Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə18/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   14   15   16   17   18   19   20   21   ...   79

 
38
4.  Hər hansı bir Peyğəmbərin dediklərini təsdiq etmək üçün, kömək 
olsun deyə Peyğəmbər göndərilib.  
Allah hər ümmətə onların içərsindən onları bir və tək olan Allaha ibadət 
etməyə  və ondan başqa ibadət olunan bütün varlılıqları  rəd və inkar 
etməyə çağıran Peyğəmbərlər göndərdiyinə inanmaqdır. Allah hər 
ümmətə  şəriət ilə bir Peyğəmbər göndərmədiyi və ya ondan əvvəlki 
Peyğəmbərlərin  şəriətini yeniləmək (təzələmək) üçün vəhy etdiyi bir 
Peyğəmbər (nəbi) göndərilməmiş heç bir ümmət yoxdur. Biz hər ümmətə: 
«Allaha ibadət edin və tağutdan çəkinin» deyə Peyğəmbər göndərmiş-
dik».  (ən-Nəhl 36). «Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan 
bir peyğəmbər gəlib getməsin». (Fatir 24).  
Onların çağırışları ümmətləri  şirk və bütpərəstlikdən qurtarmaq, 
insanları çirkin və fahiş işlərdən çəkindirmək üçündür. Onlar risalətlərini 
təbliğ etdilər, üzərilərindəki  əmanəti  əskiksiz yerinə yetirdilər, ümmət-
lərinə  səmimiyyətlə öyüd-nəsihət verdilər. Allah yolunda layiqli cihad 
etdilər. Rəbləri tərəfindən dəstəklənmiş oldular. «Allah mələklərdən 
elçilər seçdiyi kimi insanlardan da seçər». (əl-Həcc 75).  
Heç bir şeyi gizlətməyib, hər hansı bir dəyişiklik etmədiklərinə, 
özlərindən ora nə bir hərf artırıb, nə  də bir hərf  əskiltmədiklərinə 
inanmaqdır«Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir». 
(ən-Nəhl 35).  
Allah o, şərəfli Rəsulların göndərməsində hikməti: «Biz Peyğəmbərləri 
müjdə  gətirən və  əzabla qorxudan kimi göndərdik ki, daha insanlar 
üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. 
Allah yenilməz qüvvət və bilik sahibidir». (ən-Nisa 165).  
Rəsullar da yaradılmış insanlardır. Rububiyyət və Uluhiyyət 
xüsusiyətlərindən heç birisinə sahib deyillər. Onlar Allahın istədiyindən 
artıq nə özlərinə, nə də hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək 
gücünə malikdirlər. De ki: «Mən sizə demirəm ki, məim yanımda Allahın 
xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə  də demirəm ki, mən 
mələyəm. Mən özümə gələn vəhyə tabe oluram». De ki: «Kor görənlə bir 
olurmu? Məgər düşünmürsünüz!».  (əl-Ənam 50). «Peyğəmbərləri 
onlara cavab olaraq demişdilər: «Biz də sizin kimi adi bir insanıq. Lakin 
Allah öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan 
biz sizə heç bir dəlil gətirə bilmərik».  (İbrahim 11). «De ki: «Mən də 
sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız 
tək olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümüd bəsləyirsə yaxşı 
iş görsün və rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın» (Kəhf 110).  


 
39
Onlara əmr edilən şeylərə uyan bir əmirdirlər. De ki: «Mən sizə nə bir 
zərər, nə  də bir xeyir vermək qüdrətinə malik deyiləm!» De ki: «Məni 
Allahdan heç kəs qurtara bilməz və mən ondan başqa heç bir sığınacaq 
tapa bilmərəm!»  (əl-Cinn 21-22). De ki: «Mən Allahın istədiyindən 
başqa özümə  nə bir xeyir, nə  də bir zərər verə bilərəm.  Əgər qeybi 
bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və 
mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı qorxudan və 
müjdələyənəm» (əl-Əraf 188).  
Xəstəlik, ölüm, yemək və içmək kimi şeylərə ehtiyac duyduqları  və s. 
buna bənzər özəlliklər onlar haqqında da söz edilməkdədir.  «Məni 
yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də içirdəndə 
Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək 
sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına 
ümüd etdiyim də Odur!». (əş-Şuəra 78-82). Həmçinin Aişə - radıyallahu 
anhə  –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Əgər sənə desələr Muhəmməd sabah nə olacağını bilir, 
inanma»
118
. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ancaq sizin kimi bir insanam. 
Unutduğunuz kimi unuduram. Unutduğum zaman yadıma salın»
119
.  
Əhli Sünnə əqidəsinə görə Peyğəmbərlər məsumdurlar (yəni onlar: Şirk. 
Küfr və s. kimi böyük günahlardan uzaqdırlar). Lakin onların kiçik 
xətaları olmuşdur: Məs: Adəm – əlehissəlam – ın Allahın qadağan etdiyi 
ağacdan yeməsi:  «(Adəm və  Həvva) Ey Rəbbimiz! Biz özümüzə zülm 
etdik.  Əgər bizi bağışlamasan və  mərhəmət etməsən. Biz şübhəsiz ki, 
ziyana uğrayanlardan olarıq».  (əl-Əhqaf 23). (Buxari, Müslim şəfaət 
hədisi),  Nuh  –  əlehissəlam – ın öz oğlu üçün bağışlanma diləməsi 
(Buxari, Müslim şəfaət hədisi), İbrahim – əlehissəlam – ın öz atası üçün 
bağışlanma diləməsi və üç dəfə yalan danışması (Buxari, Müslim şəfaət 
hədisi),  Musa – əlehissəlam – ın Qibtini öldürməsi (əl-Qəsəs 18-ci 
ayəsinə bax), Muhəmməd
120
  – sallallahu aleyhi və  səlləm – in yanına 
gələn kor Ummu Məktub  - radıyallahu anhu – dan üzünü çevirməsi 
(Əbəsə surəsinə bax), namaz rükətlərinin sayının azaldıb, çoxaltması. 
Sübh namazının yatıb qalmaları (Buxari, Müslim namaz bölümü, səhv 
səcdələri), balı özünə haram etdiyinə (başqa rəvayətdə: Mariya 
radıyallahu anhə – nin yanına getmədiyi üçün ət-Təhrim 1-ci ayəsinə 
                                                 
118
 Buxari.  
119
 Buxari, Müslim.  
120
 Muhəmməd – adı Qurani Kərimdə dörd dəfə çəkilibdir: Ali İmran 144, əl-Əhzəb 40, əl-Fəth 29, 
Muhəmməd 2.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə