Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə49/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   45   46   47   48   49   50   51   52   ...   79

 
101
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər namazdan sonra mütləq 
qəbir əzabından Allaha sığındığını gördüm»
327
.  
Bəzi azmış kimsələr qəbir əzabını, qəbir nemətini inkar edirlər. Onlar öz 
ağıllarına uyaraq deyirlər ki, əgər ölünün qəbiri açılacaq olarsa əvvəlki 
halı necədirsə elə də görüləcəkdir. Qəbrdə darlıq və genişlik etibarı ilə heç 
bir dəyişiklik görülməyəcəkdir. Bu səhf və batil fikrə bir neçə yolla cavab 
vermək olar.  
1.  Əvvala  şəriətin gətirdiyi hökmlərə qarşı bu kimi çürük şübhələrlə 
çıxmaq doğru deyildir. Bu şübhələrin sahibi əgər şəriətin gətirdiyi dəlillər 
üzərində düşünmüş olarsa, bu şübhələrin batil olduğunu çox gözəl başa 
düşəcəkdir.  
2. Bərzəx (qəbir) həyatı hissiyyat orqanları ilə idrak edilməsi mümkün 
olmayan qeybi aləmdir. Əgər hissiyyat orqanları ilə hiss edilsəydi qeybə 
iman edənlərlə, qeybi inkar edənlər bərabər olardılar.  
3.  Əzab, nemət, qəbirin genişliyi və darlığı - bütün bunları sadəcə ölü 
hiss edir, həyatda olan isə hiss etmir. Bu da həyatda yatan bir kimsənin 
yuxusunda özünü sıxıntılı və dar bir yerdə görməsi kimi və ya geniş, rahat 
bir yerdə görməsi kimidir. Kənardan o, yatan insana baxan kimsə onda 
heç bir dəyişikliyin olmadığını, sadəcə yatdığını görür. O, öz 
çarpayısında, yorğanının altında yatır. Həmçinin Peyğəmbər – sallallahu 
aleyhi və səlləm – səhabələri arasında olarkən vəhy gəlirdi. O, özü vəhyi 
hiss etdiyi halda səhabələr isə o, vəhyi hiss etmirdilər. Mələk onlara bir 
insan surətində görünür, onlarla danışırdı. Səhabələr isə  nə o, mələyi 
görür, nə də onu eşidirdilər.  
4. Yaradılmışların eşitməsi, görmələri, hiss etmələri Allahın onlara 
verdiyi imkanlar çərçivəsindədir. Onların var olan hər bir şeyi eşitməsinə, 
görməsinə, hiss etməsinə imkan yoxdur. Yeddi səma, yer və onların 
arasında olan hər  şey Uca Allaha həmd və  təsbih edir. Allah bəzən 
yaratdıqlarından istədiyi kimsələrə onların təsbihlərini eşitdirir. Bununla 
belə bu həqiqət bizim üçün pərdəlidir.  «Yeddi göy, yer və onlarda olan 
bütün məxluqat Allahı  təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif 
deyib ona şükr etməsin, lakin siz onların  (dillərini bilmədiyiniz üçün) 
təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır». (əl-İsra 
44).  «(Ey insan!) Məgər göylərdə  və yerdə olanların, günəşin, ayın və 
ulduzların, dağların, ağacların və heyvanların. İnsanların bir çoxunun 
Allaha səcdə etdiyini görmürsənmi?».  (əl-Həcc 18). «Bundan sonra 
qəlbləriniz yenə  sərtləşərək daş kimi, bəlkə  də daha da qatı oldu. 
                                                 
327
 Buxari, Müslim.  


 
102
Həqiqətən bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən 
su fışqırar və  bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah 
sizin etdiklərinizdən əlbəttə xəbərsiz deyildir». (əl-Bəqərə 74).  
Həmçinin şeytanlar və cinlər də eyni şəkildə yer üzündə gəzirlər. Cinlər 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzuruna gəlmiş və Quranı 
dinləmişlər. Bununla belə onlar bizim tərəfimizdən görünməzlər. 
«Şübhəsiz ki, şeytan və onun cəmaatı sizləri sizin onları görə 
bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin 
(kafirlərin)  dostları etdik». (əl-Əraf 27). Buna görə  də insan qeyb 
aləmində baş verən  şeyləri dərk etmədiyinə görə sabit olan şeyləri inkar 
etməsi düzgün bir iş deyildir.  
 
Sur 
Allah bu dünyanın sona çatması hökmünü verirsə İsrafil – əlehissəlam – 
a Sura birinci dəfə üfürməsini əmr edəcəkdir. O, zaman göylərdə və yerdə 
olanların hamısı (Allahın istədiyi kimsələrdən başqa) öləcəkdir.  «Sur 
(birinci dəfə) çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı 
öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbrlərindən) qalxıb (Allahın 
əmrinə) müntəzir olacaqlar». (əz-Zumər 68). «Sur çalınacağı gün 
Allahın istədiklərindən başqa göylərdə  və yerdə olanlar dəhşətli bir 
qorxuya düşər və onların hamısı  Rəbbinin hüzuruna müti, zəlil 
vəziyyətdə  gələr».  (ən-Nəml 87). Abdullah b. Amr - radıyallahu anhu – 
rəvayət edir ki, bir bədəvi: «Ey Allahın Rəsulu! Sur nədir?» deyə soruşdu. 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «İçinə üflənən bir 
buynuzdur»
328
.  Əbu Hureyrə  - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  səhabələrinə xitab edərək 
buyurdu: «Allah göylərin və yerlərin yaradılışını tamamladıqdan sonra 
Suru yaradıb  İsrafilə  təslim etdi. O, sura ağzını dayamış, gözlərini  ərşə 
dikmiş  və (üfləməsi üçün) ona əmr verilməsini gözləyir.  Əbu Hureyrə: 
«Ey Allahın Rəsulu! Sur nədir?» dedim. Peyğəmbər: «(İçinə üflənən) 
Buynuzdur» deyə buyurdu…»
329
. Əbu Səid əl-Xudri - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən 
necə rahat ola bilərəm ki, surun sahibi suru ağzına dayamış, üzünü 
çevirmiş, qulağını dikmiş, üfləməsi üçün əmr verilməsini gözləyir”. Bu 
səhabələrə  ağır gəldi. Bəs biz nə edək Ya Rəsulallah!” deyə soruşdular. 
                                                 
328
 Darimi 79/630, Əhməd 2/192. 
329
, Əbu Yala «Musnəd», Təbəri «Təfsir», Beyhəqi «Bas vən Nuşur» 327, Əbu Davud 4742, Tirmizi 
2430 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə