Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə40/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   36   37   38   39   40   41   42   43   ...   68

 
129
Almaniyanın,  ABŞ-nın  və  Çinin  müvafiq  hökumət  orqanları 
tərəfindən  təşkil  olunaraq  və  dəstəklənərək  2003-cü  və  2006-cı 
illərdə müvafiq olaraq Bonnda və Şanxayda keçirilmiş beynəlxalq 
elmi  konfranslarda  müzakirə  olunmuşdur
115
.  Konfransların  mate-
riallarında kompleks şəkildə  QXS-nin tətbiqinin müsbət təcrübəsi, 
həmin  sistemlərin  fəaliyyətinin  nöqsanları  və  problemləri  və 
onların  inkişaf  perspektivləri  göstərilmişdir.  Şanxayda  keçirilən 
konfransda  sistemin  aşağıdakı  tərifi  təklif  olunmuşdur:  “Erkən 
qarşısını  alma  sistemi  –  zərərin  vurulması  ehtimalı  haqqında  ən 
yüksək  dərəcədə  dəqiq  məlumatın  hazırlanması  və  həmin 
məlumatın  təhlükəyə  məruz  qalanlara  və  müdafiəni  təmin  etməli 
olanlara verilməsinin təminatı üzrə sosial prosesdir.”  
Erkən  qarşısını  almanın  çox  saylı  şərhinin  mövcudluğu 
bütün  hallar  üçün  tək  olan  tərifi  qısa  ifadə  etməyə  imkan  vermir. 
Müvafiq  tərif  sistemin  strukturu  ilə  birlikdə,  qarşıda  qoyulmuş 
məqsədlərdən və risk amillərinin tərifindən,  həmin məqsədləri və 
amilləri qısa ifadə edən orqanlardan və təhlükə haqqında xəbərdar 
etmələrin  nəzərdə  tutulduğu  şəxslərdən  asılı  olaraq  dəyişə  bilər. 
Lakin  maliyyə  bazarında  baş  verən  böhranların  vurduğu  zərərin 
miqyaslarını  və  buna  bazar  iqtisadiyyatının  demək  olar  ki,  bütün 
subyektlərinin  cəlb  olunduğunu  nəzərə  alaraq  güman  etmək  olar 
ki, QXS  sosial proses kimi  dövlət, ictimai təşkilatların və bizne-
sin  böhranların  qarşısının  alınması  üzrə  tədbirlərin  görülməsində 
rolunu  daha  dolğun  əks  etdirməyə  imkan  verir.  Məlumatın  doğ-
ruluğu, onun qabaqcadan məlum olan xarakteri və dəqiqliyi, yalnız 
səlahiyyətli  hökumət  orqanları  üçün  deyil,  həmçinin  riskə  meylli 
insanlar  və  təşkilatlar  üçün  nəzərdə  tutulması,  yalnız  qabaqlayıcı 
tədbirlərin görülməsi və müdafiənin təminatı deyil, həmçinin riski 
                                                 
115
  EWC  II.  Second  International  Conference  on  Early  Warning.  Bonn, 
Germany.  –  2003.  –  16-18  october  www.ewc2.org.;  Early  Warning  Systems: 
Do`s  and  Don`ts.  Report  of  Workshop.  –  2003.  –  20-23  October.  –  Shanghai, 
China. /prepared by M. Glantz. – www.esig.ucar.edu/warning/; EWC III. Third 
International  Conference  on  Early  Warning,  Bonn,  Germany,  2006.  –  27-29 
March / - http: // www.ewc3.org. 


 
130
istisna  edən  və  ya  azaldan  tədbirlərin  görülməsi,  effektiv  cavabın 
hazırlanması məqsədilə -cəmiyyət qarşısında duran vəzifələrə daha 
çox uyğun gəlir.   
Maliyyə  bazarında  böhranların  qarşısının  alınması  baxımın-
dan  müxtəlif  növ  böhranların  QXS  -nin  istifadəsi  üzrə  toplanmış 
təcrübəni  nəzərə  almaq  və  ümumiləşdirmək  vacib  hesab  olunur. 
Risklərin  idarə  edilməsi  və  erkən  qarşısının  alınması  ilə  əlaqədar 
yanaşmalar  risk  amillərinin  təhlili,  onların  qiymətləndirilməsi, 
məlumatın  monitorinqi  və  toplanılması,  qarşısını  alma  və  idarə 
etmə  üsullarının  planlaşdırılması  zamanı  ifadə  olunan  bir  sıra 
ümumi cəhətlərə malikdirlər. Böhranların erkən qarşısının alınması 
sistemlərinin  fərqləndirici  cəhətini  kifayət  qədər  yüksək  həyata 
keçmə  sürətinə  malik  demək  olar  ki  tamamilə  idarə  olunmayan 
risklərin səbəb olduğu çox sayda iştirakçılarla və zərərlərin böyük 
miqyası  ilə  şərtləndirilən  yanaşmanın  sistemli  şəkildə  olmasıdır. 
Bu səbəbdən böhranların monitorinqinə, proqnozlaşdırılmasına və 
erkən mərhələdə böhranın yaranma ehtimalının artmasını müəyyən 
etməyə və gözlənilən təhlükə haqqında əvvəlcədən xəbər verməyə 
imkan verən indikatorların axtarışına xüsusi diqqət yetirilir.  
Maliyyə  böhranları  zamanı  aktivlərin  satılmasına,  banka 
“hücuma”, böhranların zəncirvarı reaksiyasının yayılmasına gətirib 
çıxardan  investorların  riskin  artmasına  münasibətinin  kəskin 
dəyişməsi  halları  məlumdur.  Böhran  iştirakçılarının  böyük 
ə
ksəriyyəti böhran haqqında xəbərin qısa ifadəsi və çatdırılması ilə 
bağlı  psixoloji  amillərin  nəzərə  alınması  zəruriliyini  xüsusi  qeyd 
edir.  QXS-nin  tətbiqi  təcrübəsi  risk  qruplarını  və  məsul  orqanları 
düzgün  və  qısa  müddətdə  qabaqcadan  xəbərdar  etməyə  imkan 
verən  xüsusiləşdirilmiş  əlaqə  sistemlərinin  geniş  istifadəsini 


 
131
təsdiqləyir
116
. Qabaqlayıcı tədbirlərin planlaşdırılmasına, hazırlığı-
na və təcili reaksiya verilməyə xüsusi diqqət yetirilir
117

Araşdırmanı  ümumiləşdirərək  böhranların  erkən  qarşısının 
alınması sisteminin əsas elementlərini aşağıdakı şəkildə ayırmaq olar:  
•  təhlükələrin  müəyyənləşdirilməsi,  keçmişin  ibrətlərinin  nə-
zərə alınması, xarici və daxili təhlükələrin və cəmiyyətin zəifliyinin 
qiymətləndirilməsi, məlumatların toplanılması və işlənilməsi;  
•  sistemin  işə  hazırlanması,  işçi  heyətin  və  istifadəçilər 
qruplarının yoxlanılması və təlimi; 
•  məqsədli  qruplar  və  bütövlükdə  cəmiyyət  üçün  təhlükə 
haqqında xəbərdarlığın qısa şəkildə hazırlanması və müvafiq məlu-
matın yayılması, xəbərdarlığa olan reaksiyanın qiymətləndirilməsi. 
Həmçinin  strukturu  maliyyə  bazarının  xüsusiyyətlərini 
nəzərə  alaraq,  BMT-nin  QXS  -nə  verdiyi  birinci  tərifdən  irəli 
gələn aşağıdakı elementlərlə tamamlamaq lazımdır:  
•  ehtimal olunan böhranlı vəziyyətlərin proqnozlaşdırılması; 
•  riski istisna edən yaxud azaldan qabaqlayıcı tədbirlərin iş-
lənib hazırlanması və tətbiqi və effektiv reaksiyanın hazırlanması.  
QXS strukturu və funksiyaları müəyyən sahədə və cəmiyyə-
tin sosial-iqtisadi və siyasi şəraitində böhranın yaranması riskindən 
asılı olaraq dəyişə bilərlər. Sistem sadədən tutmuş həddindən artıq 
mürəkkəb,  çox  məqsədli,  çox  sayda  təhlükələrə  yönəlmiş  sistemə 
qədər dəyişə bilər. Əsas məqam bazar iqtisadiyyatı subyektlərinin, 
maliyyə bazarında böhranın yaranması riskinin amillərinin təsiri al-
tında olan əhalinin və ictimai qrupların tələbatlarının ödənilməsidir.  
Erkən qarşısını alma və sabit sosial-iqtisadi inkişaf konsepsi-
yalarının  müxtəlif  sosial-iqtisadi  məqsədlər  və  istiqamətlər 
                                                 
116
 Early Warning Systems: Do`s and Don`ts. Report of Workshop, 2003. – 20-
23 
October, 
Shanghai, 
China. 
/prepared 
by 
M.Glantz. 
– 
www.esig.ucar.edu/warning/
.  
117
 USAID FEWS Project. Early Warning Primer: An Overview of Monitoring 
and 
Reporting/Prepared 
by 
C.Chopak, 
2000. 
www.fews.net/resources/gcontent/pdf/1000006.pdf. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə