97
nə bilirsən?» O, da: «Bilmirəm, mən insanların dediklərini
təkrarlayırdım». Ona dəmirdən olan
dəyənəklə o qədər vurarlar ki,
fəryadını (qışqırığını) insanlar və cinlərdən başqa hamı eşidər
320
. Bəra b.
Azim
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi
və səlləm – buyurdu: «Allah iman gətirənləri möhkəm bir sözlə sabit
edər» qəbir əzabı barəsində nazil olub. Qəbirdə ölüyə: Rəbbin kimdir?
deyə soruşarlar. O: «Rəbbim Allah, Peyəmbərim Muhəmmədir» deyər.
Allahın: «Allah iman gətirənləri dünya və axirətdə möhkəm sözlə sabit
edər»
ayəsi budur
321
. Ənəs b. Məlik
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Zeyd b. Sabit –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – ilə birlikdə Bəni Nəccara aid bir yerə çatdıq. Qarşımıza beş və ya
altı qəbir çıxdı. Peyğəmbər: «Bu qəbirlərin sahiblərini tanıyan varmı?»
deyə buyurdu. Bir nəfər: «Mən tanıyıram» dedi. Peyğəmbər: «Nə zaman
öldülər?» deyə buyurdu. Adam: «Şirk dövründə» dedi. Peyğəmbər: «Bu
ümmət qəbirdə fitnəyə məruz qalacaqdır» deyə buyurdu. Əgər ölülərinizi
dəfn etməyinizdən qorxmasaydım sizə qəbir əzabını eşitdirmək üçün
Allaha dua edərdim»
322
. Hani, Osman –
radıyallahu anhu – nun mövlası
deyir ki: “Osman –
radıyallahu anhu – bir qəbirin yanında durdu. Saqqalı
yaş olana qədər ağladı. Ona: «Cənnət və Cəhənnəm xatırlandıqda
ağlamırdın, lakin qəbri xatırladıqda ağladın» dedilər. Osman –
radıyallahu
anhu – Peyğəmbər
- sallallahu aleyhi və səlləm – in belə buyurduğunu
eşitdim: Qəbr axirət mənzillərinin birincisidir. İnsan
ondan qurtula bilərsə
sonrakılardan qurtulması asantdır. Ondan qurtulmazsa sonrakılar bundan
daha çətindir. Əgər ondan nicat taparsansa böyük bir müsibətdən
qurtuldun. Əksi təqdirdə sənin qurtulacağını heç güman etmirəm. Osman
–
radıyallahu anhu – sözünə davam edərək Peyğəmbər
- sallallahu aleyhi
və səlləm – bu sözlərini söylədi: “(Axirət mənzərələrindən)
heç biri qəbir
qədər qorxuducu və vahiməli deyildir”
323
. İbn Abbas –
radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər
- sallallahu aleyhi və səlləm –: «İki qəbirin
yanında dayanıb dedi: «Bu qəbirdəkilər günah etdiklərinə görə əzab
çəkirlər. Onlardan birisi sidik ifraz etdikdə ondan təmizlənməzdir. Digəri
isə söz gəzidirən idi». Sonra yaş bir budaq qıraraq
onu iki yerə böldü və
hər bir qəbrin üzərinə birini sancdı. Səhabələr: «Nə üçün belə etdin»
320
Buxari, Müslim 5115.
321
Müslim 5117.
322
Buxari, Müslim 2867.
323
Tirmizi “Zuhd” 5, 2309.
98
dedilər. Peyğəmbər: «Budaqlar quruyana qədər qəbir əzabları
yüngülləşsin»
324
.
Möminlərə gəlincə Allah buyurur:
Şübhəsiz ki: «Rəbbimiz Allahdır!
deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər
nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd
olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30).
Bütün bu hadisələr «
Bərzax» deyə adlanan aləmdə baş verir. Keyfiyyəti
bizə bəlli olmayan bir şəkildə. Çünki ağıl
bu keyfiyyəti dərk etməkdə
acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur. Qəbir əzabında məqsəd
bildiyimiz qəbir çuxurunda görülən əzab deyildir.
Bərzax adı verilən
aləmdə görülən əzabdır. Əzabı dadanlar qəbirdə də olsalar, yerin dibində
də olsalar, dənizin dibində və ya balığın qarnında da olsalar, yanıb kül
olub, küllərini havaya sovursalar da, heyvanlar didib dağıtsalar da bərzax
deyilən aləmdə əzab görürlər.
«Onlara iki dəfə (dünyada və qəbr evində)
əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-
Tövbə 101). Səmura b. Cundəb
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra
hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz
yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu:
«Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla
getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra)
uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində
olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı
uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür.
Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı
əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini
təkrarlayır. Mən: «
Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar:
«Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən
sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq.
Onun üstündə əlində
dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə uzanan adamın
ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi
cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi
cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini
yenidən təkrarlayırdı. Mən: «
Subhənəllah! Bunlar kimlərdir?» dedim.
Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir
müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm
ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:) Oradan uğultulu
və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar
324
Buxari 218, Müslim 675.