Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə37/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

 
118
və sabitliyə görə cavab verən maliyyə orqanlarının nümayəndələri 
arasında  qarşılıqlı  əlaqəyə  və  məlumat  mübadiləsinə  kömək  edir. 
Forumun  2004-cü  ilin  sentyabr  ayında  keçirilmiş  iclasında  xüsusi 
diqqət  risklərin  idarə  edilməsinə,  təkrar  sığorta  bazarının  şəffaflı-
ğ
ının  artırılmasına,  hec-fondlarla  və  ofşor  zonalarla  əlaqədar 
müxtəlif  məsələlərə,  beynəlxalq  mühasibat  hesabdarlığı  və  auditi 
üzrə beynəlxalq standartların inkişafına yetirilmişdir.  
BVF-nun  valyuta  və  borc  böhranlarının  qarşısının  alınması 
üzrə üç tərkib hissəyə: məlumat şəffaflığı, nəzarət və texniki  yar-
dım əsaslanır. Üzv ölkələrin iqtisadi vəziyyəti haqqında məlumatın 
şə
ffaflığının  artırılması  və  makroiqtisadi  məlumatların  vaxtında 
daxil olmasının təmin olunması üçün Fond məlumatların yayılması 
üzrə xüsusi standartı daxil etmişdir. Məlumat baxımından aşkarlıq 
siyasəti çərçivəsində Fond yalnız üzv ölkələrin iqtisadi göstəricilə-
rinə deyil, həmçinin öz fəaliyyəti, siyasəti, ehtiyatları və kreditlərin 
şə
raiti haqqında materialları, həmçinin elmi və müzakirə material-
larını dərc etdirir.  
Üzv ölkələrin hökumətlərinin praktiki fəaliyyətinə nəzarət – 
Fondun böhranların qarşısının alınması üzrə işinin əsas hissəsidir. 
BVF-nun Sazişinə müvafiq olaraq Fondun missiyaları ilə üzv ölkə-
lərin hökumətləri arasından keçirilən illik görüşlər zamanı Maliyyə 
sabitliyinin  qiymətləndirilməsi  proqramının  (FSAP)  və  Standart-
lara və məcəllələrə uyğunluq haqqında məruzənin (ROSC) prose-
durları  çərçivəsində  əsas  makroiqtisadi  göstəricilər  və  risklər  qiy-
mətləndirilir, sarsıntının test yoxlaması həyata keçirilir və müxtəlif 
sahələrdə  yürüdülən siyasətin beynəlxalq qəbul olunmuş standart-
lara və məcəllələrə uyğunluğu müəyyən olunur. Nəzarətin nəticələ-
ri və Fondun tövsiyələri müntəzəm surətdə dərc etdirilir. Ənənəvi 
olaraq Fond ölkələri onun böhran hadisələrinin qarşısının alınması 
üzrə tövsiyələrinə uyğun tədbirlərin görülməsi zəruriliyinə inandır-
maq istəyir.  
BVF  Maliyyə  institutlarının  potensialının  möhkəmləndiril-
məsində  və  sabit  iqtisadi  siyasətin  həyata  keçirilməsində  ölkələrə 
texniki yardım proqramlarını konsultasiyalar, texniki və diaqnostik 


 
119
məruzələrin hazırlanması, seminarların keçirilməsi və ölkələrin tə-
ləbləri  əsasında  mütəxəssislərin  təlimi  şəklində  həyata  keçirir. 
Texniki yardım Maliyyə sabitliyinin qiymətləndirilməsi proqramı-
nın  və  Standartlara  və  məcəllələrə  uyğunluq  haqqında  məruzənin 
məntiqi  davamıdır.  Nəzarət  və  texniki  yardım  sabit  inkişafı  və 
maliyyə  sabitliyini  təmin  edən  effektiv  vasitələrdir.  Onlar  Fond 
üzv ölkəni aşkar olunmuş problemlərin həlli üzrə qabaqlayıcı təd-
birlər  görməyə  inandırmaq  imkanına  malik  olduqda  böhranların 
qarşısını  almağa  kömək  edirlər.  Beynəlxalq  Valyuta  Fondu  son 
tədbir  kimi  maliyyə  çətinliklərini  yaşayan  ölkələrə  kreditlərin  ve-
rilməsi proqramlarını təklif edir.  
Böhranların  qarşısının  alınması  siyasətinin  həyata  keçmə-
sinin  məhdud  mənada  mənfi  nümunəsi  kimi  BVF  təcrübəsində 
istifadə olunan böhranların erkən qarşısının alınması sistemlərinin 
modellərinin  böhranların  qarşısının  alınması  üzrə  miqyaslı  sistem 
məsələnin həlli üçün istifadəsini göstərmək olar. Fond 1995-ci ildə 
baş  vermiş  Meksika  böhranından  sonra  1999-cu  ilə  qədər  əsas 
vasitə  kimi  makroiqtisadi  göstəricilərin  məhdud  toplamının  təhli-
linə  əsaslanan  və  valyuta  böhranlarının  proqnozlaşdırılması  üçün 
nəzərdə tutulmuş erkən qarşısını alma modellərindən istifadə edir-
di.  Modellərin  verdiyi  yanlış  siqnalların  böyük  miqdarı,  maliyyə 
sisteminin  keyfiyyət  göstəricilərinin  uçotunun  aparılmaması  və 
modellərin  işinin  keyfiyyətinin  yoxlanılması  üçün  şəraitin  ol-
maması,  modellərin  verdiyi  siqnalları  işləyib,  izah  etmək  baca-
rığının  olmaması  nəticədə  ona  səbəb  oldu  ki,  Fond  hətta  Asiya 
böhranı  ərəfəsində  həmin  regionda  hadisələrin  mənfi  inkişaf  edə 
biləcəyini heç təxmin belə etmirdi. 
Beləliklə,  böhranların  qarşısının  alınmasına  yalnız  proqnoz-
laşdırmanın  məlumat  modellərinə  əsaslanan  yanaşma  nüfuzdan 
salınmış,  Fondun  özü  isə  güclü  tənqidə  məruz  qalmışdır.  Valyuta 
böhranının yaranma ehtimalının proqnozlaşdırılması modelləri on-
ların  istifadəsi  təcrübəsi  toplandıqca  tədricən  ölkələrin  zəifliyinin 
qiymətləndirilməsi  vasitələri  sırasında  özünəməxsus  yer  tutmuş-
dur.  Bu  gün  BVF-nun  müvafiq  tədbirləri  böhranların  qarşısının 


 
120
alınması  probleminin  həllinə  sistem  yanaşma  ilə  birlikdə  erkən 
qarşısını almanın geniş izahına əsaslanmışdır.  
Beynəlxalq Hesablaşmalar Bankının əsas vəzifələrindən biri 
mərkəzi bankların, bank sistemlərinin sabitləşdirilməsi və böhran-
ların  qarşısının  alınması  məqsədilə,  kommersiya  banklarının  fəa-
liyyətinə  nəzarətinin  gücləndirilməsidir
103
.  1988-ci  ildə  Bankların 
şə
xsi  kapital  norması  haqqında  Bazel  sazişi  bağlanmış  və  həmin 
saziş  toplanılmış  təcrübəyə  əsaslanaraq  təkmilləşdirilmişdir.  Sazi-
ş
in yeni variantı (Bazel-2) 2004-cü ilin iyun ayında dərc etdirilmiş-
dir. Ona sazişin üç əsasını (hissəsini) təşkil edən, böhranların qar-
ş
ısının alınması üzrə demək olar ki, bütün yuxarıda sadalanan təd-
birlər  daxildir.  Yuxarıda  qeyd  olunduğu  kimi,  risklərin  mümkün 
ödənilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi metodi-
kası  nəzərə  alınmaqla  bankların  kapitalının  kifayət  etməsinə  dair 
tələblər  qoyulmuşdur.  Beləliklə,  riskləri  nəzərə  almağa,  onları 
azaltmağa və onların qarşısını almağa imkan verən bank təcrübəsi 
standartları və normaları müəyyən olunmuşdur.  
Qeyd olunan saziş qəbul edilən risklərin tam uyğun qiymət-
ləndirilməsinə və bankın daxili metodikalarının fəaliyyətinə effek-
tiv  nəzarəti  nəzərdə  tutan  kapitalın  kifayət  etməsinə  nəzarətin 
gücləndirilməsinə istiqamətlənmişdir. Bazel-2 bank tərəfindən ka-
pitalın  tərkibi  və  qəbul  olunmuş  risklər  haqqında  tam  məlumatın 
açıqlanmasını  tələb  edərək  bazar  intizamının  gücləndirilməsi  zə-
ruriliyini  xüsusi  qeyd  edir.  Bazel  sazişi-2  ilə  təklif  olunan  bank 
böhranlarının  qarşısının  alınması  mexanizmi  daha  məntiqli  və 
məqsədəuyğundur.  BHB-nın  bank  nəzarəti  üzrə  müxtəlif  sənəd-
lərində  sarsıntıların  test  yoxlamasından  və  erkən  qarşısını  alma 
tədbirindən istifadə etmək tövsiyə olunur.   
Beləliklə, qeyd etmək olar ki, BVF-nun və BHB-nın maliyyə 
bazarında  böhranların  qarşısının  alınması  üzrə  müasir  siyasəti 
geniş  yanaşmaya  əsaslanır  və  sistemliyi  ilə  fərqlənir.  Bu  həmin 
                                                 
103
 http://www.bis.org. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə