Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə7/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   2   3   4   5   6   7   8   9   10   ...   68

 
22
davranışları  digərinin  likvidlik  və  borcunu  ödəmə  gücünə  təsir 
edəcəyinə  görə  hər  iki  tərəfdə  də  yenidənqurma  ehtiyacı 
yaranacaqdır.  Bu  vəziyyətdə  dövlət  yenidənqurmanın  əsas  akt-
yorlarından  biri  kimi  çıxış  edərək  hər  iki  tərəf  üçün  oyun 
qaydalarını  müəyyən  etməlidir.  Bu  qaydalar  çərçivəsində  yerli  və 
xarici  investorlar,  firma  sahibləri,  işçilər  və  dövlət  digərlərinin 
davranışlarının  nəticəsini  gözləyəcək  və  qərarlarını  buna  görə 
müəyyən  edəcəklər.  Bu  cür  davranış  forması  sistemli  böhranın 
meydana  gəldiyi,  yerli  və  xarici  kapitala  iqtisadiyyatın  ən  çox 
ehtiyac duyduğu vaxtda sözügedən aktyorların qarşılıqlı təsiredici 
nəticəsi bazardan geri çəkilmələrini daha yaxşı izah edəcəkdir. 
Böhran hadisələrinin və qiymətlərin maliyyə böhranları haq-
qında tədqiqatlarının geniş icmalı Ç.Kindlebergerin əsərində veril-
mişdir.
19
   
B.İnhengrinin və R.Portesin əsərində maliyyə böhranının tə-
rifi  bu  cür  verilmişdir:  “Maliyyə  böhranı  –  adətən  aktivlərin 
qiymətinin  aşağı  düşməsi  və  debitorların  və  vasitəçilərin  ödəmə 
qabiliyyətinin  olmaması  ilə  müşayiət  olunan  və  bütün  maliyyə 
sisteminin  işinə  aid  olub,  bazarları  iqtisadiyyatda  kapitalların 
təkrar  bölüşdürülməsi  üzrə  imkanlardan  məhrum  edən  maliyyə 
bazarlarının fəaliyyətinin pozulmasıdır”.
20
     
Ə
dəbiyyatda  maliyyə  böhranına  iki  baxış  növü  mövcuddur. 
Monetaristlər adətən maliyyə böhranını bank çaxnaşması ilə əlaqə-
ləndirirlər  və  iqtisadi  fəallığın  zəifləməsinə  səbəb  olan  pul  tək-
lifinin  məhdudlaşdırılması  ilə  bağlı  problemlərin  əsas  mənbəyini 
məhz onda görürlər. Onlar maliyyə böhranını yalnız bank çaxnaş-
masına  və  pul  təklifinin  azalmasına  gətirib  çıxardan  hadisə  kimi 
müzakirə edirlər. Hətta aktivlərin qiymətinin kəskin aşağı düşməsi 
                                                 
19
 Kindlenberger Ch.Manies. Panics and Cruses. – New-York: Basis Books, 
1978. 
20
  Zichengreen  B.,  Portes  R.  The  Anatomy  of  Financial  Crises.  Cambridge, 
Massachusetts: National Bureau of Economic Research, 1987. NBER WP 2126. 
www.nber.org/papers/w2/26 


 
23
və  müəssisələrin  müflisləşməsi  hallarının  artması  böhran  hesab 
edilmir, bu böhran “saxta maliyyə böhranı” adını almışdır. Mone-
tarizm nəzəriyyəsinə görə hökumətin belə bir vəziyyətə müdaxiləsi 
zərərlidir,  çünki  bu  zaman  iqtisadiyyatın  effektivliyi  aşağı  düşür: 
dəstək pul kütləsinin artmasına və inflyasiyanın güclənməsinə sə-
bəb olur. Böhrana tərifin verilməsinə bu cür məhdud yanaşma öl-
kənin  bank  sahəsində  və  ödəmə  sistemində  böhran  hadisələrinin 
təzahürü qanunlarını ətraflı tədqiq etməyə imkan verir, lakin müza-
kirə predmetini xeyli məhdudlaşdırır.  
Monetaristlərdən  fərqli  olaraq  Kindlebergerin  və  Minskinin 
ə
sərlərində aktivlərin qiymətlərinin kəskin aşağı düşməsi, iri bank 
və  firmaların  müflisləşməsi,  valyuta  bazarında  deflyasiya,  qeyri-
sabitlik  və  ya  mənfi  hadisələrin  bir-bir  ilə  əlaqələnməsi  daxil  ol-
maqla maliyyə böhranının daha geniş tərifi verilir.   
Bu neokeynsianlıq cərəyanının nümayəndələri maliyyə böh-
ranı  zamanı  ondan  çıxmaq  məqsədilə  dövlətin  müdaxiləsinin 
genişləndirilməsini təklif edirlər.   
Monetaristlərin  maliyyə  böhranına  baxışı  həddindən  artıq 
məhduddur,  çünki  onlar  böhranı  bank  çaxnaşması  və  onun  pul 
təklifinə təsiri ilə əlaqələndirirlər.  
Prof.  Zahid  Məmmədov  hesab  edir  ki,  maliyyə  böhranının 
strukturu aşağıdakı komponentlərdən ibarətdir:  
1.
  Valyuta  böhranı  milli  valyutanın  devalvasiyasına  səbəb 
olur;  
2.
  Bank  böhranı    bir  və  ya  bir  neçə  bankın  müflisləşməsi 
ölkədə ödəmə böhranını yaradır və onun fonunda da iqtisadiyyatda 
bankların müflisləşmə epidemiyası yayılır;  
3.
  Borc böhranı daxili və ya xarici borc probleminin kəskin-
ləşməsi ilə əlaqədardır;  
4.
  fond  böhranı  qiymətli  kağızların,  özəlliklə  səhmlərin 
bazar dəyərinin sürətlə düşməsi
21

                                                 
21
 
Мамедов
 З.Ф. Анатомия финансового кризиса. СПбГУ, 2005. 320 с. 


 
24
Maliyyə böhranının tərifinə əsaslanaraq, yerli və xarici müəl-
liflərin elmi araşdırmalarında maliyyə qeyri-sabitliyinin yaranması 
və inkişafının dəqiq çərçivəsinin müəyyənləşdirilməsinə dair vahid 
yanaşmanın olmadığını əminliklə sübut etmək olar. Maliyyə böh-
ranı anlayışı o qədər genişdir ki, onun mahiyyətini dəqiq müəyyən-
ləşdirmək mümkün deyil. Maliyyə böhranının strukturu məsələsin-
də də iqtisadçı alimlər arasında fikir birliyi yoxdur. 
Beləliklə, maliyyə  sarsılmaları sferasındakı işləri  yekunlaş-
dıraraq  belə  qərara  gəlmək  olar  ki,  maliyyə  böhranının  tərkibinin 
mahiyyəti  aşağıdakılardan  ibarətdir:  maliyyə  böhranı  –  maliyyə 
aktivlərinin qiymətinin kəskin düşməsi ilə və ya maliyyə bazarında 
vəziyyətin  kəskin  ağırlaşması,  xüsusən  də  milli  pul  vahidinin  də-
yərsizləşməsi və suveren borcun ödənilməsi problemi, maliyyə ba-
zarı və maliyyə institutlarının vasitəçilik funksiyasının axsaması və 
səhmlərin  məzənnə dəyərinin kəskin düşməsi ilə xarakterizə olu-
nur. 
 


 
25
1.3. BANK BÖHRANI MALİYYƏ BÖHRANININ ƏSAS 
KOMPONENTI KİMİ 
1.3.1. Bank böhranı  haqqında nəzəri mülahizələrin təhlili 
   
İ
ndi  ümumiyyətlə  bank  krizislərinin  xüsusiyyətləri  və 
mənbələri mövzusundakı nəzəriyyələri  daha yaxından araşdıraq: 
Kaminsky və Reinhartın  Bank krizisləri ilə  bağlı nəzə-
riyyələri.  Bank  krizislərinin  səbəbləri  ölkələrin  inkişaf  səviyyəsi 
iqtisadi və maliyyə strukturu ilə yerləşdıyi coğafiyaya görə dəyiş-
məklə  bərabər  aparılan  işlər  krizisin  səbəblərinin  bir  çox  nöqtədə 
kəsişməsi  yönündə  məlumatlar  təqdim  etməkdir.  Kaminsky  və 
Reinhartın 1996-cı ildəki araşdırmasında 20 ölkədə yaşanan bank-
çılıq  krizislərindən  öncəki  və  sonrakı  dönəmlərdə  makroiqtisadi 
gəlirlərdəki dəyişmələri incələyərək krizislərin öncədən proqnozu-
na yönəlik “vaxtından əvvəl xəbərdarlıq siqnallarını” təxmin etmə-
yə  çalışmışlar.  Aparılan  araşdırma  nəticəsində  valyuta  ehtiyyatla-
rındakı  azalma,  yüksək  real  faizlər,  əmtəə  qiymətlərindəki  sürətli 
düşmə, yaxınlaşan krizisin siqnalları olaraq göstərilmişdır.  
  Krisislər arası əlaqələrə baxıldıqda Kaminsky və Reinhartın 
təhlillər göstərmişdir ki, ödəmələr tarazlığındakı krizislər ilə bank 
krizisi arasında 1970-ci illərdə hər hansı bir əlaqə olmamışdır. Bu 
dönəmdə  maliyyə  bazarları  yüksək  nisbətdə  idarə  olunmuş,  təm-
zimlənmişdir. 1980-1990-cı illərdə bank krizisləri getdikcə artmış, 
və bank krisizləri ödəmə krisizlərdən önə çıxmışdır.  
Kaminsky  və  Reinhart  çalışmalarında  qeyd  edir:  “ölkələrdə 
bank krizislərinin çoxu maliyyə mənbəlidir.  Həm ölkə daxilində, 
həm  də  kənardan  gələn  şoklar  krizisin  təməlindədir.  Kreditlərin 
artması bank krizislərindən xəbər verir. Belə bir vəziyyət daha çox 
liberallaşdırma prosesinin nəticəsidir. 
  Xaricdən gələn şoklar da əhəmiyyətlidir. Ticarət şərtlərinin 
zəifləməsi krizis öncəsi yaranan bir vəziyyətdir. Krizislər ümumiy-
yətlə  il  və  illər  ərzində  toplanmışdır  və  digər  şokların  əhəmiyyəti 
baxımından beynalxalq faiz nisbətləri və ya bir çox bulaşıcı təsirlə-
ri  də  vardır.  Araşdırmalar  göstərir  ki,  beynəlxalq  və  ölkə  daxili 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə