Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə42/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   38   39   40   41   42   43   44   45   ...   68

 
135
dünya  və  iqtisadiyyat  elmi,  əlavə  edim  ki,  həmçinin  böhranların 
qarşısının  alınması  sistemini  yaradanlar,  bu  növ  böhranlarla 
çoxdan  tanışdırlar
120
.  Maliyyə  bazarının  inkişafı  və  strukturunun, 
həmçinin  onun  seqmentlərinin  fəaliyyətinin  tənzimlənməsinin 
mürəkkəbləşməsi, yeni maliyyə vasitələrinin yaranması və iqtisadi 
və  maliyyə  əlaqələrinin  qloballaşması  ilə  əlaqədar  olaraq  bu 
sahədə  böhranın  yeni  təhlükəsi  və  riskləri  əmələ  gəlir.  Onların 
eyniləşdirilməsinə  və  qarşısının  alınmasına  hazırlıq  ekspertlərin 
maliyyə  bazarının  zəif  tərəflərinin  qiymətləndirilməsi  və  mo-
delləşdirilməsi üzrə dərin təhlili işini tələb edir. Çox vaxt yeni növ 
böhranlar hökumətlər və rəsmi ictimaiyyət üçün gözlənilməz olur. 
Bunun  daha  bariz  nümunəsi  kimi  həm  dünya  ictimaiyyətinin 
ölkələr daxilində uyğunsuzluqların yeni kompozisiyasının eyniləş-
dirilməsinə  hazırlıqlı  olmaması,  həm  də  böhranın  region  boyunca 
zəncirvarı  yayılması  kimi  qətiyyən  gözlənilməz  olan  reaksiya  ilə 
səciyyələndirilən  1994-cü  ilin  Meksika  böhranını  və  1997-ci  ilin 
Asiya böhranını göstərmək olar.  
Böhranların  QXS-nin  istifadəsi  üzrə  toplanmış  təcrübənin 
qiymətləndirilməsi valyuta, maliyyə və bank böhranlarının qarşıs-
ının alınması təcrübəsi nəzərə alınmaqla SWOC-təhlil (strengths – 
yaxşı  cəhətlər,  weakness  –  nöqsanlar,  opportunities  –  imkanlar, 
constraints – məhdudiyyətlər)
121
 əsasında  aparılmışdır.     
Fəlakətlərin erkən qarşısının alınması təcrübəsini ümumiləş-
dirərək QXS-nin qurulmasına məhdud və geniş yanaşmanı ayırmaq 
olar.  Məhdud  mənada  böhranların  qarşısının  alınması  bütün  ma-
raqlı təşkilat və şəxslərin o cümlədən valyuta, maliyyə və bank sa-
hələrində böhran meyllərinin tədqiqat nəticələri və iqtisadi inkişa-
fın proqnozu haqqında,  yeni  risk amilləri və böhranların  yaranma 
                                                 
120
  Монтес  М.Ф.,  Попов  В.В.  «Азиатский  вирус»  или  «голландская 
болезнь
»?  Теория  и  история  валютных  кризисов  в  России  и  других 
странах
». – М.: Дело, 1999. – S. 15.  
121
 Early Warning Systems: Do`s and Don`ts. Report of Workshop, 2003. – 20-
23 
October, 
Shanghai, 
China. 
/prepared 
by 
M.Glantz. 
– 
www.esig.ucar.edu/warning/
. – S. 52-53. 


 
136
və  yayılma  mümkünlüyünə  təsir  edən  digər  hadisələr  haqqında 
məlumatlandırılması  deməkdir.  Bu  tədqiqatlar  böhranların  idarə 
edilməsi  və  onların  qarşısının  alınması  məsələlərilə  məşğul  olan 
orqanlar,  elmi-tədqiqat  təşkilatları,  ayrı-ayrı  alimlər  və  maraqlı 
şə
xslər tərəfindən aparılır.   
Geniş mənada erkən qarşısını alma yalnız qabaqlayıcı məlu-
matlandırma deyil, həmçinin bununla əlaqədar ehtimal olunan zə-
rərin  azaldılması  üzrə  tədbirlərin  işlənib  hazırlanmasıdır.  Bu  ya-
naşma yaranan təhlükələrə aktiv reaksiyanı nəzərdə tutur. Beləlik-
lə,  yanaşmadan asılı olaraq QXS-nin vəzifələri böhranın  yaranma 
ehtimalı haqqında məlumatlandırmadan həmin böhranın qarşısının 
alınmasına kimi genişlənir, bu da sistemin strukturunun və funksi-
yalarının  seçiminə  təsir  edir.  Maliyyə  böhranlarının  erkən  qarşı-
sının alınması mexanizminin qısa inkişaf tarixini müzakirə edək.  
Maliyyə  bazarında  böhranların  erkən  qarşısının  alınması 
sisteminin  işlənib  hazırlanması  ötən  əsrin  90-cı  illərinin 
ortalarından  başlamışdır.  1994-cü  ilin  Meksika  hadisələrindən 
sonra  Latın Amerikası boyunca baş vermiş böhranların zəncirvarı 
reaksiyası  ilə  təşvişə  gələn  Yeddi  qabaqcıl  ölkələr  qrupu  1995-ci 
ildə  Halifaksda  keçirdiyi  görüşdə  Beynəlxalq  Valyuta  Fonduna 
valyuta  böhranlarının  erkən  qarşısının  alınması  sistemini  hazırla-
mağı tövsiyə etmişdir. Maliyyə bazarında böhranların QXS-nin iki 
inkişaf  mərhələsini  ayırmaq  olar.  Birinci  mərhələdə  valyuta  böh-
ranlarının  erkən  qarşısının  alınması  modeli  işlənib  hazırlanmış, 
onun  tətbiqi  təcrübəsi  qazanılmışdır.  İkinci  mərhələ  modelin  tək-
milləşdirilməsi,  onun  maliyyə  bazarının  müxtəlif  -  borc,  valyuta 
fond  seqmentlərinə  yayılması,  həmçinin  böhranların  qarşısının 
alınması üzrə digər üsullar arasında həmin modelin yerinin müəy-
yənləşdirilməsi ilə bağlıdır.  
BVF-nun  böhranların  erkən  qarşısının  alınması  sisteminə 
birinci  mərhələdə  valyuta  böhranlarının  qarşısının  alınması  üzrə 
miqyaslı  sistem  məsələsinin  həlli  üçün  yalnız,  maliyyə  bazarının 
digər seqmentlərilə  əlaqələndirmədən, valyuta bazarında böhranın 
yaranma  vaxtının  proqnozlaşdırılması  üzrə  ədədi  model  daxil  idi 


 
137
və  prinsip  etibarilə  məhdud  nöqteyi-nəzərindən  müzakirə 
olunurdu.  1999-cu  ilədək  olan  dövrdə  BVF  valyuta  böhranlarının 
qarşısının alınması üzrə əsas və yeganə üsul kimi bir neçə modeli 
işləyib  hazırlamış  və  onları  tətbiq  etməyə  başlamışdır.  Onun 
analitikləri  böhran  hadisələrinin  proqnozlaşdırılması  üzrə  riyazi 
modellərin  işlənib  hazırlanması  və  tətbiqi  sahəsində  toplanılmış 
təcrübəni və həmin modellər üçün səciyyəvi olan məhdudiyyətləri, 
həmçinin  böhranların  erkən  qarşısının  alınması  sistemlərinin 
istifadə  təcrübəsini  nəzərə  almamışlar.  Fondun  miqyaslı  tənqidi 
nəticəsində iqtisadiyyatın tənzimlənməsinə və kapitalın beynəlxalq 
hərəkətinin sürətli liberallaşmasına monetarizm yanaşmasına əsas-
lanan  “Vaşinqton  konsensusu”  siyasətindən  imtina  olunmuşdur. 
Bu  mərhələdə  böhranların  proqnozlaşdırılması  üzrə  statistik  mo-
dellərin istifadəsinə mövcud yanaşmalar tənqidi başa düşülmüşdür 
və onların aşağıdakı nöqsanları müəyyən olunmuşdur: 
•  yalnız  kəmiyyət  məlumatlarının  təhlilinə  əsaslanan  böh-
ranların qarşısının alınmasına məhdud yanaşma; 
•  böhranın  yaranma  vaxtının  proqnozlaşdırılmasının  müm-
künsüzlüyü;  
•  müxtəlif  göstəricilərin  kifayət  qədər  əlverişli  və  dəqiq  ol-
maması;  
•  müxtəlif maliyyə sarsıntılarının milli spesifikasının nəzərə 
alınmasının mürəkkəbliyi;  
•  investorların böhranın ehtimalı haqqında reaksiyasının xa-
rakterinin  və  onun  şəraitin  sabitləşdirilməsinə  və  ya  sabitliyinin 
pozulmasına təsirinin proqnozlaşdırılmasının mümkünsüzlüyü;  
•  modellərin  istiqamətlənmə  subyektivliyi,  müəyyən  növ 
böhranlara  istiqamətlənmə,  gözlənilməz  hadisələrin  proqnozlaşdı-
rılmasının mümkünsüzlüyü; 
•  çox sayda yanlış siqnalların yaranmasına səbəb olan erkən 
qarşısını alma modellərindən daxil olan siqnalların işlənilməsi me-
todikalarının mükəmməl olmaması.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə