Microsoft Word Aqida Kitabi doc


 Peyğəmbərimizin Möcüzələri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə30/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   26   27   28   29   30   31   32   33   ...   79

 
62
9. Peyğəmbərimizin Möcüzələri - Allah Peyğəmbərinə nübuvətinin bir 
dəlili olmaq üçün vermiş olduğu olduqca böyük möcüzələrdən biri də 
İnşiqaqi-Qamər (ayın bölünməsi) möcüzəsidir
175
.  İbn Məsud  
radıyallahu anhu 

 rəvayət edir ki, Ay Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

 zamanında iki parçaya bölündü. Peyğəmbər: «Şahid olun!» deyə 
buyurdu. (Başqa rəvayətdə: «Biz Minada Peyğəmbər 

 sallallahu aleyhi 
və  səlləm 

 ilə  bərabər ikən ay iki parcaya ayrıldı. Bir parçası dağın 
arxasına, bir parçası isə dağın önündə idi». Bizə: «Şahid olun» deyə 
buyurdu
176
. Cabir - radıyallahu anhu 

  rəvayət edir ki, Peyğəmbər 

 
sallallahu aleyhi və  səlləm 

 minbər olmayanda kötüyün üstündə xütbə 
verərdi. Minbər düzəldikdə isə kötüyü tərk edir. Səhabələr o, kötüyün 
yanından keçərkən onun inildəməsini, ağlamasını  eşidib Peyğəmbərə 
xəbər verirlər. Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 gəlib o, kötüyü 
qucaqlayıb buyurur: «Bilirsiniz o, niyə  ağlayır? Allahın ayələri onun 
üstündə zikr olunmadığına görə darıxır»
177
. Cabir b. Səmura - radıyallahu 
anhu 

  rəvayət edir ki, Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 
buyurdu: «Mən Məkkədə bir daş tanıyıram ki, mən Peyğəmbər 
göndərilmədən əvvəl mənə salam verirdi. Heç şübhəsiz ki, mən indi də o, 
                                                 
175
  Möcüzə  – insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin varlığına kəsin bir dəlildir. 
Onları göndərən isə Allahdır. Çünki bunlar bəşəriyyətin güc və taqətindən kənar olan xüsuslardır. 
Allah möcüzələri Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək üçün meydana gətirir. 
Kəramət – Allahın saleh (yalnız saleh) qullarına Allahdan onlara bir ikram olaraq verdiyi bir şeydir. 
Bu kəramət Quran ayələri, hədislərdən və əsərlərdən məlum olduğu kimi Allah bir çox qullarına bunu 
ikram etmişdir. Məs: İsa – əleyhissəlam – dünyaya gəlməsi möcüzə, onun anası üçün isə kəramətdir. 
Zəkəriyyə – əleyhissəlam –ın Məryəm – əleyhissəlam – yanına girdikdə orada yayda qış meyvələrinin 
olduğunu, qışda isə yay meyvələrinin olduğunu görür. Musa –  əleyhissəlam – ın anasına Allah vəd 
verir ki, biz uşağı sənə qaytaracağıq. Ömər - radıyallahu anhu– xütbə verərkən öz göndərdiyi qoşunun 
uduzduğunu görərək onlara qışqırır ki: «Ey Səriyyə! Dağa tərəf çəkil». Və həqiqətən də onlar qalib 
gəlib qayıtdıqda deyirlər ki, biz hamımız sənin səsini eşitdik.  Sehr  –  İbn Qudamə  – rahmətullahi 
aleyhi - deyir ki: «Sehr düyünlər, oxumalar və söylənən sözlər, yazılan ifadələr, edilən  şeylərdir ki, 
bunlar sehr edilən kimsənin bədəninə, qəlbinə  və ya ağlına bilavasitə  təsir edir. Sehirin bir həqiqəti 
vardır ki, kimisə öldürür, kimisə xəstə edir, kimisə xanımına yaxınlaşmaqdan çəkindirir, ər və arvadı 
bir-birindən ayırır. Sehrin öyrənilməsi və öyrədilməsi haramdır. Bəziləri özlərinə  təskinlik vermək 
üçün deyirlər ki, biz insanlara yaxşılıq edirik, onların dərdlərini azaldırıq. Buna da ağ maqiya adını 
verirlər. Lakin bu əsla belə deyildir. Nə  ağ maqiya, nə  də qara maqiya ilə  məşğul olmaq olmaz. 
Bunların hər ikisi də haramdır. Bu işlə məşğul olan adam tövbə etməsə – Allah qorusun – dünyasını 
da, axirətini də puç edəcəkdir. Əgər sehr yaxşı bir şey olsaydı Allah ondan sığınmağı  əmr etməzdi. 
Bax:  ən-Nəs,  əl-Fələq,  əl-Bəqərə 102 və s. Kəramət Və Sehr:  1. Kəramət insanın istəyi ilə  gəlmir. 
Onu Allah istədiyi vaxt və istədiyi saleh quluna verir. 2. Kəramət mömin bəndə üçün olur. 3. Kəramət 
sahibi təkəbbürlü olmaz və onu insanlar arasında yaymaz. 4. Kəraməti heç nə  məhv edə bilməz. 
Möcüzə Və Sehr: 1. Bu dünyada möcüzə yoxdur. kəramət və ya sehr vardır. Peyğəmbərlər yoxdursa 
möcüzə də yoxdur. 2. Möcüzə qeyri adi bir şey olur. Allah elə bir möcüzə göstərir ki, insanlar dəhşətə 
gəlirlər. 3. Möcüzə iman gətirən şəxs üçün olur. Sehr isə kafir, fasiq və s. üçün olur. 4. Möcüzənin 
qarşısını heç nə ilə almaq olmaz. Sehri isə Quran ayələri, dualarla qarşısını almaq olar.  
176
 Buxari “Mənakib” 27, Müslim 2800. 
177
 Buxari.  


 
63
daşı tanıyıram»
178
.  İbn Məsud  - radıyallahu anhu 

  rəvayət edir ki, 
Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 ilə birlikdə  səfərdə idik. 
Suyumuz azaldı. Peyğəmbər: «Mənə bir az su tapın» deyə buyurdu. 
İçərisində bir az su olan qab gətirdilər. Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

  əlini qabın içinə saldı.  İndi təmiz və mubarək suya gəlin deyə 
buyurdu.  İbn Məsud: «Allaha and olsun ki, su barmaqlarının arasından 
qaynadığını gördüm. Vallahi biz yeməyin təsbihini də  eşidirdik»
179

(Başqa rəvayətdə: «İçiləsi su olmadığından Peyğəmbər 

 sallallahu aleyhi 
və səlləm 

 ə bir qab su gətrilir. Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 
əlini qabın içinə saldı. Allaha and olsun ki, su barmaqlarının arasından 
qaynadığını gördüm. Hamımız o, sudan içdik». Cabirdən: «Siz o, gün 
neçə nəfər ididniz deyə soruşdular». Cabir: «Əgər biz yüz min də olsaydıq 
su bizə çatardı. Lakin biz o, günü 1500 nəfər idik»)
180
. Bəra - radıyallahu 
anhu 

  rəvayət edir ki, siz fəth dedikdə  Məkkənin fəthini nəzərdə 
tutursunuz. Bəli, Məkkənin fəthi bir fəthdir. Lakin biz sahabələr fəth 
dedikdə Ridvan beyətini nəzərdə tuturuq. Biz o, vaxtı Peyğəmbər 

 
sallallahu aleyhi və  səlləm 

 in yanında min dörd yüz nəfər idik. 
Hudeybiyyə isə bir quyunun adıdır. Biz o. quyunun suyunu tam olaraq 
aldıq. Bir damla da belə buraxmadıq. Bu xəbər Peyğəmbər 

 sallallahu 
aleyhi və səlləm 

 çatdı. Dərhal quyunun yanına gələrək kənarında oturub 
bir qab su istədi. Əlini yaxaladı, ağzına su alıb quyunun (içinə püskürtdü) 
və dua etdi. Sonra suyu quyuya tökdü. Sonra: «Quyunu bir müddət tərk 
edin» deyə buyurdu. Quyunu tərk edib bir az uzaqlaşdıq. (Bir müddətdən 
sonra) Quyu bizə  və miniklərimizə yetəcək qədər su saldı
181
.  Ənəs b. 
Məlik 

 radıyallahu anhu 

 rəvayət edir ki, bir gün bir Bədəvi ərəb cümə 
günü Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 xütbə verərkən məscidə 
girib deyir: «Ey Allahın Rəsulu! Mallarımız tələf oldu, uşaqlarımız ac 
qaldı. Bizim üçün Allaha dua et». Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

  əllərini qaldıraraq dua etdi. Buludlar dağlar kimi ortaya yığıldılar. 
Minbərdən enməmiş yağış dənələri saqqalından süzülməyə başladı. İkinci 
cümə yenə o, bədəvi  ərəb qalxıb dedi: «Ey Allahın Rəsulu! Evlərimiz 
dağıldı, mallarımızı sular yuyub apardı. Bizim üçün Allaha dua et» 
Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

  əllərini qaldıraraq dua etdi: 
«Allahım üztümüzə,  ətrafımıza yox!» Əli ilə  işarə etdiyi tərəfə yağış 
yağmağa başladı»
182
. Bədr döyüşündə Qatadə  - radıyallahu anhu 

 nun 
                                                 
178
 Müslim.  
179
 Buxari «Mənakib» 25, «Vudu» 32, Müslim 2279, Tirmizi 3637. 
180
 Buxari, Müslim 1856, 2279.  
181
 Buxari «Ənbiya» 25, «Məğazi»35. 
182
 Buxari. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə