Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə37/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   33   34   35   36   37   38   39   40   ...   79

 
76
qədər olacaqdır»
245
. Zamanın qısalmasıyla bağlı alimlərin dəyişik 
görüşləri vardır: 1. Bundan qəsd zamandakı  bərəkətin az olmasıdır. 2. 
Bundan qəsd Mehdi və İsa - əleyhissəllam - ın zamanında olacaq həyatın 
insanlara xoş gəlməsi, əminliyin və ədalətin artmasıdır. Buna görə də uzun 
olsa da belə xoş günlərin insanlara qısa gəlməsi, qısa da olsa acı günlərin 
onlara uzun gəlməsidir. 3. Bunda qəsd o, zamanda uzaqda yaşayan 
insanların sürətli vasitələrlə tez bir zamanda istədikləri yerə getmələridir. 
4. Dəccəl çıxdığı vaxt günlərin uzun olduğu kimi, qısa da olacaq
246

23.  İnsanların Bir-Birinə Olan İnamının  İtməsi:  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin»
247

24.  Məscidlərin Və Quranın Bəzədilməsi:  Ənəs  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«İnsanlar bir-birlərinin qarşısında məscidlərlə öyünmədikcə Qiyamət 
qopmaz»
248
.  Ənəs  - radıyallahu anhu – deyir ki, insanlar məscidlərlə 
öyünəcək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə 
öyünəcəklər».  İbn Abbas - radıyallahu anhu – deyir ki: “Siz məscidləri 
Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz»
249
.  Əbu 
Dərdə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – buyurdu: «Əgər siz məscidləri və Quran vərəqlərini bəzəməyə 
başlasanız onda siz məhv olacaqsınız»
250
. Ömər  - radıyallahu anhu – 
məscidi inşa edərkən deyir: “Sən sadəcə insanları yağışdan qoru. Nə badə 
(məscidləri) al-sarı  rəngə boyamaqla bəzəyib insanları fitnəyə salma”
251

Məscidləri yaşatmaq onları  bəzəməklə deyildir. Məscidləri yaşatmaq 
orada namaz qılmaq və Allahı zikr etməklə olur. Məscidlər insanları 
yağışdan, istidən və soyuqdan qorumaq üçün tikilib. Şafiilər deyirlər ki: 
“Kəbə daxil olmaqla məscidləri qızıl və gümüşlə  bəzəmək haram, digər 
bəzəklərlə bəzəmək isə məkruhdur”
252
.  
25. Yuxuların Çin Çıxması: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Vaxtın 
sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları 
aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. 
                                                 
245
 İmam Əhməd “Musnəd” 2/537-538, Tirmizi, əl-Albani “Camius-Sağir” 6/175, H. 7299.  
246
 Məalimus-Sünnə” 6/141-142, “Camiul-Usûl” 10/409. “Fəthul-Bəri” 13/16, “Muhtasar Sünən Əbu 
Davud”, Munzirî 6-142, “İslam Etiqadı” Seyyid Sabıq s:247.  
247
 Buxari. 
248
 İmam Əhməd “Müsnəd” 3/134, əl-Albani səhih “Sahihul-Cami” 6/174, H. 7298.  
249
 Buxari.  
250
 Həkim, Tirmizi, əl-Albani «Səhih Hədislər Silsiləsi» 3/337, H. 1351, Camius-Sağir” 1/220, H. 599.  
251
 Fəthul-Bəri, Buxari “Salât” 1/539.  
252
 “Feyzul-Qadîr’ 1/367.  


 
77
Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir (Başqa rəvayətdə: 
Qırx altıda biridir, yetimşdə biridir)»
253
. Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Xeyirli yuxu Allahdan, şərr yuxu isə  şeytandandır. 
Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə  həmən sol tərəfinə üç dəfə 
tüfürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: 
Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq 
ona heç bir zərər verə bilməz. Və bu yuxunu heç kəsə  xəbər verməsin. 
Əgər gözəl bir yuxu görərsə  həmən sevinsin və o, gözəl yuxunu sevdiyi 
kimsələrdən başqasına xəbər verməsin»
254
. Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm – buyurdu: Yuxu üç cürdür: «Saleh bir yuxu Allahdan bir 
müjdədir, şeytandan olan bir yuxu bu hüzündür və bir də insanın bir şey 
haqda çox düşünməsindən görülən yuxu»
255
. Peyğəmbər  sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Mubəşşiratdan başqa nübuvətdən bir şey 
qalmadı». Oradakılar: «Mubəşşirat nədir?» deyə soruşdular. Peyğəmbər: 
«Saleh yuxudur» deyə buyurdu
256
.  
Həmçinin  Ərəbistan yarmadasının bağçalara çevrilməsi, yağışların 
çoxalması, Hicazda alovun əmələ  gəlməsi, malın çox olmasına 
baxmayaraq nankorluğun artması, həyasızlığın ortaya çıxması, 
düşmənçiliyin, nifrət etməyin, kin saxlamağın çoxalması, insanların çılpaq 
geyinib çölə  çıxmaları, heyvanların və cansız  əşyaların danışması, 
müsəlmanların Xristianlarla müharibəsi, Konstantinopolun fəthi, 
Mədinənin boşaldılması, Kəbənin dağıdılması və s. səhih hədislərlə sabit 
olunmuş bir çox əlamətlər vardır
257
.  
Elə bir dəhşətli dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr 
meydana çıxacaqdır. Bu fitnələrin meydana çıxdığı zaman Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Xeyirli əməllər etməyə çalışın! 
Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə 
səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını dünya malına satacaqlar»
258

Allah bizi o, günlərdən qorusun! Amin! 
                                                 
253
 Buxari, Müslim.  
254
 Müslim 2261.  
255
 Müslim 2263.  
256
 Buxari.  
257
 Bu haqda geniş  məlumata Buxari, Müslim, Əbu Davud, Tirmizi və s. hədis kitablarına baxa 
bilərsiniz. 
258
 Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə