Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə45/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   41   42   43   44   45   46   47   48   ...   79

 
93
«Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına 
səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, 
əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün 
son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm 
mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh)
317

Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Möminin nəfsi 
(ruhu) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxar. Bu zaman 
göylər və yerlər arasında olan mələklər Allahdan o, gözəl nəfs üçün 
bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər 
qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini 
Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə 
əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi 
əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli 
gəlib çatdıqda onun canını  mələklər alar. Onlar (öz vəzifələrində)  heç 
bir  əyər-əskikliyə yol verməzlər».  (əl-Ənam 61). Bundan sonra mələklər 
nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu 
gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada 
daşıdığı ən gözəl adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. 
Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir 
səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola 
salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah 
buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin  ən yüksək yerinə – 
Illiyyuna!». Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bu ayəni oxudu: 
«Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq 
yaxın olan mələklər görə bilər».  (əl-Mutəffifin 19-21). Mələklər onun 
adını  İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. 
Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, 
(torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər 
nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri 
zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib 
onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Rəbbim - 
Allahdır» - «Dinin nədir?» O, deyir: «Dinim İslamdır» - «Sizə göndərilən 
o, adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur» - «Bəs, sən nə etdin?» 
O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu 
təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət 
                                                 
317
  Nəfs  – bir neçə cürdür. 1.  Sənə pisliyi əmr edən nəfs – «Mən özümü təmizə  çıxartmıram. 
Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işləri görməyi  əmr edir. Həqiqətən Rəbbim 
bağışlayan və  Rəhm edəndir».  (Yusif 53).  2. Özünü qınayan nəfs – «And içirəm özünü qınayan 
nəfsə». (əl-Qiyamət 2). 3. Özünə arxayın nəfs – «Ey özünə arxayın nəfs. Dön Rəbbinə, sən Ondan O, 
da səndən razı olaraq». (əl-Fəcr 27). İbn Teymiyyə «Məcmuul Fətava» 9/294. 


 
94
libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və  Cənnətin 
qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz 
görən məsafə  qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, 
gözəl  ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə 
gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə  sən sevin! Bu gün sənə  vəd 
olunmuş gündür». Mömin təəcüblü halda soruşur: «Sən kimsən? Sənin 
sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm. 
Allaha and olsun ki, mən səni həmişə Allahın  əmrlərini yerinə yetirmək 
üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. 
Bu da sənin  əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır». 
Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyilir: «Əgər 
sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı 
sənin üçün Cənnət ilə  əvəz etdi». Mömin Cənnətdəki yerini gördükdən 
sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və 
mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».  
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına 
səmadan qara sifətli mələklər gəlirlər.  Əllərində  Cəhənnəmdən gətrilmiş 
parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar». 
Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey 
xəbis nəfs! (ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə  çıx!» 
Kafirin nəfsi (ruhu) bədənindən  əyri uclu dəmir  əsa yaş yundan çıxdığı 
kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu 
lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və  hər qapının 
gözətçiləri o, xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan 
diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə  əlində 
saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi 
Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra 
mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən 
deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər: «Filankəs oğlu filankəsdir». 
Onu dünyada daşıdığı  ən pis adlarla sadalıyırlar və onunla birinci səma 
qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin 
qapılar açılmır. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bu ayəni 
oxudu:  «Ayələrmizi yalan hesab edənlərə  və onlara təkəbbürlə 
yanaşanlara göyün qapıları açılmaz və  dəvə iynənin gözündən 
keçməyənə  qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz 
günahkarlara belə  cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və 
Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı 
hissəsinə - Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah 
buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə