Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə79/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   71   72   73   74   75   76   77   78   79

 
162
Əgər sən Allaha onu görür kimi ibadət edə bilmirsənsə, onda Ona O, 
səni görür kimi ibadət et. Beləliklə Ondan qorxan, əzab və  cəzasından 
qaçan kimsənin ibadəti kimi Ona ibadət etmiş olursan. İnsan Uca Allaha 
bu  şəkildə ibadət etmiş olarsa Uca Allaha qarşı ixlaslı olar. İbadətini 
riyakarlıq və başqalarının eşitməsi üçün etməz, insanların onu tərifləmə-
sini düşünməz.  İnsanlar onun ibadətini istər bilsinlər, istər bilməsinlər 
onun üçün fərq etməz. Hətta ixlasın tamamlayıcı ünsürü də budur: «İnsan 
etdiyi ibadətini insanların görməməsinə və Rəbbinə qarşı etdiyi ibadətinin 
bir sir olaraq qalmasına diqqət edər».  
 
SƏLƏF İMAMLARININ ƏHLİ SÜNNƏ VƏL  
CƏMAAT HAQQINDA SÖZLƏRİ 
1.  Əbu Bəkr  əs-Siddiq  - radıyallahu anhu – deyir ki: «Sünnə Allahın 
sağlam ipidir»
472

2.  İbn Ömər  - radıyallahu anhu – deyir ki: «Sünnəni tərk edən kafir 
olur»
473

3. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Allah qullarının qəlblərinə 
baxdı. Muhəmməd  – sallallahu aleyhi və  səlləm – in qəlbini qullarının 
qəlbləri arasında  ən xeyirli qəlb olduğunu gördü. Buna görə  də onu özü 
üçün (bir Peyğəmbər) olaraq seçdi və onu risalətlə göndərdi. Muhəmməd 
– sallallahu aleyhi və  səlləm – in qəlbindən sonra yenə  də qullarının 
qəlblərinə baxdı, onun səhabələrinin qəlblərini qullarının qəlbləri arasında 
ən xeyirli qəlblər olduğunu gördü. Buna görə də onları Peyğəmbərinə dini 
uğrunda vuruşacaq yardımçılar etdi. Buna görə  də müsəlmanların gözəl 
gördükləri bir şey Allah dərgahında da gözəldir, pis gördükləri bir şey də 
Allah dərgahında da pisdir»
474

4. Ömər - radıyallahu anhu – deyir ki: «Qurani Kərimin mütəşabihləri 
ilə sizlərlə mübahisə edəcək bir qrup kimsələr gələcəkdir. Siz də onları 
sünnətlərlə susdurun. Çünki sünnətə tabe olan kimsələr Allahın Kitabını 
ən gözəl bilən kimsələrdir»
475

5. İbn Ömər - radıyallahu anhu – deyir ki: «Sizlərdən hər kimsə birinin 
sünnətini (yolunu) izləmək istəyərsə, ölmüş olanların (sünnətini) yolunu 
izləsin. Bunlar da Muhəmməd  – sallallahu aleyhi və  səlləm – in 
səhabələridir. Onlar bu ümmətin xeyirliləri idilər. Qəlbləri  ən yaxşı, 
elmləri ən dərin, əbəs yerə özlərinə zülm etməkdən ən uzaq olan kimsələr 
                                                 
472
 İbn Batta «Şərhu əl-İbanə». 
473
 İbn Batta «Şərhu əl-İbanə». 
474
 İmam Əhməd «Musnəd» 1/379 Əhməd Şakir səhih. 
475
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat», İbn Batta «əl-İbanə».  


 
163
idilər. Allah onları Peyğəmbərinə yoldaşlıq etməyə, dinini (daşımaq) 
başqalarına çatdırmaq üçün seçdi. Buna görə də sizlər də onların əxlaqı ilə 
əxlaqlanmaya və onların getdikləri yolla getməyə çalışın. Onlar 
Muhəmməd  – sallallahu aleyhi və  səlləm – in səhabələridirlər. Onlar 
Kəbənin Rəbbi olan Allaha and olsun ki, doğru yolda idilər»
476
.  
6.  Xuzeyfə b. Yəmən  - radıyallahu anhu – deyir ki: «Peyğəmbər  
sallallahu aleyhi və səlləm – in səhabələrinin ibadət deyə etmədiyi heç bir 
şeyi siz də ibadət deyə etməyin. Çünki əvvəl gələn, sonra gələnə 
söyləyəcək bir söz buraxmamışdır. Ey Alimlər topluluğu! Allahdan 
qorxun. Sizdən əvvəlkilərin izlədiyi yolu tutun»
477
.  
7.  İbn Ömər  - radıyallahu anhu – deyir ki: «İnsanlar  əvvəlkilərin 
izlədikləri (yolu) izlədikcə doğru yolla getməyə davam edəcəklər»
478
.  
8.  Əbu Dərda  - radıyallahu anhu – deyir ki: «Sən  əvvəlkilərin izini 
(yolunu) izlədiyin müddətdə əsla azmazsan»
479
.  
9.  Məhəmməd b. Sirin – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə 
əvvəlkilərin izini (yolu) üzərə yürüməyə davam etdikcə, doğru yol 
üzərində yürüməyə davam edir deməkdir»
480
.  
10.  Abdullah b. Mubarək  – rahmətullahi aleyhi – deyir ki: «Güvənib 
dayandığın əsər (əvvəlkilərin yolu) olsun»
481
.  
11. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz ki, sünnə 
əhli olan kimsələr insanlar arasında say etibarı ilə ən az olanlardır. Yerdə 
qalan insanlar arasında da insanların  ən az olanlarıdır. Onlar kef və 
dəbdəbə içində olanlarla kef və  dəbdəbələrində  iştirak etməzlər, bidət 
əhlinin də bidətlərinə qarışmazlar. Rəbblərinə qovuşana qədər sünnə 
üzərində sabit qalarlar. Siz də Allahın izni ilə belə olun»
482

12.  İmam  Şafii  – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə müxalif 
olaraq haqqında söz söylədiyim nə  qədər məsələ varsa mən ondan 
həyatımda olsun, ölümümdən sonra olsun vaz keçirəm»
483
.  
13.  Rabi b. Süleyman deyir ki: «İmam  Şafii bir gün bir hədis rəvayət 
etdi. Bir nəfər: «Ey Abdullahın atası! Sən bunu qəbul edirsən?» deyincə 
Şafii: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gələn səhih bir 
                                                 
476
 Əbu Nuaym «əl-Hilyə» 1/305. 
477
 İbn Batta «əl-İbanə». 
478
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».  
479
 İbn Batta «əl-İbanə». 
480
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
481
 Beyhəqi «Sünənul Kubra». 
482
 Darimi 1/72. 
483
 Xatib «əl-Fakibu vəl Mutefakkib». 


 
164
hədis rəvayət edib və onu qəbul etməmiş olsam siz şahid olun ki, mən 
ağlımı başımdan itirmişəm»
484
.  
14. İbnul Məcisun deyir ki, İmam Malikin belə dediyini dinlədim: «Hər 
kim  İslamda gözəl görərək bir bidət ortaya çıxararsa, Muhəmməd  
sallallahu aleyhi və səlləm – in risalətinə qarşı xainlik etdiyini iddia etmiş 
olur. Çünki Uca Allah: «Bu gün dininizi tamamlayıb mükəmməl 
etdim...». (əl-Maidə 3) deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan 
heç bir şey bu gün də din olmaz»
485

15. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Bizə görə sünnətin 
əsasları Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in səhabələrinin 
izlədiyi yola sarılmaq, onlara uymaq və bidətləri tərk etməkdir. Çünki hər 
bir bidət yol azmaqdır»
486
.  
16.  İmam  Əhməd b. Sinan əl-Kattan  – rahmətullahi aleyhi – deyir ki: 
«Dünyada nə  qədər bidətçi varsa mütləq hədis  əhlinə  ağız  əyər. Çünki 
adam bidət ortaya qoydumu qəlbindən hədisin ləzzəti sökülüb alınır»
487

17.  əl-Fudayl b. İyad  – rahmətullahi aleyhi – deyir ki: «Hidayət 
yollarına uy. O, yolu izləyənlərin azlığının sənə zərəri yox. Əyri yollardan 
isə çəkin. Həlak olanların çoxluğuna da aldanma»
488
.  
18.  İbn Abbas - radıyallahu anhu – deyir ki: «Sünnət  əhli olan bir 
kimsəyə baxmaq, sünnətə dəvət edər, bidəti də qadağan edər»
489
.  
19.  Sufyan  əs-Sövri  – rahmətullahi aleyhi – deyir ki: «Gün çıxan 
tərəfdən olan bir adamın sünnətə bağlı olduğuna dair sənə bir xəbər 
çatarsa, sən də ona salam göndər. Çünki sünnət  əhli (sünnətə bağlı) 
kimsələr azalmışdır»
490
.  
20. Əyyub əs-Şahtiyani – rahmətullahi aleyhi – deyir ki: «Mənə sünnət 
əhlindən olan bir nəfərin ölüm xəbəri gəlib çatdıqda sanki orqanlarımdan 
birini itirmiş kimi oluram»
491
.  
21.  Abdullah b. Mubarək  – rahmətullahi aleyhi – deyir ki: «Ey 
qardaşım! Bunu da bil ki, bu gün sünnətə sarılaraq ölmək Allahın 
hüzuruna çıxacaq hər bir müsəlman üçün bir lütf, bir mərhəmətdir»
492

                                                 
484
 İbn Batta «əl-İbanə». 
485
 Şatibi «əl-İtisam».  
486
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
487
 Nəvəvi «ət-Təzkirə».  
488
 Şatibi «əl-İtisam». 
489
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
490
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
491
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
492
 İbn Vaddah «əl-Bidau vən Nəbyu Anhə». 


 
165
22. əl-Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz Allah 
onların vasitəsi ilə ölkələrə hidayət verdiyi qulları vardır. Bunlar sünnət 
əshabı olan kimsələrdir»
493

23.  Muafa b. İmran  – rahmətullahi aleyhi – deyir ki: «İnsanı öləndən 
sonra tərif et. Çünki ölənə  qədər onun sünnə  və ya bidət üzərə öləcəyi 
bilinməz»
494

24.  İmam  Şafii  – rahmətullahi aleyhi – deyir ki: «Mən hədis  əhlindən 
bir kimsəni gördümmü sanki Peyğəmbər –sallallahu aleyhi və səlləm– in 
səhabələrindən birini görür kimi oluram»
495
.  
25. Amr b. Qeys əl-Mulai – rahmətullahi aleyhi – deyir ki: «Əgər sən 
bir gəncin əvvəldən Əhli Sünnə vəl Cəmaatla birlikdə yetişdiyini görsən 
bir ki, ondan (xeyirli şeylər) uma bilərsən»
496

26. İmam Malik – rahmətullahi aleyhi – deyir ki: «Bu ümmətin başı nə 
ilə islah olunmuşsa, bu ümmətin sonu da ancaq onunla islah olunur 
(düzəlir). O, gün din olmayan heç bir şey bu gün də din olmaz»
497

Bunlar  Əhli Sünnə  vəl Cəmaat, Sələfi Salihin imamlarından olan 
bəzilərinin söylədikləri sözlərdir.  İnsanlar arasında ümmətlərinin  ən çox 
xeyrini istəyən, ümmətlərinə  ən çox xeyirləri toxunan, onların nə ilə 
düzəldiklərini, harada hidayət tapacaqlarını  ən yaxşı bilənlər onlardır. 
Onlar Allahın Kitabı  və Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
sünnətinə sımsıxı sarılmağı tövsiyə edən, sonradan ortaya çıxmış işlərdən 
bidətlərdən çəkindirməkdə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 
onlara xəbər verdiyi şəkildə qurtuluş yolunu bildirməkdədirlər. Bu yol isə 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in sünnətinə  və hidayətinə 
sımsıxı yapışmaqdır. Allah bizi də onlardan etsin. Amin! 
                                                 
493
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
494
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat». 
495
 Xatib «Şərəfu Əshəbu Hədis». 
496
 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat», İbn Batta «Şərhu əl-İbanə». 
497
 Kadi İyad «əş-Şifa» 2/88. 


 
166
SON SÖZ 
Bu ümmətin ilk nəslinin Tövhid əqidəsi budur. Bu əqidə olduqca saf və 
sağlam bir əqidədir. Kitab və Sünnətin yolu bu ümmətin sələfinin 
(keçmişinin) görüşləri ilə imamlarının getdiyi yola uyğun, doğru və 
sağlam bir yoldur. Bu ümmətin ilk nəslinin qəlblərini dirildən yol da bu 
yoldur.  
Müsülman qardaş  və bacılarım! Allah bizi də sizi də doğru yola 
yönəltsin. Bunu da bilin ki, Allahın kitabı, Peyğəmbər 

 sallallahu aleyhi 
və  səlləm 

 in Sünnəti və  Səhabələrin anlayışından başqa bir yerdə 
hidayəti axtaran yaxud Allahın qoyduğu şəriətdən başqa bir şəriət ortaya 
çıxardan kimsə, heç şübhəsiz ki, açıq bir azğınlıq içindədir, doğru yoldan 
uzaqdır, möminlərin izlədikləri yoldan başqa bir yolu izləməkdədir. 
İmama Məlik - rahmətullahi aleyhi 

 deyir ki, dinin ən xeyrli olanı sünnət 
olanıdır, ən pis işlər isə sonradan ortaya çıxmış bidətlərdir
498

Müsəlmanların birlik olmalarının yolu əqidə birliyindən keçdiyində heç 
bir  şəkk-şübhə yoxdur. Tərtəmiz  əqidə isə bu ümmətin sələfi olan ilk 
nəslin inandığı əsaslardır. Uca Allahın bizə bağlanmağı əmr etmiş olduğu 
doğru yol və sağa-sola sapmayan yol budur.  «Bu  şübhəsiz ki, mənim 
doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq 
yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən 
çəkinəsiz». (əl-Ənam 153).  
Allahdan Sələfi Salihin yolunu bizə göstərdiyi kimi bizi də onlardan 
etməsini, yaratdıqlarının ən xeyirlisi olan Məhəmməd 

 sallallahu aleyhi 
və  səlləm 

 ilə birlikdə Qiyamət günü həşr etməsini, bizi hidayətə 
yönəltdikdən sonra qəlbimizi saptırmamasını, onun yolunda çalışan 
Muvahhid və saleh qullarından etməsini diləyirəm. O, hər şeyi eşidən və 
duaları qəbul edəndir. Amin!  
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi 
və  səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun 
yolu ilə gedən saleh möminlərin üzərinə olsun.  
 
BİTİRDİM: HİCRİ 1425-ci il 2 SƏFƏR 
MİLADİ 2004-ci il 23 MART 
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA (YUNUS 10) 
                                                 
498
 İmam Şatibi «əl-İtisam». 


 
167
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
«Qurani Kərim» Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi. 
«Sələsətil Usul» Muhəmməd b. Saleh əl-Useyminin şərhi ilə. 
«Kəşfi Şubuhət» Muhəmməd b. Saleh əl-Useyminin şərhi ilə. 
«Fəthu Rabbil Bəriyyə bi Təlhisil Həməviyyə» Muhəmməd Saleh əl-
Useyminin şərhi ilə.  
«Aləmus Sunnətul Mənşura» Hafiz b. Əhməd əl-Həkəmi. 
«əl-Vəciz Fi Əqidətul  əs-Sələfi  əs-Salihin» Abdullah b. AbdulHəmid  əl-
Əsəri. 
 «əl-Əqidətul Təhaviyyə» İbn Əbil İzz əl-Hənəfinin şərhi ilə. 
«əl-Əqidətul Təhəviyyə  əl-Muyəssər» Muhəmməd  əl-Humeyyisin  şərhi 
ilə. 
«əl-Əqidətul Vasitiyyə» İbn Teymiyyə. Muhəmməd Xəlil Hərrasın şərhi 
ilə. 
«Ərbəin ən-Nəvəviyyə» Nazim Muhəmməd Sultanın şərhi ilə.  
«Səhih Müslim».  
«Sünnə və Cəməa anlayışı» Nəsir b. AbdulKərim əl-Əql. 
«Zədul Məad» İbn Qeyyim. 


 
168
MÜNDƏRİCAT 
Ön Söz  ----------------------------------------------------------------------------------3 
İman -------------------------------------------------------------------------------------8 
Allaha İman ----------------------------------------------------------------------------15 
Allaha İmanın Faydaları ---------------------------------------------------------------18 
Mələklərə İman -------------------------------------------------------------------------19 
Kitablara İman --------------------------------------------------------------------------27 
Quran Allahın Kəlamıdır --------------------------------------------------------------31 
Kitablara İmanın Faydaları------------------------------------------------------------36 
Peyğəmbərlərə İman -------------------------------------------------------------------36 
Peyğəmbərimiz Muhəmməd - Sallallahu Aleyhi Və Alihi Vəs Səlləm ----------41 
Peyğəmbərimizin Xüsusuiyyətləri ---------------------------------------------------55 
Peyğəmbərlərə Imanın Faydaları -----------------------------------------------------64 
Axirətə İman ----------------------------------------------------------------------------65 
Qiyamətin Kiçik Əlamətləri-----------------------------------------------------------67 
Qiyamətin Böyük Əlamətləri ---------------------------------------------------------78 
Qiyamətin Adları -----------------------------------------------------------------------86 
Ölüm -------------------------------------------------------------------------------------87 
Qəbr Aləmi ------------------------------------------------------------------------------95 
Sur ----------------------------------------------------------------------------------------102 
əl-Bas - Öldükdən Sonra Dirilmək -------------------------------------------------- 104 
əl-Bas - Öldükdən Sonra Dirilmək - Inkar Edənlərə Dəlillər ---------------------106 
Həşr Və Məhşər-------------------------------------------------------------------------109 
Haqq-Hesab ----------------------------------------------------------------------------111 
Sırat --------------------------------------------------------------------------------------117 
Hovuz -----------------------------------------------------------------------------------119 
Cənnət Və Cəhənnəm -----------------------------------------------------------------121 
Şəfaət ------------------------------------------------------------------------------------127 
Qəza Və Qədərə İman -----------------------------------------------------------------139 
Qəza Və Qədərə İmanın Faydaları ---------------------------------------------------149 
İslam Və İman --------------------------------------------------------------------------151 
İslamd Istisna Etmək “İnşəallah, Mən Müsəlmanam” Demək -------------------155 
İmanda İstisna «İnşəallah, Mən Möminəm» Demək ------------------------------156 
Ehsan ------------------------------------------------------------------------------------160 
Sələf İmamlarının Əhli Sünnə Vəl Cəmaat Haqqında Sözləri -------------------162 
Son Söz ----------------------------------------------------------------------------------166 
İstifadə Olunan Ədəbiyyat ------------------------------------------------------------167 
 
Чапа имзаланмышдыр: 18.07.2012 
Форматы 60х84 1/16. Щяъми 10,5 ч.в. 
Сифариш №262. Тираж 200.
 
«Зярдаби ЛТД» ММЪ 
Няшриййат Полиграфийа мцяссисяси 
   иш  (012) 514 73 73,  
  моб. (050, 055) 344 76 01 
е-почту: зердаби_ем@маил.ру 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə