Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə24/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   20   21   22   23   24   25   26   27   ...   79

 
50
1. Ummul Qura olan Məkkənin fəthi mübarək hicrətin  8-ci ilində 
tamamlanmış, hicri 9-cu ildə isə müsəlman olmaq və ya cizyə vermək 
üçün Mədinə  şəhərinə axın-axın heyətlər gəlmişlər.  Ərəb yarmadası 
bütünlüklə  İslama boyun əydi. Bütün bunlar Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – in və səhabələrinin 10 il boyunca sürdükləri cihadın bir 
meyvəsi idi. Artıq bütün bunlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
missiyasının sona gəldiyinə işarət edirdi.  
2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Muaz - radıyallahu anhu – 
nu Yəmənə göndərdiyi zaman ona bir çox tövsiyələr verdi. Tövsiyələrini 
bitirdikdən sonra buyurdu: «Ey Muaz! Ola bilər ki, sən bu ildən sonra 
məni görməyəsən. Sən qayıtdıqda artıq mənim məscidimə  və  qəbrimə 
çatacaqsan». Bu sözlər Muaz - radıyallahu anhu – nu hönkür-hönkür 
ağlatdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzünü Mədinəyə tərəf 
çevirərək: «İnsanlardan mənə ən layiq olanlar kim olursa olsun və harada 
olursa olsun müttəqilərdir» deyə buyurdu
148
.  
3. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hər il Ramazan ayında on 
gün etiqafa çəkilərdi. Son ildə isə iyirmi gün etiqaf etmişdi. Cəbrail  – 
əlehissəlam – hər il Quranı bir dəfə ona təkrar etdiyi halda son ildə iki 
dəfə təkrarlatdı.  
4. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hicrətin 10-cu ilində Həcc 
etdi və buyurdu: «Həcci necə yerinə yetirəcəyinizi məndən öyrənin. Ola 
bilir ki, bu ildən sonra bir daha sizinlə görüşməyim.  İnsanlarla 
vidalaşmağa başladı.  
5.  Ərafada bu ayə endi:  «Bu gün dininizi kamil etdim və sizə olan 
nemətimi tamamladım. Bir din kimi sizin üçün İslamı seçdim». (əl-
Maidə 3).  
6. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki: «Ömər - radıyallahu 
anhu – məni Bədrdə  iştirak etmiş  səhabələrlə birlikdə  məclisə apardı. 
Bəziləri bundan xoşlanmayaraq: «Bunun bizim aramızda nə işi var. Bizim 
də onun kimi uşaqlarımız vardır» dedilər. Ömər  - radıyallahu anhu – 
hansı səbəbdən onu bura gətirməsini izah etmək üçün sual verdi: «İzə Cə 
Ənəsrullahi Vəl Fəth – haqqında nə bilirsiniz?». Onlardan bəziləri: «Bizə 
fəth müyəssər olub zəfərə çatdığımızda Allaha həmd edib günahlarımızın 
bağışlanmasını diləməklə əmr olunduq» dedilər. Digərləri isə heç bir söz 
də demədilər. Sonra mənə  tərəf çönərək: «Ey Abbasın oğlu! Sən də mi 
belə deyirsən?» deyə soruşdu. Abbas: «Xeyr, bu surə Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – in  əcəlidir. Allah ona əcəlinin çatdığını 
bildirərək buyurmuşdu: «Allahın yardımı və fəthi gəldiyi zaman…». (ən-
                                                 
148
 Əhməd 5/235. Məcmul Zəvaid 9/22.  


 
51
Nəsr). Bu sənin əcəlinin yaxınlaşmasına işarədir. Belə ki, Rabbini təsbih 
edərək ondan məğfirət dilə. Çünki O, tövbələri qəbul edəndir». Ömər: 
«Mən də bunu sənin kimi anlayır və bilirəm» dedi
149

7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə vəhyin tez-tez gəlməsi. 
Ənəs  - radıyallahu anhu – rəvayət edir ki: «Allah vəfatından  əvvəl 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə tez-tez vəhy endirirdi. Lakin 
vəfat etdiyi günlərdə isə vəhy olduqca çoxalmışdır»
150
.  
8.  Əlamətlərdən biri də Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
Uhuda getməsi və orada yatan şəhidlər üçün namaz qılmasıdır. Beləcə 
həm ölülərlə, həm də dirilərlə vidalaşırdı. Sonra minbərə  çıxaraq: «Mən 
sizdən öncə gedəcəyəm və Vallahi bu an hövuzuma baxmaqdayam. Mənə 
yer üzünün xəzinələrinin açarları verilmişdir. Vallahi mən, məndən sonra 
şirk qoşmağınızdan qorxmuram, lakin dünya üçün bir-birinizlə 
yarışmanızdan qorxuram»
151
.  
9. Bu əlamatlərdən biri də bundan məhrum olmadan öncə insanları onu 
görməyə və məclisində olmağa insanları təşviq etməkdir. Əbu Hureyrə 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Muhəmmədin nəfsi əlində olana and olsun ki, sizdən 
birinizin məni görməyəcəyi bir gün gələcəkdir. Məni görmək onun üçün 
bütün ailəsi və malından da sevimli olacaqdır»
152
.  
21. Peyğəmbərin – Sallallahu Aleyhi Və Səlləm – Vəfatı:  
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu şəkildə hicrətdən sonra on 
il dəvət etdi. Allah onunla dini və möminlər üzərinə nemətini 
tamamladıqdan sonra, öz yanına və peyğəmbərlərin, siddiqlərin, 
şəhidlərin, salehlərin yaşadığı ən uca dostlar arasına qatılmaq üçün seçdi. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – Səfər ayının sonları ilə Rəbiul-
Əvvəl ayının əvvəlləri xəstələndi. Aişə - radıyallahu anhə – rəvayət edir 
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Bəqi qəbristanlığını ziyarət 
etdikdən sonra geri dönür. Məni rahatsız gördü: Çünki başım ağrıyır: 
«Vay başım, vay başım!» – deyirdim. O: «Ey Aişə!  Əslində  mən: «Vay 
başım» deməliyəm
153
. Başını bağlamış halda müsəlmanların yanına, 
minbərə  çıxdı.  Şəhadət gətirdikdən sonra Uhudda öldürülən  şəhidlərə 
məğfirət dilədi və buyurdu: «Allah qullarından bir qulunu dünya ilə 
nəzdində olanlar arasında sərbəst buraxdı, o da Allahın nəzdində olanları 
seçdi». Əbu Bəkr - radıyallahu anhu – bu sözlərin nə məna ifadə etdiyini 
                                                 
149
 Buxari 10/606,607. 
150
 Buxari 8/618, Müslim 18/102.  
151
 Əbu Davud 3207, Nəsai 4/61,62, əl-Albani «Səhih Nəsai» 1846.  
152
 Müslim 15/118.  
153
 Darimi 1/37, İbn Məcə 1465, əl-Albani «Səhih ibn Məcə» 1197.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə