Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə32/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   28   29   30   31   32   33   34   35   ...   79

 
66
Məhəmməd!) Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? 
De ki: «O, ancaq Rəbbimə  məlumdur. Qiyamətin qopacağı vaxtı 
Allahdan başqa heç kəs bilə bilməz».  (əl-Əraf 187). (Ya Muhəmməd! 
Müşriklər)  Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. 
Sən onun vaxtını  nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq 
sənin Rəbbinə məxsusdur». (ən-Nəziat 42-44). Ömər - radıyallahu anhu 
–  nun rəvayət etdiyi hədisdə Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
dən Qiyamət saatı haqqında soruşan Cəbrail – əleyhissəlam – a Rəsulullah 
– sallallahu aleyhi və  səlləm – belə cavab vermişdi: «Soruşulan 
soruşandan cox bilmir»
185
.  
Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir. 
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər sallallahu 
aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün 
Adəm – əleyhissəlam – yaradıldı, o gün Cənnətə salındı, o gün Cənnətdən 
qovuldu və o gün qiyamət qopacaqdır (Başqa rəvayətdə: «Cümə günü 
bütün heyvanlar şəfəqdən gün doğuncaya qədər qiyamət qopar deyə 
qorxudan qulaqlarını  şəkiliyərək dinləyərlər. Yalnız cinlər və insanlar 
bundan qafildirlər)»
186
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün Adəm yaradıldı, o 
gündə  vəfat etdi. O, gün sura üflənəcəkdir. O, gündə göydəkilər də
yerdəkilər də öləcəklər. O, gün mənə çox salavat gətirin. Sizin salavatınız 
harada olsanız mənə çatacaqdır». Biri: «Ey Allahın Rəsulu! Sən 
çürüdükdən sonra salavatımız sənə necə çatacaqdır?» deyə soruşdu. 
Peyğəmbər: «Doğrusu Allah Peyğəmbərlərin cəsədlərini yeməyi torpağa 
haram etmişdir» deyə buyurdu
187

Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə 
inanmaq və buna uyğun olaraq gərəyincə  əməl etmək deməkdir. 
Qiyamətin qopmasından  əvvəl ortaya çıxacaq qiyamətin böyük və kiçik 
əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna,  əzab və 
nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaq-
larına, qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə, 
səhifələrin (əməl dəftərlərinin) açılacağına, tərəzinin və sırat körpüsünün 
ortaya qoyulmasına, hovuza, şəfaətə  və digər xüsuslara, Cənnətə  və  ən 
yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə  və 
orada olan dəhşətli  əzablara iman etmək axirətə iman etməyin içərsinə 
daxildir. Elm adamları Qiyamətin  əlamətlərini kiçik və böyük əlamətlər 
                                                 
185
 Buxari, Müslim.  
186
 Müslim, İmam Məlik «Muvatta» 1/108. 
187
 Nəsai «Cümə» 3/5. 


 
67
olmaqla iki qismə ayırmışlar.  «(Məkkə müşrikləri)  özlərinə yalnız 
mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət 
əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamətin 
əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş  və ya imanında bir 
xeyir qazanmamış  şəxsə  (sonrakı) imanı heç bir fayda verməz». De ki: 
«Gözləyin, doğrusu biz də gözləyirik».  (əl-Ənam 158). «Ey insanlar! 
Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün zəlzələsi dəhşətli 
şeydir».  (əl-Həcc 1). «Onlar  (kafirlər) ancaq qiyamət saatının qəfildən 
başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq 
gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları 
(peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Muhəmməd 18). 
«….Nə bilirsən, bəlkə  də qiyamət saatı yaxındır! Ona inanmayanlar 
onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək 
ondan qorxuya düşərlər. Bil ki, Qiyamət saatı haqqında mübahisə 
edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).  
 
QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ 
Qiyamətin Əlamətləri İki Qismə Ayrılır:  
1.  Kiçik  Əlamətlər –  Bu  əlamətlər çox uzun zaman davam edən və 
təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, çəhalətin çoxalması, içki 
içilməsi, binaların ucaldılması və s.  
2.  Böyük  Əlamətlər –  Bu  əlamətlər Qiyamətin qopmasına yaxın 
görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məs: Dəccalın çıxması, İsa 
əleyhissəlam - ın gəlməsi, Yəcuc və Məcuc tayfaları və s
188
.  
Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə 
çatan bəzilərini xatırladaq. Bu əlamətləri sıra ilə vermədim. Çünki 
əlamətlərin hansı sırayla olacağını bildirən bir dəlil yoxdur. Buna görə də 
alimlərin oldu və bitti dedikləri  əlamətlərdən başladım. Diqqət çəkiləsi 
məsələlərdən biri də  bəzi insanların Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – in xəbər verdiyi Qiyamət  əlamətlərinin çəkinəlisi və qadağan 
olunan bir əlamətlər kimi başa düşürlər. Lakin bu heç də belə deyildir. 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in xəbər verdiyi Qiyamətin 
əlamətlərinin hamısı  çəkinəlisi və ya pis əlamət deyildir. Onların 
içərisində xeyirli olan əlamətlər də vardır.  
1.  Peyğəmbərimiz Muhəmməd – Sallallahu Aleyhi Və  Səlləm – İn 
Göndərilməsi:  Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamət günü 
                                                 
188
 “Fəthul Bəri” 13/485, ət-Təzkira s. 624.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə