104
neçə keşikçinin müşayiətilə ekipajda onlarla getdik. Hacı Murad
uzaqlara getməyi xahiş edirdi. Ərim onun bu xahişini də rədd
etmək istəməyərək bizi müşahidə edən knyaz Tumanova
müraciətlə dedi: “Xahiş edirəm, mənim ailəmlə evə qayıt, mən isə
bir az da Muradla gəzəcəm”. Bu dəfə hər şey yaxşı keçdi.
Sonrakı və üçüncü gün H.Murad yenidən gəzməyə çıxmaq
istədi. Ərimin təxirəsalınmaz işləri olduğuna görə o özü gedə
bilmədi, ona 2-3 keşikçi verdi, Hacı Murad isə özü ilə ayrılmaz
dostlarını götürdü. Onlar Nuxadan xeyli məsafə uzaqlaşdıqda (10
verst)
34
, Hacı Murad birdən atını çevirib keşikçilərə atəş açaraq
birini öldürmüş, digərləri isə atlarını çaparaq aradan çıxa bildilər.
Hacı Murad isə qaçdı. Ərim hadisədən xəbər tutan kimi qaçanları
tutmaq üçün ətraf kəndlərə atlılar göndərdi. O, qaçanların hansı
yolla getdiklərini bilirdi, bu onlar üçün yeganə mümkün yol idi,
digər yol isə Nuxadan keçirdi.
Bir neçə yüz insan toplaşmışdı. Bu zaman H.Murad meşədə
gizlənərək ölənədək atışmağa başladı. Ərimə xəbər gətirdilər ki,
Hacı Murad öldürülmüşdür və başını gətirirlər. Ərim onları qar-
şılamağa getdi. Biz isə sakitləşə bilmir, hətta qorxudan ağlayırdıq.
H.Muradın tatar işğalçılarına başçılığı ilə gəfləti gəlişi hər
şeyi alt-üst etmişdi. Qala divarlarına bənzər fərş daşları ilə hörül-
müş divarla ayrılmış həyətimizə çoxlu sayda Nuxalı xristianlar:
məmurlar, onların ailələri və b. toplaşmışdılar. Onlar bütün gecəni
yuxusuz bizim həyətdə keçirdilər. Səhəri gün hamı sakitləşdi,
ərim isə baş vermiş hadisə ilə bağlı məruzə yazaraq H.Muradın
başını Tiflisə apardı.
Şeyx Şamilin Şəki xanı Hacı Çələbi xanla
qohumluğuna dair tarixi rəvayət
Qafqazda milli-azadlıq hərəkatının başçısı, böyük sərkərdə
şeyx Şamil 1871-ci il fevralın 4-də Mədinədə öz əcəli ilə vəfat
etdi. Onu Məhəmməd Peyğəmbər (Ə.S.) yatan torpaqda-Cənnət-
əl-Baki qəbiristanlığında şərəflə dəfn etdilər. Atasının dəfnindən
105
sonra Türkiyəyə qayıdan Qazı Məhəmməd Türk ordusunda gene-
ral-mayor rütbəsi ilə hərbi xidmətdə qaldı. 1877-ci ildə rus-türk
müharibəsi başlananda onu çərkəzlərdən təşkil olunmuş Bayazid
qalası uğrunda vuruşan süvari diviziyanın komandanı təyin etdi-
lər. Qazı Məhəmmədin ruslara qarşı vuruşduğunu eşidən rus ala-
yının komandiri mayor Ştokvis general Qazı Məhəmmədə belə bir
məktub göndərir: “Türk ordusunun diviziya generalı Qazı
Məhəmməd Şeyx Şamil oğluna! Ayıb deyilmi? Axı, Siz 1866-cı il
avqustun 26-da Kaluqadakı Zadəganlar Sarayında igid atamızla
birgə Rusiyaya sədaqətli olacağınız haqqında and içmisiniz. Yəqin
ki, mərhum atanız Şeyx Şamil sağ olsaydı, bu hərəkətinizə görə
Sizi bağışlamazdı” Deyilənə görə, məktubu alan Qazı Məhəmməd
heç kəsə heç nə demədən Bayazid qalası uğrunda gedən döyüşləri
yarımçıq qoyub getmişdir. Görünür, atasının içdiyi andının xatır-
ladılması onu bu addımı atmağa məcbur etmişdi.
Qazı Məhəmməd 1833-cü ildə Şamilin birinci arvadı Fatimat-
dan dünyaya gəlmişdi. Şamil onun adını Dağıstanın birinci İmamı,
ustadı və müəllimi Qazı Məhəmmədin şərəfinə qoymuşdu. Onun
arvadı Kərimət xanım azərbaycanlı idi. Kərimət 16 il Şeyx Şamilin
birinci naibi olmuş general Daniyal bəy Sultan Əhməd xan oğlu
İlisulunun qızı idi. Rusiyada “Qafqaz gözəli” adı ilə şöhrət tapmışdır.
Qazı Məhəmməd Sankt-Peterburqda operada olarkən yanındakı ya-
vərinə demişdir: “Görürsənmi, bütün bu böyük şəhərdə mənim Kəri-
mətimə bərabər gözəl yoxdur”. Sürgündə olarkən ən çox yuxusuna
girən İlisunun dağları və şəlalələri olmuş və doğma kəndindən həs-
rətlə, dönə-dönə danışıb kövrəlmişdir. Kərimət 1862-ci ildə 25 ya-
şında Kaluqada vərəmdən öldü: Sultan və general qızı olduğuna görə
İmperatorun əmri ilə Şəkiyə gətirilib, anası Balaxanımın (Balaxanım
xanım Şəki xanı Hacı Çələbi xanın oğlu Hacı xanın (Hacı Əb-
dülqadir xan) qızı idi) yanında dəfn olunub. Balaxanım xanım İlisulu
Daniyal bəydə idi. Onu tərk edib Ruma gedibdir. Türk marşalı rüt-
bəsində istefaya çıxan Qazı Məhəmməd ömrünün son illərini Mədinə
şəhərində yaşayıb, 1902-ci ildə orada vəfat edib. Atası Şeyx Şamilin
yanında-Cənnət-əl-Baki qəbiristanlığında dəfn olunub.
106
Şəki xanı İsmayıl xanın
öz arvadını qətlə yetirməsi
Şəki şəhəri və qəzasındakı əhali köhnədən bəri İran şahları-
nın, daha sonra Şəki xanlarının və ən nəhayət, çar Rusiyasının
hökmranlığı altında uzun illər əsirlik boyunduruğu daşımağa məh-
kum edilmişdi. Əsirlik deyirkən adi təbəəlik və itaət mənaları
dairəsində deyil, bəlkə tam əski köləlik dövrünü geniş mənada
möhtərəm oxucuların xatirinə yetirmək istərəm. Misal üçün, Şəki
xanlarından İsmayıl xanın
35
dövrünü götürəlim. İsmayıl xan şəx-
sən tərbiyəsiz, əxlaqsız, son dərəcədə müstəbid və zülümkarlığı
sevən bir sima idi. Öz rəiyyətinin haqqında rəva gördüyü zülm və
işgəncələrə qənaət etməyərək, onların namusuna təcavüz etməklə
coşğun ruhuna təsəlli verərdi. Kəndi arzusuna qarşı durmaz və heç
bir kəslə hesablaşmadan istədiyini yapardı.
Nəhayət, Şəmsəddin bəy adlı birisinin övrətini zor ilə əlindən
alıb özünü də boğazından asdırdı. Günülük
36
hissiylə xana qarşı
nifrət bəsləyən xanın övrəti-sabiqi Şəmsəddin bəyin qardaşı Səd-
rəddin bəyə qasid vasitəsiylə işbu əhvalatı bildirdiyi üçün xan öz
övrəti-sabiqini hal-hazırda mövcud Xan sarayının “Cəza eyva-
nı”ndan həyətə atdırır. Və üç gün meyit Xan sarayının həyətində
açıq hava altında qalır. Xanın qəzəbindən qorxaraq, kimsə sarayın
ətrafına dolaşa bilmir. Nəhayət, camaatın təvəqqesinə görə me-
yitin dəfn olunmasına xan müsaidə edir.
Sədrəddin bəy isə qardaşı Şəmsəddin bəyin boğazlanması və
övrətinin zor ilə alınması xəbərini eşitcək son dərəcədə mütəəssir
olur və ruslar ilə birləşib, xanın üzərinə hücum edirlər. Xan məğ-
lub olur və dutularaq Sədrəddin bəyin əliylə boğulur və öldürülür.
“Şəki xanlarının ixtisar üzrə
tarixi”nə dair tarixi rəvayət
Şəki xanı Fətəli xanın oğlu Kərim ağa Fateh Şəkixanov (h.
1202-8.6.1275/m. 1788-13.1.1859) tərəfindən türkcə yazdığı “Şəki
xanlarının ixtisar üzrə tarixi” 24 May 1829-cu ildə qələmə alınmış və
Dostları ilə paylaş: |