Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə23/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   19   20   21   22   23   24   25   26   ...   68

 
73
bankların  dağılması  «domino  effekti»ni  təhrik  edə  və  bununla  da 
sistemli böhran yarada bilər. 
Bizim  fikrimizcə  isə  inkişaf  edən  ölkələrdə  böhranların 
yaranmasına gətirib çıxardan əsas səbəbləri qeyd edək:  
• xarici kapitalların cəlb olunmasına istiqamətlənmə və kapi-
talın hərəkətinin və bazarların liberallaşmasının müvafiq zəruriliyi;  
• yüksək faiz dərəcələri;  
• formalaşan  maliyyə  bazarının  sürətli  inkişafının  mümkün-
lüyü;  
• iqtisadiyyatın,  bank  sisteminin  və  maliyyə  bazarının  xarici 
kapitalların axınları ilə müqayisədə kiçik ölçüdə olması;  
• maliyyə  sisteminin  və  bazarın  qeyri-effektiv  fəaliyyəti, 
institusional strukturun inkişaf etməməsi, maliyyə sektorunun zəif 
tənzimlənməsi və nəzarəti;  
• aşağıdakı xarici amillərin böyük təsiri: dünya faiz dərəcələ-
rinin  və  əsas  valyuta  kurslarının,  ixrac  və  idxal  olunan  malların 
qiymətlərinin,  kapital  axınlarının  hərəkətinin  istiqamətinin  dəyiş-
məsi və xarici iqtisadi əlaqələr üzrə tərəfdaş olan qonşu ölkələrdə 
böhranların yaranması.  
Qısa ifadə olunmuş əlamətlər göstərir ki, bir tərəfdən inkişaf 
edən ölkələrin maliyyə bazarlarının xarici investorlar üçün cəlbedi-
ci  olması,  digər  tərəfdən  onların  xarici  təsirlərə  qarşı  zəif  olması 
mövcuddur. Qeyd edək ki, inkişaf edən ölkələri üçün iqtisadi inki-
ş
afın qeyri-sabitliyinə gətirib çıxardan və böhranların yaranmasına 
səbəb olan bir çox risklərin yüksək səviyyəsi səciyyəvi haldır.  
Beləliklə,  tədqiqat  zamanı  kapitalın  beynəlxalq  hərəkətinin 
güclənməsi  və  böhranların  zəncirvarı  reaksiyasının  yayılması 
mümkünlüyü, beynəlxalq valyuta və maliyyə sarsıntıları şəraitində 
inkişaf  edən  ölkələrin  maliyyə  bazarlarının  çox  zəifliyi,  psixoloji 
amillərin ölkələr arasında kapitalın miqrasiyasına təsirinin güclən-
məsi  ilə  bağlı  olan  risklərin  kəskinləşməsindən  ibarət  olan  iqtisa-
diyyatın  qloballaşmasının  maliyyə  bazarında  böhranların  inkişafı-
na təsiri müəyyənləşdirilmişdir.  


 
74
D.Barton,  R.Nyuel  və  G.Vilson
53
  öz  tədqiqatında  qeyd 
edirlər ki, getdikcə böhranlar daha tez-tez baş verəcək, daha uzun 
müddət  davam  edəcək,  onların  həllinin  dəyəri  isə  iki  səbəbdən 
daha  yüksək  olacaq.  Birincisi,  kapital  bazarının  qloballaşmasının 
güclənməsi nəticəsində  böhranlar selinin  yaranması ehtimalı artır. 
Buna  milli  maliyyə  bazarlarına  kapital  axınına  qoyulan  məh-
dudiyyətlərin  aradan  qaldırılması  və  dünya  maliyyə  bazarları  ara-
sında əlaqələrin və qarşılıqlı asılılığın güclənməsi səbəb olur.  
İ
kincisi,  çətin  idarə  olunan  iqtisadiyyatın  təcili,  ardıcıl 
olmayan  liberallaşması  ölkələri  onların  buna  hazır  olmadığı  bir 
halda  dünya  bazarlarında  rəqabət  aparmaq  zəruriliyi  qarşısında 
qoyur.  Müəlliflər  xüsusi  qeyd  edirlər  ki,  daha  açıq  və  bir-biri  ilə 
ə
laqəli  olan  iqtisadiyyatlara  meyl  güclənəcək.  Təhlükəsizliyin 
artırılması  üçün  əlavə  buferin  yaradılması  mümkün  olmadığı, 
siyasi  təşəbbüslərin  boşa  çıxdığı  halda  nəticə  təkdir  –  daha  çox 
böhran, daha böyük zərər. Zərər böyükdür, bir çox ölkələr üçün isə 
yol verilməzdir.  
Böhranların  səbəbləri  yuxarıda  göstərilənlərlə  tükənmir. 
Böhran  nəticəsində  itkilər  böyük  və  hətta  yol  verilməz  ola  bilər. 
Maliyyə  bazarının  seqmentlərinin  qarşılıqlı  asılılığı  böhranın  bir 
seqmentdən  digərinə  yayılmasına  səbəb  olur,  bütövlükdə  maliyyə 
bazarının  böhranına,  iqtisadi  böhrana  və  durğunluğa  gətirib 
çıxarda  bilər.  Ölkə  və  xarici  mənbələrin  öyrənilməsi  əsasında 
valyuta və maliyyə böhranlarının əsas səbəbləri, ifadə formaları və 
nəticələri sistemləşdirilmiş və cədvəl verilmişdir.  
                                                 
53
 Barton D., Newell R., Wilson G. Dangerous Markets: Managing in Financial 
crisis. – Hoboken, New Jersey: John Wiley&Sons, 2002. – S. 30.  


 
75
2.2. MALİYYƏ SABİTLİYİNİN POZULMASININ SƏBƏB 
OLAN RİSKLƏRİN XARAKTERİSTİKASINA SİSTEMLİ  
YANAŞMA 
 
Böhran  əleyhinə  idarəetmə  əzəldən  müəssisələrin  müflis-
ləşməsinin  qarşısının  alınmasına  istiqamətlənmişdir  və  böhranın 
böyüməsi  fazasında  reaktiv  idarəetməni  təşkil  edir.  Ekspertlərin 
qənaətinə görə bu yanaşma klassik menecmentə əlavə olmaqla nə-
zəri  baxımdan  dərk  edilməsini  və  müvafiq  texnologiyanın  işlənib 
hazırlanmasını tələb edir
54
. Bu gün mənfi hadisələrin qabaqlanma-
sı  imkanı  ilə  böhran  əleyhinə  fəal  idarəetmənin  inkişafına  yönəl-
miş nəzəri işləmələr hazırlanır
55
.  
Maliyyə bazarında böhranlar – çox amilli və çətinliklə müəy-
yən şəkildə ifadə olunan prosesdir. Bununla əlaqədar olaraq valyu-
ta-maliyyə  sahəsində  böhranın  formalaşması,  inkişafı  və  həmin 
böhrandan  çıxış  qanunauyğunluqlarını  müəyyənləşdirərkən  mü-
hüm  hissələrindən  biri  sistemli  yanaşma  olan  sistemlərin  ümumi 
nəzəriyyəsi bazasında sistemli tədqiqata əsaslanmaq lazımdır
56
. Bu 
yanaşmanın əsasında sistemlilik prinsipi durur, hansı ki, obyektlərə, 
hadisələrə  və  proseslərə  özünəməxsus  fəaliyyət  və  inkişaf  qanu-
nauyğunluqlarına malik olan sistem kimi ümumi baxışı əks etdirir.  
Sistem yanaşma sistemlilik prinsipinin və bütövlükdə sistem-
lərin  ümumi  nəzəriyyəsinin  metodoloji  ifadəsi,  müxtəlif  obyekt-
                                                 
54
 Ларионова И.В. Технология антикризисного управления // Современные 
банковские
 технологии: теоретические основы и практика. – S. 35-42. 
55
  Антикризисный  менеджмент  /  под  ред.  А.Г.Грязновой.  –  М.:  Изд-во 
ЭКМОС
,  1999.  –  s.  368;  Антикризисное  управление:  учебник  /  под  ред. 
Э
.М. Короткова. – 2-е изд. – М.: ИНФРА-М, 2005. – s. 620.  
56
 
Система

Симметрия

Гармония
 

под
 
ред

В
.С.Тюхтина, 
Ю
.А.Урманцева. – М.: Мысль, 1988. – S. 17; Уемов А.И. Системный под-
ход
 и общая теория систем. – М.: Мысль, 1978. – S. 50; Садовский В.Н. Ос-
нования
  общей  теории  систем.  –  М.:  Наука,  1974.  –  S.  72-73;  Гвишиани 
Д
.М.  Теоретико-методологические  основания  системных  исследований  и 
разработка
  проблем  глобального  развития  //  Системные  исследования: 
Методологические
 проблемы: Ежегодник: 1982. – М., 1982. – S. 13. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə