121
beynəlxalq təşkilatların maliyyə bazarlarının və onların iştirakçıla-
rının sabitliyinin təminatında oynadığı böyük rolu ilə şərtləndirilib.
Məlumat təhlili risklərin idarə edilməsinin ilki mərhələsidir.
Xarici risklərin qiymətləndirilməsi sahəsində layiqli diqqətə beynəl-
xalq təşkilatların BVF-nun Dünya inkişafının perspektivləri (WEO)
və Dünya maliyyəsinin sabitliyi haqqında məruzə (GFSR), UNCTAD
Dünya investisiyaları haqqında məruzəsi (WIR) kimi iqtisadi
icmalları, həmçinin illik məruzələr və statistik məcmuələr malikdir.
Daxili risklərin müəyyənləşdirilməsinə istiqamətlənmiş növ-
bəti mərhələ ölkələr tərəfindən maliyyə və iqtisadi sistemlərin və-
ziyyəti haqqında məlumatların açıqlanmasıdır. Məlumatın açıqlan-
ması və yayılması normaları BVF tərəfindən işlənib hazırlanmış
Məlumatların yayılmasının xüsusi standartı ilə müəyyənləşdirilib.
Son zamanlar milli bank və maliyyə sistemlərinin sabitliyinə
qarşı təhlükələrin təhlilinə həsr olunmuş öz tədqiqatlarını müntəzəm
dərc etdirən inkişaf etmiş ölkələrin mərkəzi banklarının sayı art-
mışdır. Maliyyə sabitliyi haqqında məruzələr (FSR) maliyyə baza-
rının sabitliyinin möhkəmlənməsinə, şəffaflığa, bazar intizamının
artırılmasına və onun iştirakçılarının məlumatlandırılmasına kömək
edir. Belə bir məruzə ilk dəfə 1995-ci ildə ngiltərə Bankı tərəfindən
dərc etdirilmişdir. Onda qeyd olunanlardan başqa əsas məqsədlər-
dən biri kimi maliyyə-bank sisteminin sabitliyinə təhlükə yaradan
potensial risklərin bazar iştirakçıları tərəfindən geniş müzakirəsinin
təşkili və onların azaldılması üsullarının axtarışı göstərilir.
Son illər mərkəzi bankların nəzarəti təcrübəsində reytinq
qiymətləndirmələri və statistik erkən qarşısını alma modelləri kimi
risklərin qiymətləndirilməsi üsulları geniş istifadə olunur. Milli nə-
zarət orqanları bankların miqdar parametrlərinin qiymətləndiril-
məsi və proqnozlaşdırılması üçün statistik erkən qarşısını alma
modellərindən geniş istifadə edirlər. Həmin üsullar CAMEL
(ABŞ), RATE (Böyük Britaniya), ORAP (Fransa) və ya PATROL
(Fransa) kimi reytinq sistemlərinin istifadəsilə tamamlanır. Bank
risklərinin keyfiyyət və kəmiyyət baxımından qiymətləndirmə
üsullarından istifadə bankların fəaliyyətinin güclü və zəif tərəf-
122
lərini, həmçinin nəzarət orqanlarının təsir üsullarını daha tam və
dəqiq müəyyən etməyə imkan verir. Bank nəzarəti üzrə Bazel ko-
mitəsi milli nəzarət orqanlarının işində qeyd olunan üsullardan
istifadə etməyə tövsiyə edir.
nvestisiya bankları və korporasiyaları tərəfindən geniş
istifadə olunan üsullara həmçinin böhranların erkən qarşısının
alınması üzrə müxtəlif reytinq metodikaları və modelləri aid edilir.
Reytinqlər investisiya qoyulan obyektin cari vəziyyətini qiymət-
ləndirməyə imkan verirlər. Məsələn, beynəlxalq reytinq agentliklə-
rinin müstəqil reytinqləri xarici bazarda borc götürən ölkələrin
ödəmə qabiliyyətini qiymətləndirirlər. Lakin reytinqlər maliyyə
problemlərinin yaranması baxımından gecikən göstəricilərdir. Bu
səbəbdən banklar öz tərəfdaşlarının və müştərilərinin maliyyə
göstəricilərində risklərin və mənfi meyllərin aşkar edilməsi və
milli valyutaların devalvasiyasının və maliyyə böhranlarının proq-
nozlaşdırılması üçün erkən qarşısını alma modellərindən istifadə
edirlər. Məsələn, Doyçe Bank dəyişən təhlil vasitələrinə əlavə
olaraq aşağıdakı dörd sahəyə: hökumət, cəmiyyət, təhlükəsizlik və
iqtisadiyyata aid olan 20 göstəricini qiymətləndirən DESIX adlı
siyasi sabitlik indeksindən istifadə edir.
Böhranların qarşısının alınmasına kömək edən normaların,
standartların və modellərin nüfuzlu institutların himayəsi altında
dünya təcrübəsində geniş tətbiqi zamanı səhvin rolu kəskin surətdə
böyüyür. Korporasiya və ya bank səviyyəsində, yeni risklər və ya
gözlənilməz hadisələr yarandıqda yalnız proqnozlaşdırma mo-
dellərini deyil, həmçinin böhran əleyhinə siyasəti operativ rejimdə
düzəltməyə imkan verən daxili dinamik əlaqələr mövcuddursa bu
zaman, lakin ancaq zamanla məhdud sınaqdan keçmiş və nüfuzlu
beynəlxalq institutların himayəsi altında təklif edilən, qəbul olun-
muş normalar, standartlar və modellər istifadə edilərkən yalnız
böhranların yayılmasını gücləndirəcək və zərəri artıracaq gizli
nöqsanlar və ziddiyyətlər meydana çıxa bilər. Buna misal kimi
BVF-nun 1990-cı illərdə iqtisadiyyatın tənzimlənməsinə moneta-
rizm yanaşmasına və kapitalın hərəkətinin sürətli liberallaşmasına
123
ə
saslanan inkişaf edən ölkələr üçün nəzərdə tutulmuş “Vaşinqton
konsensusu” adlı neoliberalizm doktrinası ilə birlikdə yürütdüyü
siyasətini göstərmək olar. 1995-ci ildə baş vermiş Meksika böhra-
nından sonra Fond böhranların erkən qarşısının alınması üzrə işlə-
nilməmiş sistemə böyük ümidlər bəsləyirdi. Səhvlərin rolu məlum-
dur – 1995-ci və 1997-1998 illərdə böhranların yayılmasının zən-
cirvarı reaksiyası nəticəsində böyük miqyaslı zərərlər. Beynəlxalq
təşkilatların maliyyə böhranlarının yaranması ehtimalının artmasına
təsirinin digər nümunəsi kimi BHB-nın tövsiyələridir ki, hansılarda
kapitalın kifayət etməsi normativinin hesablanması zamanı
uzunmüddətli kreditlərdən fərqli olaraq qısamüddətli kreditlər
praktiki olaraq risksiz kimi qiymətləndirilir. Bu təcrübə qərb bank-
ları tərəfindən formalaşan bazar iqtisadiyyatlarının ehtiyatsız kred-
itləşməsini və onlar tərəfindən qısamüddətli borcun yığılmasını
stimullaşdırırdı, bu da Asiya böhranında həlledici amil olmuşdur
104
.
Bütün böhranların tam qarşısının alınmasına zəmanət ver-
mək mümkün deyil, çünki bu inkişaf prosesinin ziddiyyətlərinin
ifadə formasıdır və çox vaxt maliyyə bazarlarından kənarda olan
bir çox amillərin nəticəsidir. Bu səbəbdən böhranların qarşısının
alınması mexanizmləri yalnız məlumatlandırma, nəzarət və sa-
bitliyin möhkəmləndirilməsi üzrə lazımi təcrübənin tətbiqi üçün
deyil, həmçinin böhran vəziyyətlərinin, onların qarşısının alınması
məqsədilə, müxtəlif inkişaf variantlarının təhlili üçün xidmət etmə-
lidirlər. Məhz sarsıntının test yoxlamasına və ssenari plan-
laşdırmasına əsaslanan bu üsullar BVF tərəfindən Üzv ölkələrin
maliyyə sabitliyinin qiymətləndirilməsi proqramı çərçivəsində is-
tifadə olunur və Bank nəzarəti üzrə Bazel komitəsi tərəfindən milli
nəzarət orqanlarına bankların sabitliyinin və bütövlükdə bank sis-
teminin qiymətləndirilməsi üçün tövsiyə olunur.
104
Монтес М.Ф., Попов В.В. «Азиатский вирус» или «голландская болез-
нь
»? Теория и история валютных кризисов в России и других странах». – s.
124; Сорос Дж. Кризис мирового капитализма. Открытое общество в
опасности
. – s. 195.
Dostları ilə paylaş: |