Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə42/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   38   39   40   41   42   43   44   45   ...   79

 
86
etdikləriniz haqda düşünün. Çünkü o, gün düşünmək artıq fayda 
verməyəcəkdir. «Nəhayət qulaqları kar edən o, dəhşətli səs gələndə. O, 
gün insan qaçacaq qardaşımdan, anasından, atasından, zövcəsindən, 
oğullarından. O, gün onlardan hər birinin istənilən qədər işi olacaqdır». 
(Əbəsə 31-37). «Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını 
unudar, hər bir hamilə qadın vaxtından  əvvəl yerə qoyar. İnsanları 
sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın 
əzabının şiddətli olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar 
onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir.  Əvvəlcədən 
iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi 
zamandır»
282
.  
 
QİYAMƏTİN ADLARI 
Qurani Kərimdən bizə məlum olan Qiyamət gününün bir çox adları 
vardır.  
1. Yəumul-Bəss – məşhərə göndərilən gün. (ər-Rum 56).  
2. Yəumul-Xuruc – çıxarılacaq günü. (Qaf 42).  
3. Yəumul-Qiyəmə 
– qalxacaqları gün. (əl-Qiyamət 1). 
4. Yəumul-Həşr 
– toplanma günü. (Qaf 44).  
5. Yəumul-Fəsl – ayırd etmə günü. (ən-Nəbə 17).  
6. Yəumul-Cəma 
– cəm etmə günü. (əş-Şura 7). 
7. Yəumul-Hisəb 
– haqq-hesab günü. (Sad 16).  
8. Yəumul-Vaid – vəd olunmuş gün. (Qaf 20).  
9. Yəumul-Həsra 
– peşmançılıq günü. (Məryəm 39).  
10. Yəumul-Xulud 
– əbədiyyat günü. (Qaf 34).  
11. Dərul-Xuld – əbədiyyət yurdu. (Fussilət 28). 
12. Yəumut-Tələq 
– qarşılaşma günü. (Ğafir 15).  
13. Yəumud-Din 
– sorğu-sual günü. (əl-Fatihə 4).  
14. Həqqa – haqq üzə çıxacağı gün. (əl-Haqqə).  
15. Qariə 
– qəlbləri təşvişə salan gün. (əl-Qariə 1-2).  
16. Ğaşiyə 
– qəlbləri dəhşət bürüyən gün. (əl-Ğaşiyə 1-2).  
17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun).  
18. Əzifə 
– yaxınlaşmaq günü. (ən-Nəcm 57) və s.  
                                                 
282
 Buxari, Müslim  


 
87
ÖLÜM 
Bizlər ölən yaxud öldürülən, ya da hər hansı bir səbəblə  həyatı sona 
çatan hər bir kəsin  əcəli ilə öldüyünə  və onun əcəlindən heç bir şeyin 
əskilmədiyinə iman edirik. (Ya Muhəmməd!) De ki: «Sizə müvəkkil olan 
ölüm mələyi canınızı alacaqdır. Sonra da (Qiyamət günü)  Rəbbinizin 
hüzuruna qaytarılacaqsınız».  (əs-Səcdə 11). «Can boğaza yetişdiyi 
zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona 
sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən  (dediyiniz 
kimi, qiyamət günü əməllərinizə görə)  haqq-hesab çəkilməyəcəksə, və 
əgər  (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda 
doğrusunuzsa, bəlkə o çıxan canı geri (bədənə) qaytarasınız». (əl-Vaqiə 
83-87).  
Ölüm  İki Cürdür:  1.  Yuxu – Allah Qurani Kərimdə yuxunu ölüm 
adlandırır.  «Allah  (əcəli çatan kimsələrin) canlarını öldüyü zaman, 
ölməyənlərin (hələ  əcəli çatmayanların) canlarını isə yuxuda alar». 
(çünkü yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi 
kəsilir)». (əz-Zumər 42).  Həmçinin Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – sübh namazına yatıb qaldıqda buyurdu: «Allah bizim ruhumuzu 
aldı və istədiyi vaxt qaytardı»
283
.  
2.  Həqiqi Ölüm –  «Yer üzündə olan hər kəs fanidir (ölümə 
məhkumdur)». (ər-Rahmən 26). «Hər kəs ölümü dadacaqdır». (əl-Ənbiya 
35). 
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır, ondan qaça 
bilmir. Canlı varlılıqların heç biri bu həqiqətə qarşı durmaq qüdrətinə 
malik deyillər. O, hər an baş verə bilər, onunla böyük də, kiçik də, varlı 
da, kasıb da, güclü də, zəif də üzləşir. «Hər bir kəs ölümü dadacaqdır». 
(Ali-İmran 185). (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və 
(müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq 
assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru deyirsinizsə, 
onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).  
Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas 
yoxdur, ona mane olacaq bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını 
almaq, onu gecikdirmək də olmaz. Ona təslim olmaqdan başqa bir çıxış 
yolu da yoxdur. «Heç kəs səhər nə  əldə edəcəyini  (savab, yaxud günah 
qazanacağını)  heç kəs harada öləcəyini bilməz. Allah isə  şübhəsiz ki, 
(hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).  
                                                 
283
 Buxari, Müslim. 


 
88
Həyatı  bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış 
müddətdə insan istər evində, istər ailəsi yanında, istər ruzi axtarışında və 
s. harda olursa olsun verdiyini geri alan da Allahdır. «Harada olursunuz 
olun, hətta uca və möhkəm qalalar içərsində olsanız belə, ölüm sizi 
haqlayacaqdır». (ən-Nisa 78).  
Bu günə  qədər heç bir kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların 
ən xeyirliləri olan Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər. 
Baxın, görün Allah onlar haqqında nə buyurur: (Ya Muhəmməd!) «Səndən 
əvvəl də  (dünyada) heç kəsə  əbədi həyat  (ölməzlik) vermədik. Belə 
olduqda sən ölsən onlar dirimi qalacaqlar?» (əl-Ənbiya 34). (Ya 
Peyğəmbər!)  «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər».  (əz-
Zumər 30).  
Bəli, bu qədər ayələri dinlədikdən sonra «Beş günlük dünyadır, kef 
etmək lazımdır» deyənlərin aqibəti necə olacaqdır.  «Xeyr, can boğaza 
(körpücük sümüklərinə)  gəlib yetişəcəyi,  (ailə üzvləri tərəfindən onu bu 
bəladan) kim xilas edə bilər? deyiləcəyi,  (can üstə olan kimsə) ayrılıq 
qəminin gəlib çatdığını anlayacağı, və  (ölüm qorxusundan)  qıçı-qıçına 
dolaşacağı zaman, aparılacağın yer Rəbbinin hüzuru olacaqdır  (ey 
insan). Beləliklə o nə  (Quranı)  təsdiq etdi, nə  də namaz qıldı. Amma 
(Allah kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü 
darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə  də vay 
sənin halına, vay!». (əl-Qiyamə 26-35). Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan ölümü tez-tez yada 
salın»
284
. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Ey Adəm övladı! 
Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafdakılar isə sevinirdilər. 
Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən sevinəsən».  
Bütün varlılıqların yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan başqa 
qayıdış məqamı yoxdur. Bu qayıdışdan başqa bir tale yoxdur. Fərq yalnız 
əməl və niyyətdə, gedilmiş yol və məqsəddədir. Son isə birdir: «Müəyyən 
olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha qayıdışdır, məhşər 
və toplanış günündə cəmləşməkdir. Allahdan mərhəmət və məğfirət ya da 
qəzəb və əzabdır». Əbu Zərr əl-Ğifari - radıyallahu anhu –, Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – Uca və Böyük olan Allahdan belə 
buyurmuşdu: «Ey mənim qullarım! Mən zülmü özümə haram etdim. Onu 
sizin aranızda da haram edirəm. Buna görə  də bir-birinizə zülm 
etməyin…. Ey mənim qullarım, nə etsəniz onlar sizin əməllərinizdi. Mən 
onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər kim xeyir 
əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan başqa bir 
                                                 
284
 İmam Əhməd 2/293, Tirmizi 2307, Nəsəi 4/5, İbn Məcə 4258, İbn Hibban 2559, əl-Həkim 4/321. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə