35
və şirkətlərində mühasibat qaydalarının çatışmazlığı, şəriklərin və
borc verənlərin hüquqlarının zəif qorunması, məhkəmə fəaliyyə-
tinin məhdudlaşdırılması kimi problemlərin meydana gəlməsi
mümkündür. Bunlara əlavə olaraq maliyyə qurumlarında yaxşı və
təcrübəli menecer azlığı, ölkədaxili yenidənqurma və sanasiya üzrə
mütəxəssislərinin olmaması və maliyyə quruluşlarının keçmişində
bu cür yenidənqurmaların olmaması qarşımıza çıxır. Eyni zamanda
məsələyə hökumət tərəfdən baxıldığında böhranın dərinləşməsinin
səbəblərindən biri olaraq hökumətin özünün etibar problemi ilə
qarşılaşmasıdır. İqtisadiyyatın və sistemin yenidən qurulmasında
monetar xərclərdən imtina olunması və zamanın düzgün seçilmə-
məsi ilə tez-tez rastlanılır. Koordinasiya probleminin qarışıq olma-
sı sistemli böhranların həllini çətinləşdirir.
İ
nkişaf etməkdə olan ölkələrdə maliyyə sisteminin ümumi
xüsusiyyəti maliyyə qurumlarının çeşidinin azlığı, maliyyə aktiv-
lərinin məhdud olması və əhəmiyyətli dərəcədə hökumət müda-
xilələrinin olmasıdır. Bu ölkələrdə formal olmayan maliyyə struk-
turları da kommersiya bankları ilə birgə fəaliyyət göstərirlər. Bəzi
ölkələrdə dövlət müxtəlif mərhələlərdə etdiyi müdaxilələrlə bank-
lara istiqamətlənən fondlara nəzarət etmək, qiymət müdaxilələri ilə
bank kreditlərinin paylanmasını istiqamətləndirmək və ya ban-
kların fəaliyyətlərinə müxtəlif miqdarda məhdudiyyətlər yaradır-
lar. Bu və ya oxşar tətbiqetmələr vasitəçi qurum olan bankların
ə
mələ gətirdiyi kreditləri məhdudlaşdıraraq fəaliyyət və məhsul-
darlıqdan uzaqlaşdırır, yığım, investisiya və iqtisadi inkişafa mənfi
təsir edir.
Beləliklə, hər bir ölkədə bank sisteminin böhrana salan fərqli
səbəblərlə bərabər, bütün ölkədə keçərli ortaq səbəblər də var və
beynəlxalq təcrübədə bank böhranının ən geniş yayılmış izahına
görə əgər aşağıdakı dörd şərtdən biri mövcud olarsa bank
sisteminin vəziyyəti böhranlı hesab oluna bilər:
1.
Bankların aktivlərində işləməyən, yəni gəlir gətirməyən
aktivlərin payı 10 %-dən çoxdur;
36
2.
Bankların xilas etmə əməliyyatına sərf olunan məsrəflər
ÜDM-un 2 %-dən çoxdur;
3.
Bank sektorunun problemləri bankların əhəmiyyətli his-
səsinin (10 %-dən artıq) milliləşdirilməsinə gətirib çıxarıb;
4.
Əmanətçilər arasında şaiyələr (panika) yaranıb və
depozitlərin kütləvi surətdə geri götürülməsi baş verib və ya
depozitlərin dondurulması, ya da ki, böhrana cavab olaraq höku-
mət tərəfindən depozitlərə ümumi zəmanətlərin tətbiq olunması ki-
mi fövqəladə tədbirlər görülüb.
37
1.4. VALYUTA BÖHRANI MALİYYƏ BÖHRANININ
TƏRKİB HISSƏSİ KİMİ
Valyuta krizisi bir ölkənin milli puluna etibarın itməsi, dola-
yısıyla spekulyasiya (alver, bazar qiymətləri) fondlarının həddən
artıq ölçüdə ölkəni tərk etməyə başlaması və mərkəzi bankın bütün
tədbirlərinə baxmayaraq mövcud vəziyyətin belə davam et-
dirilməsinin imkansızlığı şəklində özünü göstərir.
Pul böhranı pul vahidinə qarşı bir təzyiqin əhəmiyyətli olan
pul ehtiyyatlarının itkisinə və ya təzyiq sonrası müsbət nəticələr
ə
ldə olunarsa, pulda sürətli bir dəyərə və ya hər ikisinə birdən yol
açdığı bir vəzyyət olaraq göstərilir. Pul krizisinin bu göstəricisi sa-
bit məzənnə nisbətlərinə sadəcə
spekulyasiya təzyiqləri (misal: 2
iyul 1997 - ci il Tayland təcrübəsi) əhatə üçün deyil, eyni zamanda
dəyişən sabit məzənnələr rejiminin və ya bir valyuta lentinin
yerləşmiş qanunlarının digər tərəfində böyük bir devalüasyona
(kağız pulların məzənnəsinin aşağı düşməsi) yol açan təzyiqləri də
(misal: İndoneziyada 14 avqust 1997 - ci il tarixində dövrəyə
buraxmadan əvvəl pul kütləsinin genişlədilməsi) əhatə etmək üçün
lazımi şəkildə əhatəli olmaq avantajına sahibdir. Pul ehtiyatının
itkiləri də nəzərə alındığından uğursuz
spekulyasiya təzyiqləri də
(misal: 1999 - cu il Meksika krizisi dalğasında Argentinanın eh-
tiyat pul itkiləri) əhatə olunur.
Valyuta (pul) krizislərinin göstəriciləri isə aşağıdakı beş
qrupda toplana bilər:
1.
Zəyif makroiqtisadi göstəricilər və səhv iqtisadi siyasət.
2.
Malyyə bünövrəsinin yetərsizliyi/zəyifliyi.
3.
Əxlaqi risk və assimetrik informasiya
ifadəsi.
4.
Mövcud kreditlərin və beynəlxalq maliyyə təşklatlarının
səhv proqnozları.
5.
Terrorist hadisələri kimi gözlənilməz risklərin reallaşması.
Maliyyə krizisindən qabaq valyutanın dəyərinin düşməsi,
lazım olduqda beynəlxalq valyutaya qarşı iqtisadi agentlər tərəfin-
dən spekulyasiya təzyiqlərinin başladılmasına yol açır.
38
1994 - cü ilin sonunda Meksika krizisindən sonra Dornbusch
belə deyirdi: “Valyuta məzənnəsinə əsaslanan sabitləşmə proqramı
üç mərhələdən keçir. Birinci mərhələ-valyuta məzənnəsindəki
sabitlik iqtisadiyyatda da ümumi bir sabitləşmə saxlayır. İkinci
mərhələdə pulun real olaraq dəyər qazandığı məlumdur, gedərək
daha çox hiss olunur, fəqət bu mövzuda bir şey etmək düzgün ol-
maz. Üçüncü və son mərhələdə artıq bir tədbir görmək üçün çox
gecdir. Pulun real dəyər qazanması (və digər şərtlər) yüksək nis-
bətli bir devalüasyonu (kağız pulların məzənnəsinin aşağı düşməsi)
lazımlı bilir.
Valyuta böhranlarının təsnifatı yetərincə dərin işlənib hazır-
lanmışdır. Bu məsələ daha ətraflı Z.V.Atlas, A.V.Anikin, L.N.Kra-
savina tərəfindən müzakirə olunmuşdur. Valyuta böhranları həm
böhran hadisələrinin əsasında, həm də təzahür miqyasları üzrə
mövcud yaranma səbəbləri üzrə bölünürlər. Ölçü əlamətinə görə
ümumi və xüsusi böhranlar seçilir. Ümumi valyuta böhranları
ümumi iqtisadi böhranların tərkib hissəsidirlər, onlar həm qızılın
demonetizasiyası, valyutaların qiymətdən düşməsi, təkrar istehsal
sistemində struktur nisbətsizlikləri ilə permanent (daimi) xarakterə
malikdirlər, gecə böhranları müvəqqəti xarakterə malik olan amil-
lərlə - müharibələr, inflyasiya, pul-kredit mexanizminin balansının
pozulması ilə şərtləndirilmişdir. İkinci əlamətə əsasən böhranlar
dünya və yerli (lokal) olurlar. Dünya valyuta böhranlarına beynəl-
xalq valyuta münasibətlərinin xroniki ziddiyyətləri ilə qarışan val-
yuta sisteminin struktur böhranları aid edilir, məsələn, 1969-1971
illərin böhranı (bu böhran qızıl valyuta standartından imtina ilə nə-
ticələnmişdir).
Yerli valyuta böhranlarına ayrı ölkənin valyutasına zərər
vuran böhranlar aid edilir (məsələn, İkinci Dünya Müharibəsindən
sonrakı ilk illərdə Fransa və İngiltərə böhranları, 1994-1995 illərdə
baş vermiş Meksika böhranı). Valyuta böhranlarının səbəbləri
aşağıdakılardır:
• qısa və uzun müddətli dövri dəyişmələr;
Dostları ilə paylaş: |