Microsoft Word Aqida Kitabi doc


Hasbunəllahi Vəniməl Vəkil –



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə50/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

 
103
Onlara: “Hasbunəllahi Vəniməl Vəkil – Allah bizə yetər o, nə gözəl 
vəkildir” deməyi əmr etdi
330

Yer üzü düm-düz olacağı zaman, dağlar darmadağın və yumşaq toz 
dənələri halına düşəcəkdir. Bu dünya günlərinin sonuncusudur. «Günəş 
sönəcəyi zaman, ulduzlar səpələnəcəyi zaman, dağlar yerindən 
qopardılacağı zaman, dənizlər od tutub yanacağı zaman, ruhlar 
(bədənlərə) qovuşacağı zaman, əməl dəftərləri açılacağı zaman, göy 
(yerindən) qopardılacağı zaman, Cəhənnəm alovlandırılacağı zaman və 
Cənnət yaxınlaşdırılacağı zaman, hər kəs nə hazır etdiyini biləcəkdir». 
(ət-Təkvir 1-15). «Göy parçalanacağı zaman, ulduzlar dağılıb 
səpələnəcəyi zaman, dənizlər qaynayıb bir-birinə qarışacağı zaman, 
qəbrlər çevriləcəyi zaman, hər kəs nə etdiyini və  nə qoyub getdiyini 
biləcəkdir. Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan 
nədir?».  (əl-İnfitar 1-6). Abdullah b. Amr - radıyallahu anhu –  rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Dəccal 
öldürüldükdən sonra insanlar iki nəfər arasında heç bir düşmənçilik 
olmadan yeddi il yaşayacaqlar. Sonra Allah Şam tərəfdən soyuq bir külək 
göndərər (bir rəvayətdə  Yəmən tərəfdən) və artıq yer üzündə  qəlbində 
zərrə  ağırlığında xeyir və ya iman olan heç kimsə qalmaz. O, külək 
qəlbində zərrə qədər iman olan hər kəsin ruhunu alar. Hətta sizdən biriniz 
bir dağın ortasına girsə belə o, külək o kimsəni təqib edib ruhunu 
alacaqdır. Yer üzündə ancaq ən  şərli insanlar qalacaqlar. Onlar heç bir 
yaxşılığı tanımaz və heç bir günahı da rədd etməzlər»
331
. Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «…Allah sura ikinci dəfə üfləmə 
əmrini verdikdə İsrafil sura üflədikdə Allahın dilədiyi kimsələrdən başqa 
hər kəs ölür. Canları alındıqdan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi 
Allahın hüzuruna gələrək: «Ya Rəbb! Göylərdə  və yerdə  sənin 
dilədiyindən başqa hər kəs ölmüşdü» deyər. Allah: «(Allah hər şeyi bildiyi 
halda) Həyatda kim qaldı?» deyə buyurar. Mələk: «Ya Rəbb! Ölməz və 
diri olan Sən həyatda qaldın,  ərşi daşıyanlar, Cəbrail, Mikail və  mən». 
Deyər. Allah: «Cəbrail və Mikail də ölsünlər!» deyə buyurar. Canları 
alındıqdan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi Allahın hüzuruna 
gələrək: «Ya Rəbb! Cəbrail və Mikail də öldülər. Mən və ərşi daşıyanlar 
həyatda» deyər. Allah: «Ərşimi daşıyanlar da ölsünlər» deyə buyurar. Ərşi 
daşıyanlar da ölürlər. Uca Allah ərşə  əmr verir ərş suru İsrafildən alır. 
Bundan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi Allahın hüzuruna 
gələrək: «Ya Rəbb!  Ərşi daşıyan mələklər də öldülər» deyər. Allah: 
                                                 
330
 Tirmizi “Qiyamət” 9, 2433, Əhməd 3/73.  
331
 Buxari, Müslim.  


 
104
«(Allah hər şeyi bildiyi halda) Həyatda kim qaldı?» deyə buyurar. Mələk: 
«Ya Rəbb! Ölməz və diri olan Sən həyatda qaldın və bir də mən» deyər. 
Allah: «Sən də öl» deyə əmr verər. Ölüm mələyi də ölür…»
332
.  
Allah  İsrafil  –  əlehissəlam – a Sura ikinci dəfə üfürməsini  əmr 
edəcəkdir. O, vaxt kafirlər və münafiqlər: «Sur (ikinci dəfə) çalınan kimi 
(qiyamət günü)  qəbrlərindən qalxıb sürətlə  Rəbbinin hüzuruna 
axışacaqlar. Onlar deyəcəklər: «Vay halımıza! Bizi yatdığımız yerdən 
(qəbr evindən) kim qaldırdı? Bu Rəhmanın məxluqata buyurduğu 
vəddir. Peyğəmbərlər doğru deyirlərmiş. Yalnız bir dəhşətli səs qopan 
kimi onlar hamısı qarşımızda hazır duracaqlar».(Yasin 51,53).  
İki sur arasında olan müddət haqqında dəqiq məlumat yoxdur. Yalnız 
bir hədisdə Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: «İki sur arasında 40 vardır». 
Səhabələr: «Ya Əbu Hureyrə! Bu 40 gündür?» deyə soruşdular. Mən 
cavab verməkdən çəkindim. Onlar: «Bu 40 aydır?» deyə soruşdular. Mən 
cavab verməkdən çəkindim. Onlar: «Bu 40 ildir?» deyə soruşdular. Mən 
buna da cavab verməkdən cəkindim». Sonra: Allah səmadan bir su 
endirəcəkdir. Onlar yaşıl yabanı bitkisi kimi (yerdən) bitəcəklər. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun hər 
bədən üzvünü torpaq yeyəcəkdir. Yalnız bel sümüyünün aşağı hissəsində 
olan xırda sümük müstəsnadır.  İnsan təkrar ondan Qiyamət günü 
yoğrulacaqdır. Torpaq əbədiyyən onu yeməyəcəkdir»
333
.  
 
ƏL-BAS - Öldükdən Sonra Dirilmək - 
əl-Bas  –  məna etibarı ilə bir şeyi qaldırmaq və  hərəkət etdirmək 
deməkdir. İstilahi mənası isə ölülərin Qiyamət günü dirilərək qəbrlərindən 
çıxmalarıdır. Uca Allah əməllərin qaşılığını vermək üçün ölümlərindən 
sonra insanları dirildəcəkdir. Kim zərrə  qədər xeyir işləmişsə onu 
görəcəkdir, kim də zərrə qədər bir pislik etmişsə onun əvəzini görəcəkdir. 
«Kim zərrə  qədər yaxşı  iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim 
zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-
8). Peyğəmbərlər göndərməyin nəticəsi də elə budur. «Və Allah sizi 
(atanız Adəmi) yerdən  (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi 
yenə ora qaytaracaq və  (Qiyamət günü dirildib oradan da)  çıxarda-
caqdır». (Nuh 17-18). «Sizi (Adəmi) də ondan (torpaqdan) yaratdıq. Sizi 
                                                 
332
 Əbu Yala «Musnəd», Təbəri «Təfsir», Beyhəqi «Bas vən Nuşur» 327. 
333
 Buxari “Təfsir” Zumər 3, Ammə 1, Müslim “Fitən” 141, 2955, Əbu Davud 4743, Nəsəi “Cənaiz” 
117.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə