Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə74/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   71   72   73   74   75   76   77   78   79

 
152
arasında ixtilaf yaranmışdır. Alimlər demişlər ki, İslam başqa bir şeydir, 
İman isə tam başqa bir şeydir.  
İmanın həqiqəti bir dəlildən götrülmür. Peyğəmbər  – sallallahu aleyhi 
və səlləm – bu hədisdə İmana qəlbi (batini) əməlləri zikr etdi. Başqa bir 
hədisdə isə zahiri əməlləri imana vermişdir. Yəni  İslama verdiyi tərifi 
başqa bir hədisdə  İmana vermişdir.  İbn Abbas - radıyallahu anhu – 
rəvayət edir ki, AbdulQeys
445
 heyəti Rəsulullah  – sallallahu aleyhi və 
səlləm – in hüzuruna gələrək dedilər: «Ya Rəsulullah! Bizlər Rabia 
qəbiləsindənik. Səninlə bizim aramızda Mudar kafirlərindən ibarət bir 
qəbilə maneə olmuşdur. Buna görə  də  sənin yanına yalnız Haram 
aylarda
446
 gələ bilirik. Buna görə  də bizə qəti bir əmr ver ki, onu yerinə 
yetirək və  həm də geridə qalanlara onu dəvət edək Cənnətə girək. 
Rəsulullah  – sallallahu aleyhi və  səlləm – onlara dörd şeyi  əmr etdi və 
dörd  şeydən də  çəkindirdi. Rəsulullah  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Bir və  tək olaraq Allaha iman etməyinizi  əmr edirəm. Bir və 
tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və 
Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ilah olmadığına, 
Məhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat 
vermək və  qənimətin  1/5-ni verməkdir. Sizləri Dubbadan, Hantemdən, 
Nakirdən və Muzzafərdən çəkindirirəm»
447
 Peyğəmbər sallallahu aleyhi 
və səlləm – Cəbrail – əleyhissəllam - ın hədisində İslama verdiyi tərifi bu 
hədisdə  İmana vermişdir. Elm əhli isə bu hədislərdən belə bir nəticəyə 
gəlmişlər ki, İslam və  İmanın deyiliş forması vardır. Yəni bunların həm 
xüsusi və ümumi mənaları vardır. Ümumi mənası odur ki, bütün dini 
əhatə edir. Yəni  İman ümumi mənada gələrsə bütün dini əhatə edir. 
Həmçinin də  İslam ümumi mənada gələrsə bütün dini əhatə edir. Bəzi 
sözlər də belədir. Məs: Miskin və  Fəqir. Allah: «Sədəqələr  (zəkatlar) 
                                                 
445
 Bu heyət Hudeybiyyə sülhündən sonra Məkkə fəthindən bir az əvvəl Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – in yanına gəlmişlər. Heyətin böyüyü Munziru b. Aiz əl-Əsəri idi. Munzirin üzündə qılınc 
və ya bıçaq izi olduğu üçün Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – onu əl-Eşecc diyə 
ləqəbləndirmişdir. Bundan sonra o, kimsə Abdulqays Eşecci ləqəbi ilə şöhrət tapmışdır. Heyəti sayı 
barəsində bir çox rəqəmlər vardır. 14, 40, 50 nəfərə qədər olduğu da söylənilir.  
446
  Haram Aylar  –  «Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri 
Allahın kitabında on ikidir. Onlardan dördü (Rəcəb, Zülqədə, Zülhiccə  və  Məhərrəm) haram 
aylardır. Bu doğru dindir. Ona görə də həmən aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı 
sizinlə vuruşduqları kimi siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!». (ət-Tövbə 36). 
Bu aylarda döyüşlər etmək, hücum etmək, ozünə zülm etmək qadağan edilmişdir. Məhz buna görə də 
bu ayları haram aylar adlandırırlar.  
447
 Bu adları çəkilən dörd kəlimə o, qövmün içərisində şərab düzəltdikləri qabların adlarıdır. Dubba – 
içi ovulmuş balqabaqdır, Hantəm – saxsıdan düzəldilmiş qabdır, Nakir – içi ovulmuş ağac parçasıdır 
ki, içərisinə kiçik xurmalardan atır. Sonra içərisinə su tökərdilər. Bir müddətdən sonra onu şərab 
olaraq alırdılar. Muqayyər – qır sürtülən qabdır. Buxari, Müslim. 


 
153
Allah tərəfindən müəyyən edilmiş bir fərz  (vacib  əməl) olaraq ancaq 
fəqirlərə,  (ehtiyacı olan, lakin utandığından  əl açıb dilənməyən) 
miskinlərə ….». (ət-Tövbə 60). Bir dəlildə həm fəqir, həm də miskin ləfzi 
işlədilmişdir. Bunun da hər birinin həm xüsusi, həm də ümumi mənaları 
vardır. Fəqir kəlməsi işləndiyi zaman onun içinə miskin də girər. Miskin 
kəlməsi də  tək başına işləndiyi zaman onun içinə  fəqir də girər. Lakin 
iksinin arası birləşdiyi zaman isə  hər biri ayrı-ayrı  mənaları ifadə edər. 
Fəqir sözü ayrı işlənərsə içərisinə miskin kəliməsi də daxildir. Həmçinin 
də Miskin sözü ayrı  işlənərsə içərisinə  fəqir kəliməsini də daxil edir. 
Lakin bir yerdə  işləndiyinə görə ayrı-ayrı  mənaları vardır. Lakin 
baxmayaraq ki, onlar ehtiyacda müştərəkdilər. Yəni ehtiyac sahibidirlər. 
Yanaşı gəldiklərinə görə aralarında fərq vardır.  
Lüğəti mənalarına görə İslam və İman ayrı-ayrı şeylərdir. Şəri mənaları 
ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan 
işlənməzlər.  Əksinə harada səhih və mötəbər bir iman varsa onunla 
birlikdə islam da vardır və ya harada islam varsa onunla birlikdə iman da 
vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri də onun 
içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına 
işlədilməsi halında dəlalət etdiyi şeylərə dəlalət edər. Yəni İslam ləfzi tək 
gələrsə  həm qəlbi (batini) əmlləri, həm də zahiri əməlləri  əhatə edər. 
Həmçinin  İman ləfzi də  tək gələrsə  həm zahiri, həm də  qəlbi (batini) 
əməlləri əhatə edir. Çünki varlılıqları bir-birinə bağlıdır. Məs: «Ey iman 
gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və  əllərinizi 
dirsəklərinizə  qədər  (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş 
əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər 
(topuqlarınız da daxil olmaqla) yuyun». (əl-Maidə 6) - ayəsindəki xitab 
həm mömin, həm də müsəlmanları  əhatə edir. Yoxsa ki, namaz üçün 
dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da 
dəstəmazsız namaz qılmaları mümkün deyildir. İman islamı  əhatə etdiyi 
kimi, islam da imanı  əhatə edir. Həmçinin:  «Məni müsəlman olaraq 
öldür…».  (Yusif 101) ayəsindəki  «Məni müsəlman olaraq öldür!» eyni 
zamanda «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa - məni müsəlman 
olaraq öldür, mömin olaraq öldürmə - mənasında deyildir. Çünki Allah 
bütün möminlərin ancaq müsəlman olaraq can vermələrini  «Ey iman 
gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz 
halda ölün». (Ali-İmran 102) istər
448
.  
                                                 
448
  İbn Məndə  «İman» 1/448,454, Xattabi «Məalimus Sünən» 4/313, İbn Teymiyyə  «İman» s. 
148,222, «Məcmuul Fətava» 7/167,259,260, İbn Kəsr «Təfsirul-Quranil-Azim» 4/234, İbn Rəcəb 
«Cəmiul-Ulum vəl Hikəm» 1/107,108, Nəvəvi «Şərh Səhih Müslim» 1/144-149, İbn  Əbil  İzz  əl-


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə