Microsoft Word antibohran-vidadi


 BORC VƏ  FOND BÖHRANI MALİYYƏ BÖHRANININ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə15/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   11   12   13   14   15   16   17   18   ...   68

 
48
1.6. BORC VƏ  FOND BÖHRANI MALİYYƏ BÖHRANININ 
TƏRKİB ELEMENTLƏRİ KİMİ  
 
Maliyyə böhranının bir elementi də borc böhranıdır. Yerli və 
qərbin  iqtisadçı-alimləri  kifayət  qədər  uzun  müddətdir  ki,  borc 
böhranının  təbiətini  ətraflı  araşdırırlar.  Borc  böhranı  dövlətin  və 
təsərrüfat  subyektlərinin  kreditorlar  qarşısında  öz  öhdəliklərini 
yerinə yetirə bilməməsidir. Bu mənada borc böhranı bank böhranı 
ilə  oxşar  görünə  bilər.  Bu  iki  anlayış  arasında  yeganə  prinsipial 
fərq  münasibətlərin  subyektidir.  Bank  böhranı  mahiyyət  etibarilə 
kredit  böhranıdır,  yəni  kreditorun  problemlərini  öyrənir  və  təhlil 
edir,  borc  böhranı  isə  debitorun  və  ya  borc  alanın  fəaliyyətindəki 
qeyri-sabitliyə işarə edir. 
Borc  böhranı  –  elmi  ədəbiyyatda  borc  böhranının  birmənalı 
traktovkası  yoxdur.  Bu  elə  bir  vəziyyətdir  ki,  bu  zaman  borclu 
tərəf  kredit  qrafikinə  uyğun  öz  xarici  borcunu  ödəmək  qabiliyyə-
tində olmur. Bir çox ölkələr daxili investisiyalaşdırma zamanı da-
xili  resursların  çatışmadığına  görə  xarici  borclanmaya  müraciət 
edir.  Bu  əsasən  dövlət  büdcəsinin  maliyyələşməsi,  sosial-iqtisadi 
islahatlar,  artıq  mövcud  borc  öhdəlikləri  zamanı  meydana  gələn 
problemdir. 
Xarici  borclanmanın  formalaşmasında  3  əsas  mənbə  ayırd 
etmək olar : 
1)
 Büdcə  kəsirinin  maliyyələşməsində  dövlətin  xarici 
mənbələrdən istifadə etməsi; 
2)
 İstehlak  və  investisiya  məqsədli  malların  idxalı  ilə  bağlı 
kreditlərin  cəlbi. 
R.İ.Xasbulatov hesab edir ki, borc böhranının kəskinləşməsi-
nin səbəblərinə aşağıdakı amilləri aid etmək mümkündür: 
1. Borclu ölkənin xarici borclanma sferasında düzgün seçil-
məmiş siyasəti; 
2.  Xarici  konyukturanın  kifayət  qədər  oynaması  və  ən  əsas 
beynəlxalq bazarlarda faiz dərəcələrinin kəskin artması. 
3.  Bazar  risklərinin  dəyərləndirilməsində  buraxılan  səhvlər 


 
49
və s
34

Borc  böhranı  sənaye  ölkələrində  bank  sistemini  sarsıdan  il-
kin real şəraiti yaradır. S. Fişerin fikrincə, borc böhranı 3
 
səbəbdən 
yarana bilər: 
1) Birincisi, borclu ölkələr öz iqtisadiyyatlarını düzgün idarə 
etmirdilər.  Bunun  təfsilatı  və  səbəbləri  müxtəlifdir,  lakin  ümumi 
təcrübədə büdcə defisiti və milli valyutanın yüksək mübadilə kursu 
kimi səbəblər öz əksini tapır. Borclu ölkələr milli valyutanın mü-
badilə  kursunu  yüksək  səviyyəyə  qaldırırdılar,  nəticədə  spekul-
yasiya  idxalın  kəskin  artması  şəklini  aldı,  xaricdən  alışlar  aşağı 
mübadilə  kursu  ilə  həyata  keçirilirdi.  Bəzi  ölkələrdə  bu  kapitalın 
xaricə axını ilə müşayiət olunurdu.   
2) Borc böhranının ikinci səbəbi kreditor banklar tərəfindən 
kreditlərin  ehtiyatsız  şəkildə  paylanması  idi.  Yeni  borc  almaq 
tələbləri yarandıqda kommersiya bankları dərin araşdırma aparmır-
dılar. Onlar borcun anormal şəkildə artan miqyasını fikir vermədən 
kredit verirdilər. Bu kreditlər olmasa idi, borclu ölkələr yanlış da-
xili makroiqtisadi siyasətlərini nəticədə  yaranmış böhran səviyyə-
sinə düşənədək davam etdirə bilməyəcəkdilər.  
3)  Üçüncü  səbəb  80-ci  illərin  əvvəllərində  dünya  iqtisadiy-
yatının vəziyyətinin kəskin pisləşməsi idi. Faiz dərəcələri yüksəlir, 
iqtisadi  artım  tamamilə  zəifləyir,  məhsulların  dəyəri  isə  düşürdü. 
Faiz  dərəcələrinin  qalxması  borcu  olanların  xarici  borclarını 
ödəmək üçün daha yüksək faizlər ödəməli olduğunu göstərirdi
35

İ
nkişaf  etməkdə  olan  ölkələrdə  xüsusi  bank  kapitalının 
sürətlə  artması  həmin  ölkələrin  xarici  borc  sisteminin  iflasına 
səbəb oldu. Məsələ burasındadır ki, müstəqillik əldə etmiş ölkələ-
rin  xarici  maliyəsinin  ümumi  həcmində  xüsusi  bank  kreditlərinin 
payının artması nəticəsində kredit şərtlərinin əhəmiyyətli dərəcədə 
pisləşməsi  debitorlar  tərəfindən  xarici  borcların  ödənilməsini 
                                                 
34
 Хасбулатов Р.И. Мировая экономика. Москва , 1999. - II том. – 442с. 
 
35
 Фишер С. Экономика Москва 1998. – 829с. 
 


 
50
imkansız  edirdi.  Bunun  nəticəsi  idi  ki,  80-ci  illərin  əvvəllərində 
dünya  borc  sisteminin  dağılması  sistemi  gedirdi.  Lakin  borc  böh-
ranı  şərtləri  altında  inkişaf  etməkdə  olan  ölkələrin  bank  kreditor-
larının vəziyyəti borc alanların vəziyyətindən heç də yaxşı deyildi. 
Çünki  bir  kredit  satıcısı  kimi  bankların  fəaliyyət  göstərməsi  üçün 
təkcə  faiz  qazanmaq  deyil,  həm  də  borc  məbləğinin  qaytarılması 
önəmlidir.  İnkişaf  etməkdə  olan  ölkələrin  xarici  borc  sisteminin 
böhranı  zamanı  debitorlar  borc  məbləğinin  qaytarılmasını  ta-
mamilə dayandırdılar. 
Beynəlxalq  kreditin  təhlükəli  defektlərini  aşkar  edən  ciddi 
bank böhranı 1980-ci illərin əvvəlində neft qiymətlərinin partlayış-
la  qalxması  və  neft  böhranı  kimi  yayılmağa  başladı.  Neft  ixrac 
edən ölkələr böyük neft gəlirlərini dərhal öz iqtisadiyyatlarına ya-
tıra bilmirdilər, və nəticədə həmin gəlirlər azad kredit resursları ki-
mi  yığılmağa  başladı.  Banklar  həvəslə,  bəzən  də  nəticəini 
düşünmədən  kreditlər  verirdilər  ki,  pullar  yük  kimi  bankda  topla-
nıb qalmasın və  gəlir  gətirsin. Borc alanlar,  əsas etibarilə, inkişaf 
etməkdə  olan  ölkələr,  əsasən  Latın  Amerikası  ölkələri,  həmçinin 
Mərkəzi və Şərqi Avropanın bəzi ölkələri idilər. Onların çoxu id-
xal  olunan  yanacağın  qiymətinin  kəskin  artması  nəticəsində  çətin 
vəziyyətə düşdülər. Onların xarici borcu rekord səviyyəsinə çatdı. 
Vaxt keçdikcə həmin borcu ödəmək daha da çətinləşirdi – faizləri 
ödəmək və borc məbləğini qaytarmaq. Borclu ölkələr ödəniş üçün 
lazımi məbləği toplamaqda çətinlik çəkirdilər, çünki inkişaf etmiş 
dünya  iqtisadi  durğunluq  dövrünü  yaşayırdı  və  inkişaf  etməkdə 
olan ölkələrin məhsullarına tələb azalırdı. Bu ölkələrin iqtisadiyya-
tı tənəzzülə uğrayırdı. 
Borc  böhranının  əsas  səbəbi  dövlətin  qısamüddətli  borcları-
nın üst-üstə yığılmasıdır və 1997-98-ci illərdə Asiya ölkələrindəki 
böhranın əsas katalizatoru da məhz elə bu faktor idi. Misal olaraq 
böhran  qabağı  maliyyə  sektorunun  qısamüddətli  öhdəliklərinin 
yüksək  sürətlə  artması  prosesi  baş  verən  Koreya,  İndoneziya  və 
Tailand göstərilə bilər. Braziliya və Meksika dövlətin qısamüddətli 
borc öhdəliklərinin  yığıldığı ölkələr olaraq nümunə kimi göstərilə 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə