Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə31/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   27   28   29   30   31   32   33   34   ...   79

 
64
gözü çıxmış  və yanağına düşmüşdür. Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

 in yanına gəldi. Peyğəmbər: «Bismilləh» deyərək gözü yerinə 
qoydu. Göz olduğundan daha gözəl bir şəkildə yerində durdu. Digər 
gözündın daha sağlam görməyə başladı. Qatadənin övladları atalarının 
başına gələn bu mçcüzə ilə daima iftixar edərdilər. Qatadənin oğlu 
xəlifələrdən birinin yanına girərkən Xəlifə kimliyini soruşdu. Qatadənin 
oğludur  – dedilər. Qatadənin oğlu: «Mən gözü ynağşna düşmüş 
Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 in yerinə qoyduğu kişinin 
oğluyam».  əl-Həkəm b. Əbil Asim adlı bir nəfər Peyğəmbər  ələ salaraq 
onun yolda yerişini təqlid edirdi. Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 onun üçün bəd dua etdi vı: «Sən el də qal!» dedi. Adam şikəst oldu və 
ölənə qədər titrəyərdi». Ağacın onunla danışması. Bir bədəvi Peyğəmbər 

 
sallallahu aleyhi və  səlləm 

  in yanına yaxınlaşdıqda Peyğəmbər: «Hara 
getmək istəyirsən?» deyə soruşdu. Bədəvi: «Ailəmin yanına» dedi. 
Peyğəmbər: «Sənə xeyirli bir xəbər deyimmi?». Bədəvi: «Nədir o?» dedi. 
Peyğəmbər: «Tək və ortağı olmayan Allahdan başqa ibadətə layiq haqq 
İlah olmadığına və Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət 
gətirərsən». Bədəvi: «Sənin bu dediyinə  şəhadət edəcək bir dəlilin 
varmı?» dedi. Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

  vadinin 
kənarında olan ağacı göstərərək: «Bu ağac» dedi. Ağac həmən yeri eşərək 
gəldi və Peyğəbər 

 sallallahu aleyhi və  səlləm 

  in qarşısında durdu. 
Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

  ondan üç dəfə  şəhadət 
gətirməsini istədi. Ağac da onun dediyi kimi (üç dəfə) şəhadət gətirdi»
183
.  
Bundan başqa yeməyin çoxalması, Ovcunda daşların təsbih etməsi, 
daşların ona salam verməsi və s. kimi möcüzələri vardır. Alimlər xırdalı 
böyüklü Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 in möcüzələrini üç 
minə qədər çatdırırlar
184
.  
 
PEYĞƏMBƏRLƏRƏ İMANIN FAYDALARI 
1. Onların Allah tərəfindən haqq ilə, elçi olaraq göndərildiklərinə iman 
etmək. Onlardan hər hansı birisinin risalətini inkar edən kimsə, hamısını 
inkar etmiş sayılır. Məs: Allah buyurur: «Nuh qövmü Rəsulları 
yalanladılar».  (əş-Şuara 105). Bu ayədən göründüyü kimi Allah onları 
bütün Rəsulları yalanlamış olduqlarını qeyd edir. Halbuki onu 
yalanladıqlarında Nuhdan başqa rəsul yox idi. Buna görə də Muhəmməd – 
sallallahu aleyhi və səlləm – i yalanlayan və ona tabe olmayan Yəhudi və 
                                                 
183
 Sünən Darimi 16 səhih, İbn Hibban 6505, Şeyx Şueyb Arnavut səəih.  
184
 Peyğəmbər – sallallahu aleyhi və səlləm – m möcüzələri haqqında geniş məlumata Buxari, Müslim, 
Əbu Davud, Tirmizi və s. kimi alimlərin hədis kitablarında baxa bilərsiniz.  


 
65
Xristianlar eyni zamanda Musa –  əlehissəlam – ı, Məryəm oğlu  İsa  – 
əlehissəlam – ı da yalanlamaqda və ona tabe olmamaqdadırlar.  
2. Peyğəmbərlərdən adlarını bildiklərimizə iman gətirir, adlarını 
bilmədiyimiz Peyğəmbərlərə də icma ilə iman gətiririk.  
3. Onlardan bizə səhih olaraq nəql edilən xəbərləri təsdiq etmək.  
4. Göndərilmiş olan Rəsulun  şəriətinə  gərəyincə  əməl etmək. Bu rəsul 
da sonuncu olan Muhəmməd – sallallahu aleyhi və səlləm – dir.  
5. Allahın qullarına olan rəhmət və mərhəmətini bilmək. Allah onları Öz 
yoluna yönəltmək, Allaha necə ibadət edəcəklərini onlara başa salmaq 
üçün Peyğəmbərlər göndərmişdir. Çünki insan tək ağlı ilə bunları dərk edə 
bilməz.  
6. Allahın göndərdiyi peyğəmbərləri sevmək, onları  təzim etmək və 
onlara yaraşır  şəkildə  tərif etmək. Çünki onlar Allahın rəsullarıdır, onlar 
Allaha ibadət etmiş, risalətini təbliğ etmiş və onun qullarına səmimi öyüd-
nəsihət vermişdilər.  
7. Bu böyük nemətə görə Allaha şükr etmək.  
 
AXİRƏTƏ İMAN 
Əhli Sünnə  Vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun 
mənası da qiyamət gününə Allahın kitabında, Rəsulullah  – sallallahu 
aleyhi və  səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə
Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək 
şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın 
insanları haqq-hesab və  cəza (əməllərinin qarşılığını verməsi) üçün 
dirildəcəyi Qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan 
sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, 
Cəhənnəmliklər də  Cəhənnəmə yerləşdiriləcəklər.  «Qiyamət mütləq 
gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu 
inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (qiyamət) həqiqətdir. Haqq-
hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6).  
Allah Qurani Kərimdə Allaha iman ilə, axirətə iman etməyi bir-birinə 
bağlı olaraq zikr etmişdir.  «O, kəslər ki, sənə göndərilənə  (Qurana)  və 
səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə 
də  şəksiz inanırlar».  (əl-Bəqərə 4). «Yaxşı  əməl sahibi heç də üzünü 
günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı  əməl 
sahibi əslində Allaha, Qiyamət gününə… inanandır». (əl-Bəqərə 177).  
Əhli Sünnə Qiyamətin qopma vaxtını Allah tərəfindən bilindiyinə, 
Allahdan başqa kimsənin onu bilmədiyinə inanırlar.  «Həqiqətən 
Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir». (Loğman 34). (Ya 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə