Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə26/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   22   23   24   25   26   27   28   29   ...   79

 
54
Vəfat xəbəri bir neçə dəqiqədə səhabələr arasında yayıldı. Bu acı xəbər 
onların dünyalarını qaraltdı. Üzüntüdən  şüurlarını itirəcək hala 
gəlmişdilər. Nə edəcəklərini bilmədən hıçqıra-hıçqıra ağlayırdılar. Ömər 
radıyallahu anhu – məscidə  gələrək: «Allah münafiqləri yox edincəyə 
qədər Rəsulullah ölməyəcəkdir» deyə  qışqırmağa və öldü deyəni 
öldürəcəyini söyləməyə başladı.  İnsanlar nə edəcəklərini bilmədən 
şaşqınlıq içində sağa-sola hərəkət edirdilər. Aişə  - radıyallahu anhə – 
deyir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – vəfat etdikdə  Əbu 
Bəkr - radıyallahu anhu – Sunhda idi. Əbu Bəkr - radıyallahu anhu – bu 
xəbəri eşidincə evindən yola çıxır və məscidin qapısına kimi gəlir. Orada 
Ömər  - radıyallahu anhu – xalqa bir şeylər söylədiyini görür. Lakin 
əhəmiyyət vermədən Aişə  - radıyallahu anhə – nin evinə üzəri örtülü 
vəziyyətdə olan Peyğəmbər – sallallahu aleyhi və səlləm –  in yanına girir. 
Üzərindəki örtüyü qaldıraraq onu öpür və: «Atam, anam sənə fəda olsun! 
Sağlığında da səndən gözəl iy gəlirdi, öləndən sonra da səndən gözəl iy 
gəlir. Nəfsim əlində olan Allaha and olsun ki, Allah ölümü sənə iki dəfə 
daddırmaz. Əbu Bəkr - radıyallahu anhu – cəmaatın yanına çıxır. Allaha 
həmd səna etdikdən sonra: «Ey insanlar! Kim Muhəmmədə ibadət 
edirdisə bilsin ki, artıq o, vəfat etmişdir. Kim Allaha ibadət edirdisə bilsin 
ki, Allah əbədi və ölməzdir:  «Şübhəsiz ki, sən də öləcəksən, onlar da 
öləcəklər!».  (əz-Zumər 30). «Muhəmməd ancaq bir Peyğəmbərdir. 
Ondan  əvvəl də peyğəmbərlər gəlib getmişlər.  Əgər o, ölsə  və ya 
öldürülsə siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç 
bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər». (Ali İmran 
144)
158
.  Ömər  - radıyallahu anhu – deyir ki: «Allaha and olsun ki, Əbu 
Bəkr  - radıyallahu anhu – bu ayəni oxuyuncaya qədər Peyğəmbər– 
sallallahu aleyhi və  səlləm – in vəfatına qane deyildim. Ayəni duyunca 
dəhşətə  gəldim və yerə  yıxıldım. Ayaqlarım yerində durmurdu. O, vaxt 
anladım ki, həqiqətən də Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
dünyasını  dəyişmişdir». Aişə  - radıyallahu anhə – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 1-ci günü dünyasını  dəyişdi 
(Başqa rəvayətdə:  1-ci günü dünyasını  dəyişdi və  2-ci günü isə  dəfn 
edildi)»
159
.  
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in cəsədi 2-ci günü yuyuldu. 
Aişə - radıyallahu anhə – deyir ki: «Onu yumaq istədikdə: «Ölülərimizi 
soyundurduğumuz kimi onu da soyundurub yuyaq, yoxsa paltarı əynində 
olduğu haldamı yuyaq» deyə təşviş içində qaldılar. Bu vaxt Allah onlara 
                                                 
158
 Buxari 3667.  
159
 Tirmizi «Şəmaili Şərif».  


 
55
bir yuxu verdi. Hamımızın çənəsi köksünə düşdü. Evin bir kənarından 
tanımadıqları biri onlara xitab edərək dedi: «Onu üzərindəki paltarını 
çıxarmayaraq yuyun». Bundan sonra paltarı üzərindən suyu tökərək 
yumağa başladılar. Yumaq işinə Əli, Abbas, iki oğlu Fadl, Qasım, Usamə 
Şarkan su tökür, Əli  - radıyallahu anhu – isə yuyurdu. Cəsədi üç dəfə 
yudular. Cəsədi yuduqları suyu Quba məscidində olan Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – in də o, sudan içdiyi Sad b. Heysəmə 
quyusundan gətirmişdilər. Üç parça ağ  Yəmən bezi ilə  kəfənlədilər. 
Harada dəfn olunacağını müzakirə etdilər. Bəziləri Məkkədə, bəziləri 
Qütsdə dəfn olunmasını təklif etdilər. Əbu Bəkr - radıyallahu anhu – isə 
Peyğəmbərlər öldükləri yerdə  dəfn olunurlar dedi və Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – in otağında qəbr qazıldı.  Əbu Təlhə  
radıyallahu anhu – qəbrini qazdı. Cənazə namazı  qılındı. Otaq darısqal 
olduğu üçün ilk öncə qohum-əqrabası, sonra mühacirlər, ənsarlar, qadınlar 
və uşaqlardan başlamaq üzərə insanlar qrup halında gəlib cənazə namazı 
qılırdılar. Beləcə səhərə yaxın Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
in mübarək cəsədi qəbrə endirildi və  dəfn edildi. Fatimə  - radıyallahu 
anhə – deyirdi: «Ey Ənəs! Allah Rəsulunu torpağa qoyub üzərinə torpaq 
atmağa könlünüz necə razı oldu»
160
.  Ənəs: «Onu torpağa qoyub üzərinə 
topraq atmaq bizim də  qəlbimizi ağrıtmış, lakin biz bunu onun əmrini 
yerinə yetirmək məcburiyyəti ilə könüllərimiz ağlaya-ağlaya etdik».  
 
PEYĞƏMBƏRİMİZİN XÜSUSİYYƏTLƏRİ 
Peyğəmbərimiz Muhəmməd 

 sallallahu aleyhi və səlləm 

 in bir neçə 
xüsusiyyətləri vardır:  
1. Peyğəmbərlərin Sonuncusudur -  «Lakin o, Allahın Rəsulu və 
Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Muhəmməd, 
Peyğəmbərlərin və Rəsulların sonuncusudur. O, Allahın risalətinin təbliği 
üçün seçdiyi son elçi, ona kitabların ən uca və ən əzəmətlisi endirilmişdi. 
O, Rəsulların  əzəmətlisi, aləmlərin Rəbbinin həbibi və  xəlilidir. Ondan 
sonra kim Peyğəmbərlik iddiasında olarsa kafirdir, onu doğrulayan da 
kafirdir. Bunda şübhə edən də kafirdir. Mömin ondan sonra Peyğəmbərin 
olmayacağına iman edər. Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 
Dəccal ilə  əlaqəli olan hədisdə buyurur: «Mən Xatəmun-Nəbiyyinəm 
(Peyğəmbərlərin sonuncusuyam) və  məndən sonra Peyğəmbər 
gəlməyəcəkdir»
161
. Başqa rəvayətdə: Peyğəmbər 

 sallallahu aleyhi və 
                                                 
160
 Buxari 7/753, İbn Məcə 1630, Darimi 1/40.  
161
 İmam Əhməd «Musnəd» 3/79. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə