Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə44/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   40   41   42   43   44   45   46   47   ...   68

 
141
minatı,  bank  nəzarətinin  gücləndirilməsi  və  bazar  intizamının 
möhkəmləndirilməsi  yolu  ilə  bank  böhranlarının  qarşısının  alın-
ması üsullarını nəzərdə tutur. BHB erkən qarşısını alma üsulların-
dan istifadə etməyi tövsiyə edir.  
Bank  böhranlarının  qarşısının  alınması  üsulları  daha  ətraflı 
şə
kildə  Bazel  Bank  nəzarəti  komitəsinin  “Effektiv  bank  nəzarəti-
nin  əsas  prinsiplərinə”  əsaslanan  Problemli  banklara  nəzarət  üzrə 
təlimatda
125
  izah  olunub.  Təlimat  iki  hissədən  ibarətdir:  birinci 
hissə  böhranların  qarşısının  alınmasının  ümumi  metodoloji  məsə-
lələrinə və sisteminə, ikincisi – vəziyyətin düzəldilməsi prosedur-
larına və böhranların aradan qaldırılmasına həsr olunub. Təlimatda 
böhranların erkən qarşısının alınması üzrə statistik modellərə əsas-
lanan bankların kəmiyyət göstəricilərinin qiymətləndirilməsi üsul-
ları, bankların fəaliyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin 
kompleks qiymətləndirilməsindən ibarət olan nəzarət üsulları, mə-
lumatların  toplanılması  üçün  məlumat  yolları,  böhran  baş  verdiyi 
halda  qabaqlayıcı  tədbirlərin  planlaşdırması  və  digər  tədbirlər 
tövsiyə olunur.  
Bankların  maliyyə  göstəricilərinin  qiymətləndirilməsi  üzrə 
kəmiyyət  üsulları  müxtəlif  indikatorların  qurulmasına,  onların 
inkişaf  tendensiyasının  müəyyənləşdirilməsinə,  göstəricilərin  on-
ların eyni növ banklar qrupu üzrə qiymətləri ilə müqayisəsinə əsas-
lanır.  Erkən  qarşısını  almanın  bəzi  statistik  modelləri  müəyyən 
olunmuş  zaman  kəsiyi  çərçivəsində  bank  problemlərinin  yaranma 
ehtimalının qiymətləndirilməsi üçün, digərləri isə baş verə biləcək 
gələcək  zərərin  proqnozlaşdırılmasına  əsaslanan  bankların  ödəmə 
qabiliyyətinin proqnozlaşdırılması üçün nəzərdə tutulub. Modellər 
üçün  giriş  məlumatı  kimi  obyektiv  qiymətləndirilə  biləcək  bank 
sisteminin və bankların vəziyyət göstəriciləri çıxış edir. Modellər-
də  idarəetmənin,  risklərin  qiymətləndirilməsinin,  daxili  nəzarətin 
keyfiyyəti,  həmçinin  rəqabət  qabiliyyəti  və  xarici  amillərin  təsiri 
                                                 
125
  Supervisory  Guidance  on  Dealing  with  Weak  Banks.  Basel  Committee  on 
Banking Supervision, BIS. – Basel, 2002. – S. 52.  


 
142
kimi  göstəriciləri  nəzərə  almaq  çətindir.  Bu  səbəbdən  böhranın 
erkən  qarşısının  alınması  modelləri  yalnız  bankın  vəziyyətinin 
tədqiqinin  davam  etdirilməsi  zəruriliyi  haqqında  xəbərdaredici 
siqnal  verirlər,  bu  da  məhdud  zaman  və  ehtiyatlar  şəraitində 
nəzarət orqanlarına bütün səylərini problemlərin yaranma ehtimalı 
yüksək  olan  kredit  təşkilatlarında  cəmləşdirməyi,  bankların 
özlərinə isə mənfi amillərin təsirinin qarşısını almağa kömək edir.  
Nəzarət  orqanlarının  böhran  hadisələrinin  erkən  qarşısının 
alınması  üzrə  statistik  modellərin  istifadəsinə  artan  maraq  onunla 
şə
rtləndirilmişdir  ki,  bankların  cari  vəziyyətini  təsvir  edən  digər 
üsullardan fərqli olaraq həmin modellər bank problemlərinin proq-
nozlaşdırılmasına  istiqamətlənmişdir.  Müxtəlif  ölkələrin  nəzarət 
orqanları  onları  öz  təcrübəsində  tətbiq  edirlər.  Statistik  modellər 
riski artan bankların, onların reytinqinin aşağı düşməsi ehtimalının 
qabaqcadan müəyyənləşdirilməsi, müflisləşmənin və dəyə biləcək 
zərərin proqnozlaşdırılması üçün istifadə olunurlar.   
Böhranların erkən qarşısının alınması üzrə statistik modellə-
rin istifadəçiləri onların aşağıdakı xüsusiyyətlərini qeyd edirlər:  
• Böhran  növlərinin  və  onların  indikatorlarının  seçimi, 
bunun əsasında sarsıntıların erkən qarşısının alınması modellərinin 
yaradılması, böhranların proqnozlaşdırılması zamanı ondan əvvəl-
ki təcrübənin nəzərə alınması subyektiv amillə şərtləndirilmişdir.  
• Maliyyə bazarının dəyişiklikləri, onun fəaliyyətinin mürək-
kəbləşməsi  və  böhran  hadisələri  haqqında  statistik  məlumatların 
azlığı  şəraitində  istifadə  olunan  proqnozlaşdırma  metodikalarının 
effektivliyini daima qiymətləndirmək lazımdır. 
• Proqnoz əsas məlumatların keyfiyyətli, modellərin effektiv 
olduğu  dərəcədə  doğru  olacaq.  Proqnozlaşdırmanın  zaman  inter-
valı  proqnozların  yüksək  dəqiqliyi  tələblərinin  yerinə  yetirilməsi 
üçün müəyyən olunur; zaman intervalı adətən bir neçə aydan üç ilə 
qədər diapazonunda yerləşir.  
• Reytinqlərin  dəyişməsinin  proqnozlaşdırılması  modelləri 
üçün  zaman  intervalı  müflisləşmələrin  və  ya  gözlənilən  zərərin 


 
143
proqnozlaşdırılması  modelləri  üçün  zaman  intervalı  ilə  müqa-
yisədə daha qısadır. 
• İstənilən  proqnozlaşdırma  modellərində  səhvlər  ola  bilər: 
yanlış siqnallar və böhranların nəzərdə qaçırmaları.  
• Nəzarət  orqanlarının  fikrincə  bu  zaman  bazarın  problemli 
iştirakçılarının  sabit  kimi  qiymətləndirildiyi  nəzərdən  qaçırmalar 
daha  təhlükəlidir.  Bu  hal  həmin  iştirakçıların  risklərini  artırır  və 
böhranın həllinə yönələn xərclərin çoxalmasına səbəb olur. Bu sə-
bəbdən modellər bu tip səhvlərin azaldılmasına istiqamətləndirilir, 
baxmayaraq  ki,  yanlış  siqnallar  nizamlayıcı  orqanlar  üçün  mənfi 
nəticələnirlər, çünki qüvvələrin yayınmasına gətirib çıxardırlar.  
Böhranların erkən qarşısının alınması modellərindən istifadə 
edən  bank  nəzarəti  orqanları  daima  onların  test  yoxlamasını 
keçirirlər.  ABŞ-nın  FES  (Federal  Ehtiyat  Sistemi)  hər  il  SEER 
modellərinin  proqnozlarının  keyfiyyətini  və  risklərin  reytinqini 
onların  cari  göstəricilərə  uyğunluq  dərəcəsini  müqayisə  edərək 
qiymətləndirir. Proqnozun keyfiyyətinin müəyyənləşdirilməsi üçün 
ə
vvəlcədən  söylənilən  hadisələrin  sayı  real  baş  verən  hadisələrin 
sayı  ilə  müqayisə  edilir.  Analoji  olaraq  Fransanın  Bank  Komissi-
yası  müntəzəm  surətdə  ödəmə  qabiliyyətinin  proqnozlaşdırılması 
üzrə  modelin  işinin  düzgünlüyü  qiymətləndirilən  məruzələr  nəşr 
etdirir.  Reytinqin,  müflisləşmənin,  ödəmə  qabiliyyətsizliyinin  və 
ya gözlənilən zərərlərin azaldılması ehtimalının proqnozlaşdırılma-
sı  çətinliyi  və  modellərin  təkmilləşdirilməsinin  davam  etdirilməsi 
zəruriliyi qeyd olunur.   
Erkən qarşısını alma modellərinin xüsusiyyətlərinin öyrənil-
məsi onların aşağıdakı yaxşı cəhətlərini ayırmağa imkan verir:  
• maliyyə  bazarlarının  vəziyyətinin  və  onların  iştirakçıları-
nın  kəmiyyət  göstəricilərinin  müntəzəm  və  obyektiv  qiymətləndi-
rilməsinin təmin edilməsi;  
• erkən  mərhələlərdə  böhranların  yaranma  ehtimalının 
müəyyən olunmuş meyarlar üzrə müəyyənləşdirilməsi; 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə