Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə26/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   22   23   24   25   26   27   28   29   ...   68

 
82
 Maliyyə bazarının strukturu sabitliyin itirilməsi baxımından 
həssasdır və sabitliyin itirilməsinə həmin bazarın seqmentləri ara-
sında qarşılıqlı əlaqələrin pozulması, məsələn, bazarda iş şəraitinin 
və  qaydalarının  dəyişməsi,  valyuta  məhdudiyyətlərinin  tətbiqi  sə-
bəb olur.  İyerarxiyanın məlumatın işlənilib qərarların hazırlanma-
sına görə cavab verən  yuxarı səviyyələrində baş verən pozuntular 
daha  böhranlıdır.  Strukturun  dağılmasına  məlumat  yollarının 
kəsilməsi və ya onların həddindən artıq yüklənilməsi bərabər tutu-
lur. Sistemin işinin keyfiyyətinə məqsədyönlü təhrifi böhranın ya-
ranmasına səbəb ola biləcək məlumatın həqiqilik dərəcəsi güclü tə-
sir  göstərir.  Maliyyə  bazarının  inkişafının  proqnozlaşdırılması  ilə 
bağlı  səhvlər  ehtiyatların  israfına  gətirib  çıxardır.  Təhlükə  xarici 
mühitdən mövcud quruluşun pozulması, maliyyə bazarının fəaliy-
yətinin intizamsızlığı nəticəsində irəli gələ bilər.  
İ
zah  olunmuş  fikirləri  və  maliyyə  bazarı  sisteminin  təhlilini 
ümumiləşdirərək böhranları doğuran maliyyə bazarının sabitliyinin 
pozulmasının aşağı mənbələrini göstərmək olar:  
•  maliyyə  bazarı  obyektlərinə  etibarın  azalması:  milli 
valyutaya  və  aktivlərə  etibarın  olmaması,  qeyri-şəffaflıq,  maliyyə 
məlumatının azlığı və uyğunsuzluğu;  
•  iştirakçıların:  dövlətin,  korporasiyaların  (müəssisə  və 
bankların) və ev təsərrüfatlarının fəaliyyətin pozulması;    
•  maliyyə  bazarı  seqmentlərinin  fəaliyyətinin  pozulması: 
qaydaların dəyişməsi, məhdudiyyətlərin qoyulması, sarsıntıların və 
böhranların baş verməsi; 
•  infrastrukturun – ticarət, ödəmə və s. – pozulması; 
•  maliyyə bazarına göstərilən mənfi xarici təsirlər və şoklar: 
siyasi, maliyyə böhranları, müharibələr, fəlakətlər və s. 
Risklər  nəzəriyyəsi
64
  baxımından  sabitliyin  pozulmasının 
qeyd olunmuş amilinə risklər uyğun gəlir: bazar iştirakçıları üçün 
                                                 
64
 Русанов Ю.Ю. Теория и практика риск-менеджмента кредитных органи-
заций
 России. – М.: Экономистъ, 2004; Грюнинг Х. ван, Брайович Братано-
вич
 С. Анализ банковских рисков. Система оценки корпоративного управ-


 
83
– kredit riski, müflisləşmə riski; maliyyə vasitələri üçün – maliyyə 
riskləri  (bazar,  valyuta,  faiz  riskləri,  satınalma  riski  və  s.);  bazar 
infrastrukturu  üçün  -  əməliyyat  riskləri;  maliyyə  bazarının  seq-
mentləri üçün – müxtəlif sistem riskləri.  
Aparılmış  təhlil  nəticəsində  maliyyə  bazarında  böhranların 
yaranması üçün çox sayda səbəblərin və amillərin mövcudluğu təs-
diqləndi. Maliyyə böhranlarının yaranması riskinin amilləri qeyri-
müəyyənlik  və  məlumat  uyğunsuzluğu  şəraitində  məqsədlərinin 
həyata keçirilmə üsulunu seçən çox sayda iştirakçıların fəaliyyətilə 
şə
rtləndirilib.  Risklərin  idarə  edilməsi  konsepsiyasına  əsaslanan 
yanaşmalar  yuxarıda  qeyd  olunan  amilləri  nəzərə  almağa,  onların 
mənfi  nəticələrin  yaranmasına  təsiri  ehtimalını  qiymətləndirməyə 
və həmin nəticələrin yaranmasının qarşısının alınması və ya onla-
rın  təsiri  nəticələrinin  azaldılması  üçün  müəyyən  yolları  təklif  et-
məyə imkan verir. Bu gün bazarın ayrı iştirakçısı və ya nizamlayı-
cısı səviyyəsində limitin təyin edilməsindən, sığortalamadan, hec-
ləmədən, məhdudlaşdırmadan, bölmədən və s. ibarət olan risklərin 
idarə  edilməsi  üsulları  istifadə  olunur.  Lakin  maliyyə  bazarının 
inteqrativliyi  xüsusiyyətinə  müvafiq  olaraq  ayrı-ayrı  alt  sistemlər 
(obyektlər, subyektlər, seqmentlər və  yardımçı alt sistemlər) üçün 
səciyyəvi  olan  risklərin  idarə  edilməsi  üsullarının  tətbiqi  maliyyə 
sarsıntılarının qarşısının alınması üçün kifayət hesab olunmur.  
Var hesablamasına əsaslanan müasir üsullar həmçinin hesab-
lama metodikası ilə bağlı müəyyən məhdudiyyətlərə malikdirlər
65

Bu  məhdudiyyətlərin  nəzərə  alınması  üsulu  mühüm  dərəcədə  çə-
tinləşdirir,  onların  olmaması  isə  yalnız  təxmini  nəticələr  verir.  
Mütəxəssislər  getdikcə  daha  çox  belə  bir  nəticəyə  gəlirlər  ki, 
maliyyə  riskləri  kompleks  şəkildə  olur  və  dəqiq  hesablamalardan 
                                                                                                             
ления
  и  управления  финансовым  риском:  пер.  с  англ.  –  М.:  Изд-во  «Весь 
Мир
», 2003. – s. 304.  
65
  Глассерман  П.  Погоня  за  точностью:  метод  рисковой  стоимости  //  Дж. 
Пикфорд
. Управление рисками: пер. с англ. – М.: ООО «Вершина», 2004. – 
S. 125-130. 


 
84
kənarda  yerləşən  sahəyə  keçir  və  bununla  əlaqədar  olaraq 
inteqrasiya  olunmuş  (birləşdirilmiş)  risk-menecment  sistemlərini 
(ERM  –  enterprise-wide  risk  management)
66
  yaratmağı,  standart 
üsulları stress-test  yoxlamanın və ekstremal vəziyyətdə bazarların 
davranışını  nəzərə  almağa  imkan  verən  müxtəlif  EVT  (extreme 
value  theory)
67
  yanaşmalarının  tətbiqi  ilə  təkmilləşdirməyi  təklif 
edirlər.  Maliyyə  risklərinin  çox  amilli  olduğu  halda  onların  idarə 
edilməsinə  dağınıq  yanaşmaların  tətbiqi  çox  sayda  riskləri  nəzər-
dən  qaçırtmaq  yaxud  yanlış  olan  təhlükəsizlik  hissini  doğuraraq 
onları görüntü zonasından uzaqlaşdırmaq ehtimalını yaradır.     
Elmi işlərdə maliyyə bazarlarının iştirakçıları ilə əlaqəli olan, 
risklərin  idarə  edilməsi  üzrə  ümumi  qəbul  olunmuş,  yəni 
korporativ
68
  və  bank
69
  üsullarının  ətraflı  təsnifatı  verilir.  Həmin 
risklər gəlirin əldə olunmaması və ya müflisləşmə ilə bağlıdır. Orta 
risk  müəssisənin  və  ya  bankın  inkişafının  rəhni  hesab  olunur. 
Həmin  risklərin  reallaşmasının  son  həddi  iştirakçının  birbaşa 
yalnız onun kreditorlarına aid olan müflisləşməsidir.  
Maliyyə risklərinin idarə edilməsi texnikası daha standartlaş-
dırılmış  və  yaxşı  işlənilmişdir.  Valyuta,  faiz  və  bazar  risklərinin 
azaldılması ilə əlaqədar hecləmənin, forvard müqavilələrinin, fyu-
çerslərin və opsionların, svopların və digər əməliyyatların istifadə-
sinin müxtəlif variantları təklif olunur
70
. Maliyyə mühiti və bazar-
lar  ildən-ilə  qəlizləşir.  Bununla  əlaqədar  olaraq  bank  risklərinin 
                                                 
66
  Джорион  Ф.  Стоимость,  риск  и  контроль:  динамичный  процесс, 
нуждающийся
 в интеграции // Управление рисками: - S. 137-143. 
67
 Эбрехтс П. Трудности оценки риск-экстремумов // Управление рисками. 
– S. 300-306. 
68
  Ступаков  В.С.,  Токаренко  Г.С.  Риск-менеджмент:  учеб.  пособие.  –  М.: 
Финансы
 и статистика, 2005. – s. 288.  
69
  Проблемы  управления  банковскими  и  корпоративными  рисками. 
Научный
  альманах  фундаментальных  и  прикладных  исследований  /  под 
ред
. Л.Н.Красавиной. – М.: Финансы и статистика, 2005. – s. 384. 
70
  Рэдхэд  К.,  Хьюс  С.  Управление  финансовыми  рисками  /  пер.  с  англ.  – 
М
.: ИНФРА-М, 1996. – s. 288; Севрук В.Т. Банковские риски. – М.: Дело, 
1994. – s. 68. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə