Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə39/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

 
124
Təbii fəlakətlərin erkən  qarşısının alınması üzrə bir çox xü-
susiləşdirilmiş sistemlərdə
105
 böhran hadisələrinə reaksiya vermək 
hazırlığının təminatı proseduru mövcuddur. Həmin prosedur çərçi-
vəsində  böhranın  mümkün  inkişaf  ssenariləri  əsasında  reaksiya 
vermə  yolları, böhranların inkişafının qarşısının alınması və zərə-
rin azaldılması üsulları müəyyən olunur, həmçinin böhran əleyhinə 
tədbirlərin  keçirilməsinə  görə  cavab  verən  orqanlar  formalaşır  və 
reaksiya  vermə  üçün  tələb  olunan  vasitələr  ehtiyatda  saxlanılır. 
Maliyyə bazarında böhranların qarşısının alınması üsullarını müza-
kirə  edərkən  BVF-da,  Mərkəzi  Bank  və  korporasiyalarda  analoji 
proseslərin  mövcudluğunu  ehtimal  etmək  olar.  Qeyd  olunan  təş-
kilatların  böhranların  aradan  qaldırılması  üçün  lazımi  vasitələrə 
malik  olmasına  baxmayaraq  böhran  hadisələrinə  reaksiya  vermək 
hazırlığının  təminatı  və  fövqəladə  (təcili)  planlaşdırma  üzrə 
prosedurlar dəsti böhran baş verən bazarların iştirakçılarının aktiv 
reaksiyasını nəzərə alsaq məxfi hesab olunur.      
BVF  böhranların  aradan  qaldırılması  üçün  kredit  vasitələri-
nin geniş dəstinə malikdir. Lakin onun vasitələri məhduddur və o, 
yalnız problemlərlə üzləşən ölkə tərəfindən sorğu edildikdə kömək 
göstərə  bilər.  Dövlət  orqanlarının  və  xüsusi  müəssisələrin  fövqə-
ladə planlaşdırma məqsədləri müxtəlifdir. Xüsusi müəssisələr böh-
ran zamanı satıla bilən  milli aktivləri satıb valyuta almaqla zərəri 
azaldıb  kapitalı  qoruyub  saxlamağa  çalışırlarsa  dövlət  orqanları 
fəaliyyətini  milli  maliyyə,  bank,  valyuta  sistemlərinin  sabitliyinin 
qorunub saxlanılmasına istiqamətləndirir.  
Beləliklə,  böhranların  qarşısının  alınması  üzrə  qazanılmış 
təcrübə  maliyyə  bazarında  böhranların  qarşısının  alınmasına  və 
ölkənin  sabit  sosial-iqtisadi  inkişafı  siyasətinin  formalaşdırılma-
sına istiqamətlənmiş üsulların və modellərin seçimi zamanı ətraflı 
qiymətləndirməni tələb edir.         
                                                 
105
  USAID  Famine  Early  Warning  System,  2000.  Early  Warning  Primer:  An 
Overview  of  Monitoring  and  Reporting  by  C.Chopak.  –  Website: 
http://www.fews.net/resources/gconten/pdf/1000006.pdf.  


 
125
3.2. MAL YYƏ BAZARINDA BÖHRANLARIN 
QARŞISININ ALINMASI S STEM N N ƏSAS 
ST QAMƏTLƏR   
 
Müasir  şəraitdə  çox  böyük  zərərlə  bağlı  olan  miqyaslı  fəla-
kətlərin və böhranların qarşısının alınması üçün geniş istifadə olu-
nan yanaşmalardan biri erkən qarşısını alma sistemlərinin istifadə-
sidir. Dünyada təbii və antropogen böhranların qarşısının alınması 
üçün  həmin  sistemlərin  istifadəsii  lə  bağlı  böyük  təcrübə  toplan-
mışdır. Hərbi münaqişələrin
106
, aclığın
107
, hidrometeoroloji və geo-
loji  fəlakətlərin  və  mənfi  sosial-iqtisadi  nəticələrlə  digər  miqyaslı 
hadisələrin  yaranma  ehtimalı  haqqında  qabaqcadan  xəbər  verən 
çox  saylı  müxtəlif  qabaqcadan  xəbərdarlıq  sistemi  (QXS)      möv-
cuddur.  Bu  gün  QXS  ayrı-ayrı  üsulları  valyuta  böhranlarının
108

bank
109
 və korporativ müflisləşmələrin
110
 qarşısının alınması üçün 
istifadə olunur.  
Maliyyə  bazarında  olan  böhranlar  zərərin  miqyaslarına  və 
sosial-iqtisadi  nəticələrinə  görə  qeyd  olunmuş  fəlakətlərlə  oxşar 
                                                 
106
Conflict and Peace Analysis and Response Manual / forum on early warning 
and early response. / 2
nd
 Edition – London; FEWER. – 1999. – s. 17; Dorn A.W. 
“Early and Late Warning by the UN Secretary-General of Threats to the Peace: 
Article  99  Revisited”,  in  Woodcock,  Ted  and  David,  David  (ed.),  The  Corn-
wallis Group V: Analysis for Crisis Response and Sicietal Reconstruction, Ca-
nadian Peacekeeping Press, NS, 2000. – S. 357.  
107
 USAID FEWS Project. Early Warning Primer: An Overview of Monitoring 
and 
Reporting. 

Prepared 
by 
C. 
Chopak. 
– 
2000. 
www.fews.net/resources/gconten/pdf/1000006.pdf. - s. 84. 
108
 Abiad A. “Early Warning Systems for Cirrency Crises: A Markov-Switching 
Approach  with  Applications  to  Southeast  Asia”.  Preliminary  draft  of  Ph.D. 
dissertation  in  Economics,  Departament  of  Economics,  University  of 
Pennsylvania, 1999. – s. 60.  
109
  Jagtiani  J.A.,  Kolari  J.W.,  Lemieux  C.M.,  Shin  G.H.  Predicting  Inadequate 
Capitalization: Early Warning Sistem for Bank Supervision. – Federal Reserve 
Bank of Chicago. – September, 2000. – s. 35.  
110
  Risk  Early  Warning  System:  Practical  Ways  to  Embed  Risk  Management. 
Deloitte & Touche, 2003. Website: www.deloitte.co.uk. 


 
126
olduğundan maliyyə bazarında sarsıntıların qarşısının alınması sis-
teminin  yaradılmasına  yanaşmaları  müəyyənləşdirmək  məqsədilə 
preventiv tədbirlər   istifadə xüsusiyyətlərini təhlil edib onun əsas 
funksiyalarını müəyyənləşdirək.  
1989-cu  ildə  təbii  fəlakətlər  nəticəsində  insan  qurbanlarının 
və  zərərin  artmasına  cavab  olaraq  BMT  1990-1999  illər  ərzində 
olan  dövrü  təbii  fəlakətlərin  azaldılması  üzrə  beynəlxalq  dekada 
adlandırmışdır
111
. Onillik ərzində irəli sürülmüş təşəbbüslər erkən 
qarşısını alma və risklərin idarə edilməsi üzrə sistemlərin element-
lərini  birləşdirən  Effektiv  erkən  qarşısının  alma  üzrə  əsas  prin-
siplərə  (Guiding  Principles  for  Effective  Early  Warning)
112
  daxil 
edilmiş və hakimiyyət strukturları tərəfindən istifadə üçün nəzərdə 
tutulmuşdurlar.  Bu  və  sonrakı  onilliklər  ərzində  erkən  qarşısını 
alma prinsipləri və üsulları inkişaf etməyə davam etmişdir.  
1996-cı  ildə  Beynəlxalq  Valyuta  Fondu  valyuta  böhranları-
nın  erkən  qarşısının  alınması  sistemini  işləyib  hazırlamağa  başla-
mışdır. BMT tərəfindən müharibə, quraqlıq, aclıq, daşqın təhlükəsi 
şə
raitində  daha  az  inkişaf  etmiş  ölkələrə  yardım  proqramları 
hazırlanıb, onlarda erkən qarşısını alma mexanizmləri nəzərdə tu-
tulub. Hərbi sahədə hərbi münaqişələrin erkən qarşısının alınması 
sistemləri geniş tətbiq olunur. Bu üsul risklərin, onların eyniləşdi-
rilməsi,  monitorinqi  və  təhlili  sahəsində,  ümumi  idarə  edilməsilə 
çox sayda oxşar cəhətlərə malikdir, lakin gözlənilməz, idarə olun-
mayan miqyas risklərilə bağlı olan problemlərin həllinə yanaşma-
nın sistemliyi və genişliyi ilə fərqlənir.   
  
                                                 
111
  22  dekabr  1989-cu  ildə  BMT  Baş  Assambleyası  (BA)  Təbii  fəlakətlərin 
azaldılması  üzrə  beynəlxalq  dekadanı  elan  etmiş  44/236  saylı  qətnamə  qəbul 
etmişdir.  Erkən  qarşısını  alma  sistemlərinin  işlənib  hazırlanmasına    xüsusi 
diqqət yetirilmişdir.  
112
 Guiding Principles for Effective Early Warning. United Nations. IDNDR 
Early Warning Programme. IDNDR Secretariat, Geneva, October, - 
http://www.gfz-potsdam.de/ewc98/docs/reports/guiding_principles.pdf
., 1997. – 
S. 4.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə