Microsoft Word Aqida Kitabi doc


QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə38/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   34   35   36   37   38   39   40   41   ...   79

 
78
QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ 
Bunlar Qiyamətin yaxınlaşdığını bildirən  əlamətlərdir. Bu əlamətlər 
ortaya çıxdığı vaxt qiyamət də onların ardı ilə  gələcəkdir.  Əhli Sünnə, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  dən gəldiyi  şəkildə bu 
əlamətlərə inanırlar. Huzeyfə b. Əsid  əl-Ğifari  - radıyallahu anhu – 
rəvayət edir ki, bizlər (Qiyaməti) müzakirə edən halda Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – bizim yanımıza gəldi və: «Nəyi müzakirə 
edirsiniz?» deyə buyurdu. Orada olan səhabələr: «Qiyamət saatını 
müzakirə edirik» dedik. Peyğəmbər: «Sizlər on əlamət müşahidə 
etmədikcə  əsla Qiyamət qopmayacaqdır!» və bunları zikr etdi: «Duhan 
(duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən 
doğması,  İsa  –  əleyhissəlam – ın gəlməsi, Yəcuc və  Məcucun çıxması, 
Biri şərqdə, biri qərbdə, biri də ərəb yarımadasında yerin batması və bütün 
bunlardan sonra Yəməndən xaric olan odun insanları toplanış yerinə 
aparması»
259
.  
Qiyamət saatından bir qədər əvvəl baş verən böyük hadisələrdən biri də 
dumanın gəlməsidir.  «(Ya Peyğəmbər!)  Sən səmanın aşkar bir duman 
gətirdiyi günü gözlə.  İnsanları  (bu duman) bürüyəcəkdir. Bu ağır bir 
əzabdır». (əd-Duxan 10-11).  
Məsih Dəccəlin Gəlməsi
260
.  İmran b. Hüseyn - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Adəm  –  əleyhissəlam –  ın yaradılmasından Qiyamətin qopacağı vaxta 
qədər Məsih Dəccəldən daha böyük bir fitnə olmayacaqdır»
261
.  İmran b. 
Hüseyn  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  sallallahu 
aleyhi və səlləm – buyurdu: «Dəccəl barəsində eşidən mütləq qaçacaqdır. 
Allaha and olsun ki, onun yanına gələn onu mömin hesab edəcəkdir. Onun 
ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı  şübhə hisləri meydana 
gələcəkdir və yaxud o, şübhə doğuracaqdır»
262
. Ənəs - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Məkkə  və  Mədinə müstəsna Dəccəlın ayaq basmadığı torpaq 
qalmayacaqdır. Məkkə  və  Mədinənin hər girəcəyində  mələklər durub bu 
şəhəri qoruyacaqlar»
263
.  İbn Ömər  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sizi Dəccəldən 
                                                 
259
 Müslim. 
260
  Dəccəl  –  dəcələ sözündən götrülüb, aldatmaq deməkdir. Dəcəlun – çox yalan danışan, aldadan 
deməkdir. Haqqı yalanla örtdüyü üçün bu ad verilmişdir. Fəthul Bəri 13/91, İbn Kəsr «Cəmiul Üsul» 
4/204. 
261
 Müslim.  
262
 İbn Kəsr «Cəmiul Üsul» 10/354, hədis 7846, ən-Nəhayə 1/82. 
263
 Müslim.  


 
79
çəkindirirəm. Hər bir Peyğəmbər öz ümmətini ondan çəkindirmişdir. 
Lakin mən sizə elə bir söz deyəcəyəm ki, heç bir Peyğəmbər bunu öz 
ümmətinə deməmişdir. Dəccəl tək gözdür. Allah isə tək göz deyildir. Bilin 
ki, sizdən heç kəs ölənə kimi öz Rəbbini görməyəcəkdir. Dəccəlin iki 
gözü arasında kafir yazılmışdır. Oxuya bilən və oxuya bilməyən hər bir 
mömin bu kəlməni oxuyacaqdır»
264
. Ribi b. Xiraş  - radıyallahu anhu – 
rəvayət edir ki, bir gün Əbu Məsud  əl-Ənsari ilə birlikdə Huzeyfə b. 
Yəmən - radıyallahu anhu – nun yanına getdik. Əbu Məsud, Huzeyfəyə: 
«Dəccəl haqqında Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  dən 
eşitdiyini bizə  xəbər ver» dedi. Huzeyfə dedi: «Dəccəl ortaya çıxacaq. 
Onunla bərabər su və atəş  də olacaqdır.  İnsanların su kimi gördükləri 
yandırıcı atəşdir. Atəş olaraq gördükləri isə soyuq və sərin sudur. Sizdən 
hər kim o, vaxta qədər yaşasa atəş gördüyü şeyin içinə girsin. Çünki o, 
sərin və soyuq sudur» Bundan sonra Əbu Məsud: «Mən də bunu 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdim» dedi
265
.  
Məsih Dəccəl Allahlıq iddiasında olacaqdır.  İstədiyi hər  şeyi Allahın 
izni ilə edəcəkdir. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Dəccəlin fitnələrindən biri də budur ki, o gəlib bir ərəbə deyəcəkdir: 
«Mən sənin ölmüş ata-ananı dirildib yanına gətirsəm sən  şəhadət 
verəcəksənmi ki, mən sənin Rəbbinəm?» Ərəb: «Bəli» deyəcəkdir. Şeytan 
onun ata və anasının surətində zahir olub deyəcəkdir: «Oğlum! Ona itaət 
et. O, sənin Rəbbindir»
266
. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Dəccəl 
çıxdığı zaman möminlərdən biri onu görməyə gedir. Dəccəlın gözətçiləri 
onun qabağını  kəsərək: «Hara gedirsən?» deyə soruşdular. Mömin: «Bu 
ortaya çıxan adamı görmək istəyirəm» dedi. Gözətçilər: «Yoxsa sən bizim 
Rəbbimizə inanmırsan» dedilər. Mömin: «Bizim Rabbimizdə bir gizlilik 
yoxdur» dedi. Gözətçilər: «Öldürün onu?» dedilər. Gözətçilərdən bir 
qismi: «Bizim Rəbbimiz deyib ki, onun icazəsi olmadan heç kəsi 
öldürməyin» demişdi. Mömini Dəccəlin yanına gətirirlər. Mömin Dəccəli 
görən kimi: «Ey insanlar! Bu peyğəmbərimizin bizə  vəsf etdiyi 
Dəccəldir». Dəccəl əmr edir, mömini üzü üstə uzadırlar və Dəccəl: «Onu 
tutun. Başını yarın. Belinə, qarnına zərbələr endirin» deyir. Dəccəl: «İndi 
mənə iman gətirirsən?» deyir. Mömin: «Sən yalançı  Məsihsən» deyir. 
Dəccəlin əmri ilə mömini mişar ilə iki hissəyə bölürlər. Sonra Dəccəl iki 
hissəyə bölünmüş  cəsədin ortasından keçərək: «Qalx!» deyir. Cəsəd də 
                                                 
264
 Buxari, Müslim.  
265
 Müslim.  
266
 əl-Albani «Səhih Cəmius Səğir» 6/274 hədis 7520. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə