101
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in
hər namazdan sonra mütləq
qəbir əzabından Allaha sığındığını gördüm»
327
.
Bəzi azmış kimsələr qəbir əzabını, qəbir nemətini inkar edirlər. Onlar öz
ağıllarına uyaraq deyirlər ki, əgər ölünün qəbiri açılacaq olarsa əvvəlki
halı necədirsə elə də görüləcəkdir. Qəbrdə darlıq və genişlik etibarı ilə heç
bir dəyişiklik görülməyəcəkdir. Bu səhf və batil fikrə bir neçə yolla cavab
vermək olar.
1. Əvvala şəriətin gətirdiyi hökmlərə qarşı bu
kimi çürük şübhələrlə
çıxmaq doğru deyildir. Bu şübhələrin sahibi əgər şəriətin gətirdiyi dəlillər
üzərində düşünmüş olarsa, bu şübhələrin batil olduğunu çox gözəl başa
düşəcəkdir.
2. Bərzəx (qəbir) həyatı hissiyyat orqanları ilə idrak edilməsi mümkün
olmayan qeybi aləmdir. Əgər hissiyyat orqanları ilə hiss edilsəydi qeybə
iman edənlərlə, qeybi inkar edənlər bərabər olardılar.
3. Əzab, nemət, qəbirin genişliyi və darlığı - bütün bunları sadəcə ölü
hiss edir, həyatda olan isə hiss etmir. Bu da həyatda yatan bir kimsənin
yuxusunda özünü sıxıntılı və dar bir
yerdə görməsi kimi və ya geniş, rahat
bir yerdə görməsi kimidir. Kənardan o, yatan insana baxan kimsə onda
heç bir dəyişikliyin olmadığını, sadəcə yatdığını görür. O, öz
çarpayısında, yorğanının altında yatır. Həmçinin Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – səhabələri arasında olarkən vəhy gəlirdi. O,
özü vəhyi
hiss etdiyi halda səhabələr isə o, vəhyi hiss etmirdilər. Mələk onlara bir
insan surətində görünür, onlarla danışırdı. Səhabələr isə nə o, mələyi
görür, nə də onu eşidirdilər.
4. Yaradılmışların eşitməsi, görmələri, hiss etmələri Allahın
onlara
verdiyi imkanlar çərçivəsindədir. Onların var olan hər bir şeyi eşitməsinə,
görməsinə, hiss etməsinə imkan yoxdur. Yeddi səma, yer və onların
arasında olan hər şey Uca Allaha həmd və təsbih edir. Allah bəzən
yaratdıqlarından istədiyi kimsələrə onların təsbihlərini eşitdirir. Bununla
belə bu həqiqət bizim üçün pərdəlidir.
«Yeddi göy, yer və onlarda olan
bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif
deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün)
təqdisini anlamazsınız. Allah həqiqətən həlim və bağışlayandır». (əl-İsra
44). «(Ey insan!) Məgər göylərdə və yerdə olanların, günəşin, ayın və
ulduzların, dağların, ağacların və heyvanların. İnsanların bir çoxunun
Allaha səcdə etdiyini görmürsənmi?». (əl-Həcc 18). «Bundan sonra
qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə də daha da qatı oldu.
327
Buxari, Müslim.
102
Həqiqətən bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən
su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah
sizin etdiklərinizdən əlbəttə xəbərsiz deyildir». (əl-Bəqərə 74).
Həmçinin şeytanlar və cinlər də eyni şəkildə yer üzündə gəzirlər. Cinlər
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in hüzuruna gəlmiş və Quranı
dinləmişlər. Bununla belə onlar bizim tərəfimizdən görünməzlər.
«Şübhəsiz ki, şeytan və onun cəmaatı sizləri sizin onları görə
bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin
(kafirlərin) dostları etdik». (əl-Əraf 27). Buna
görə də insan qeyb
aləmində baş verən şeyləri dərk etmədiyinə görə sabit olan şeyləri inkar
etməsi düzgün bir iş deyildir.
Sur
Allah bu dünyanın sona çatması hökmünü verirsə İsrafil
– əlehissəlam –
a Sura birinci dəfə üfürməsini əmr edəcəkdir. O, zaman göylərdə və yerdə
olanların hamısı (Allahın istədiyi kimsələrdən başqa) öləcəkdir.
«Sur
(birinci dəfə) çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı
öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbrlərindən) qalxıb (Allahın
əmrinə) müntəzir olacaqlar». (əz-Zumər 68). «Sur çalınacağı gün
Allahın istədiklərindən başqa göylərdə və yerdə olanlar dəhşətli bir
qorxuya düşər və onların hamısı Rəbbinin hüzuruna müti, zəlil
vəziyyətdə gələr». (ən-Nəml 87). Abdullah b. Amr
- radıyallahu anhu –
rəvayət edir ki, bir bədəvi: «Ey Allahın Rəsulu! Sur nədir?» deyə soruşdu.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «İçinə üflənən bir
buynuzdur»
328
. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – səhabələrinə xitab
edərək
buyurdu: «Allah göylərin və yerlərin yaradılışını tamamladıqdan sonra
Suru yaradıb İsrafilə təslim etdi. O, sura ağzını dayamış, gözlərini ərşə
dikmiş və (üfləməsi üçün) ona əmr verilməsini gözləyir. Əbu Hureyrə:
«Ey Allahın Rəsulu! Sur nədir?» dedim. Peyğəmbər: «(İçinə üflənən)
Buynuzdur» deyə buyurdu…»
329
. Əbu Səid əl-Xudri
- radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Mən
necə rahat ola bilərəm ki, surun sahibi suru ağzına dayamış, üzünü
çevirmiş, qulağını dikmiş, üfləməsi üçün əmr verilməsini gözləyir”. Bu
səhabələrə ağır gəldi. Bəs biz nə edək Ya Rəsulallah!” deyə soruşdular.
328
Darimi 79/630, Əhməd 2/192.
329
, Əbu Yala «Musnəd», Təbəri «Təfsir», Beyhəqi «Bas vən Nuşur» 327, Əbu Davud 4742, Tirmizi
2430