarına  cavab  verir,  bazar  risklərini  daha  operativ  surətdə  idarə 
etmək  qabiliyyətinə  malikdir  və  özündə  qanunvericilik  üsulların-
dan tutmuş əməliyyat üsullarına kimi   birləşdirir.  
Maliyyə  bazarının  dinamik  inkişafı,  yeni  vasitələrin  və 
institutların  yaranması  sabitliyə  qarşı  aşkar  və  gizli  təhlükələrin 
yaranmasına  səbəb  olurlar.  Böhranların  qarşısının  alınması 


 
116
bilavasitə  olaraq  risklərin  müəyyənləşdirilməsi  və  onların  idarə 
edilməsi  ilə  bağlıdır
102
.  Risklərin  qiymətləndirilməsi  üsullarının 
beynəlxalq təcrübədə tətbiqinin nümunəsi kimi bu zaman kapitalın 
kifayət miqdarının kredit, bazar və əməliyyat risklərini nəzərə alan 
ə
msalların  köməyilə  müəyyənləşdirildiyi  şəxsi  kapital  normaları 
haqqında olan Bazel sazişini göstərmək olar. Son on il ərzində Ba-
zel bank nəzarəti komitəsi tərəfindən faiz, kredit, əməliyyat və tö-
rəmə maliyyə vasitələri və elektron bankinqlə əlaqəli risklərin ida-
rə edilməsi üzrə yeddi normativ dərc etdirilmişdir. Bu gün onların 
müəyyənləşdirilməsi  və  idarə  edilməsi  üzrə  çox  saylı  müxtəlif 
üsullar mövcuddur.  
Böhranların  erkən  qarşısının  alınması  modelləri  –  inkişaf 
göstəricilərinin yüksək risklər sahəsinə kənarlaşması hallarının qa-
baqcadan  qiymətləndirilməsinə  və  düzəldici  tədbirlərin  görülmə-
sinə  əsaslanan  maliyyə  bazarında  böhranların  qarşısının  alınması 
üsullarından  biridir.  Bu  üsul  BVF-da  işlənib  hazırlanmaqdadır, 
onun elementlərinin bir qismi isə bəzi mərkəzi banklar və korpora-
siyalar tərəfindən maliyyə və valyuta böhranlarının qarşısının alın-
masında istifadə olunur.  
Beynəlxalq qəbul olunmuş standartlar və məcəllələr risklərin 
azalmasına kömək edən normaların təcrübədə tətbiqi yolu ilə böh-
ranların qarşısının alınmasına səbəb olur.  Bazar iqtisadiyyatı sub-
yektlərinin fəaliyyətinin  onun mövcud standartlara uyğunluğu ba-
xımından qiymətləndirilməsi qəbul edilən siyasi, iqtisadi, o cümlə-
dən investisiya qərarlarının keyfiyyətini artırmağa imkan verir.  
Maliyyə  fəaliyyətinin  bir  çox  sahələrində  beynəlxalq  stan-
dartlar  müəyyən  olunub.  BVF,  Dünya  Bankı,  Beynəlxalq  Hesab-
laşmalar Bankı digər beynəlxalq təşkilatlarla birlikdə ölkələrə ma-
liyyə və korporativ fəaliyyətlə və rəsmi məlumatların yayılması ilə 
bağlı  on  iki  sahə  üzrə  beynəlxalq  qəbul  olunmuş  standartlara  uy-
ğ
unluğunun  qiymətləndirilməsində  texniki  kömək  göstərirlər. 
                                                 
102
 Проблемы управления рисками. Конференции. Совещания. Семинары. 
– S. 56-62. 


 
117
Bank sistemlərinin sabitliyinin (möhkəmliyinin) və onların fəaliy-
yət təhlükəsizliyinin artırılmasına istiqamətlənmiş, bankların şəxsi 
kapitalının  norması  haqqında  Bazel  sazişi-2  bankların  fəaliyyəti 
zamanı yaranan risklərin azaldılması tələbi nəzərə alınmaqla bank 
kapitalının  kifayət  miqdarı  normativini  müəyyən  etmişdir.  Qəbul 
olunmuş  standartların  və  məcəllələrin  istifadəsi  ilə  bərabər  siyasi 
və  maliyyə  institutlarının  potensialı  gücləndirilməli,  maliyyə 
bazarının strukturu təkmilləşdirilməli və hesabatlığ və qəbul edilən 
siyasi qərarların şəffaflığı təmin edilməlidir.  
Hökumət başçılarının, maliyyə nazirlərinin və mərkəzi bank-
ların iclas gündəliyinə daima böhran hadisələrinə reaksiya və onla-
rın  qarşısının  alınması  ilə  bağlı  məsələlər  çıxarılır.  7  Qrupuna 
(“Böyük yeddiliyə”) daxil olan ölkələr dünya valyuta sisteminin və 
maliyyə  bazarlarının  möhkəmləndirilməsi,  BVF  islahatı  üzrə,  o 
cümlədən  beynəlxalq  standartların  işlənib  hazırlanması  və  istifa-
dəsi hissəsində, tədbirlər görmüş və digər təşəbbüslər etmişlər. Bu 
dünya valyuta sisteminin sabitliyinin qorunub saxlanılması və böh-
ranların  qarşısının  alınması  məqsədilə  edilmişdir.  Onların  həyata 
keçirilməsinin və böhranların qarşısının alınmasına təsirinin yekun 
nəticələri həmçinin dünya ictimaiyyətinin diqqət mərkəzindədir.  
CŞA-da  yaranmış  maliyyə  bazarı  böhranlarının  zəncirvarı 
reaksiyasına  cavab  olaraq  1999-cu  ildə  7  Qrupuna  daxil  olan 
ölkələrin təşəbbüsü ilə Maliyyə sabitliyi forumu (FSF) yaradılmış-
dır. Həmin forum aşağıdakı maliyyə orqanlarının: dörd beynəlxalq 
maliyyə institutunun, dörd beynəlxalq maliyyə komitəsi və komis-
siyasının  və  mərkəzi  bankların  iki  ekspert  komitələrinin      nüma-
yəndələrini birləşdirir, ildə iki dəfə onların görüşü keçirilir.   
Forumun  yaradılmasında  məqsəd  beynəlxalq  maliyyə 
sabitliyini  təmin  edən  siyasətin  formalaşdırılması,  dünya  maliyyə 
bazarının fəaliyyətinin yaxşılaşdırılması, və böhranların yayılması-
nın zəncirvarı reaksiyası ehtimalının azaldılmasıdır.  
Bu  məqsədin  həyata  keçirilməsi  üçün  Forum  maliyyə  baxı-
mından beynəlxalq qeyri-sabitlik risklərini müəyyən edir, böhran-
ların yaranma ehtimalının azaldılması üzrə tədbirləri müəyyən edir 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə