Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə78/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   71   72   73   74   75   76   77   78   79

 
160
həqiqət  əhlinin bir özəlliyi də imanda istisna etmələridir. Bu şübhə 
üzərində edilən bir istisna deyildir – imanda şübhədən Allaha sığınırıq – 
Lakin imanda kamil bir mənaya gələ biləcək  şəkildə  nəfislərini təzkiyə 
etməkdən qorxduqları  və imanın həqiqətinə layiq kimsələrdən olub-
olmadıqlarını bilmədikləri üçün edilən bir istisnadır. Bu səhabələrin və 
onlara gözəl bir şəkildə uyanların yoludur»
466
.  İbn Teymiyyə  – 
rahmətullahi aleyhi – deyir ki: «Mütləq iman Allahın quluna əmr etdiyi 
şeylərin hamısını etməyi və haramları  tərk etməyi  əhatə edir. Bir kimsə: 
«Kimsə özünə  mən möminəm dediyi zaman əmr edilən bütün şeyləri 
yerinə yetirən və qadağaları tərk edən təqva sahibi yaxşılardan olduğuna 
şahidlik etmişdir. O, artıq Allahın vəlilərindən olur. Bu insanın bir növü 
öz nəfsini təzkiyə etməsi və bilmədiyi bir şeylə öz lehinə şahidlik etməsi 
deməkdir. Əgər bu şahidlik səhih olsaydı insanın bu hal üzərə ölməsi onun 
Cənnətlik olmasına da şahidlik etməsi lazım gəlir. Özünün Cənnətlik 
olmasına şahidlik edən heç kimsə yoxdur. Öz nəfsi üçün imanla şəhadət 
etməsi, bu hal üzərə ölürsə Cənnətlik olacağına şahidlik etməsi kimidir
467

İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İbn Məsud və səhabələr, 
Sevri,  İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam  Əhməd və sünnə 
imamları  – Allah onlardan razı olsun - kimi hədis alimləri də imanda 
istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir»
468
. Həmçinin 
səhabələrdən: «Ömər,  İbn Məsud,  Əli, tabiinlərdən - İbn  Əbi Muleykə, 
Tavus, Həsənul-Basri, Məhəmməd b. Sirin, İbrahim  ən-Nəhai, Səid b. 
Feyruz, Dəhhak b. Məşriki,İsmail b. Əbu Xalid, Muğirə b. Miksəm, 
fikhçilərdən Abdullah b. Şübrümə, Mamər b. Rəşid, Sufyan əs-Səvri, 
Sufyan b. Uyeynə, Abdullah b. Mubərək,  İmam Məlik,  İmam  Əhməd  – 
Allah onlardan razı olsun - və s. rəyləridir»
469
.  
 
EHSAN 
İslam dininin üçüncü mərtəbəsi - Ehsandır.  Bu  da  tək bir rükndur. 
Peyğəmbər - sallallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara 
öyrətmək və Ehsan haqqında sual vermək üçün gələn Cəbrail – 
əleyhissəlam – a belə cavab vermişdi: «Ehsan, Uca Allahı sən Onu görür 
kimi ibadət etməkdir, lakin sən Onu görməsən də  şübhəsiz ki, O səni 
görür».  «O, Allah ki, səni namaza duranda da görür, səcdə edənlər 
                                                 
466
 əl-Acurri «Kitabuş Şəriya» 2/656. 
467
 Məcmul Fətava 7/446. 
468
 İbn Teymiyyə «İman» s. 375, 394, «Məcmuul Fətava» 7/438-460. 
469
 Abdullah b. Əhməd «əs-Sünnə» 307-384, əl-Laləkai 5/967,968, Nəvəvi «Şərh Səhih Müslim» 
1/150, Bəğavi «Şərhi Sünnə» 1/41. 


 
161
içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən odur!». (əş-Şuəra 
218-219).  
Ehsan pislik etməyin ziddidir. «Həqiqətən Allah ondan qorxub pis 
əməllərdən çəkinənlər və yaxşı  işlər görənlərlədir».  (ən-Nəhl 128). 
«Yaxşılığın  əvəzi ancaq yaxşılığdır».  (ər-Rəhman 60). «Yaxşı  işlər 
görənləri Cənnət və daha artıq mükafatlar gözləyir. Onların üzlərinə nə 
bir toz, nə də bir zillət qonar». (Yunus 26). «Allah yolunda xərcləyin. Öz 
əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq 
edənləri sevər». (əl-Bəqərə 195).  
Ehsanın içinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu 
kimi; bir adamı miniyinə mindirmək, əşyalarını qaldırmaq və ya daşımaq 
üçün kömək etmək, ona yol göstərmək və s. buna bənzər xüsusiyyətlərin 
hamısı daxildir. Bunlar Allahın qullarına edilən yaxşılıqdır. Hətta bir 
kəsin Allahın qullarına bildiklərini öyrətməsi, dərs keçməsi və ya 
məclislərdə elmi söhbətlər etməsi xeyr və ehsandandır. Əbu Yə’la Şəddad 
b. Əus - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Şübhəsiz ki, Allah hər  şeydə ehsanı yazmışdır. 
Buna görə  də öldürdüyünüz zaman gözəl  şəkildə öldürün. Kəstiyiniz 
zaman gözəl bir şəkildə  kəsin. Sizdən (heyvan kəsən  şəxs) bıçağını 
yaxşıca itiləsin və  kəsəcəyi heyvanı rahatlasın»
470
.  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  sallallahu aleyhi və 
səlləm – buyurdu: «İnsanların hər bir bədən üzvü üçün günəşin doğduğu 
hər bir gündə sədəqə vardır. İki nəfər arasında ədalətlə hökm vermək bir 
sədəqədir. Kişini miniyinə mindirmək üçün kömək etmək və yaxut da 
onun əşyalarını miniyə yükləmək üçün kömək etmək bir sədəqədir. Gözəl 
bir söz söyləmək bir sədəqədir. Namaz qılmaq üçün (məscidə) 
addımladığın hər bir addım bir sədəqədir. Yolda əziyyət verən bir şeyi 
götürmək də bir sədəqədir»
471

Peyğəmbər– sallallahu aleyhi və səlləm – Ehsanın bir-birindən fərqli iki 
mərtəbədən ibarət olduğunu açıqlamaqdadır.  
1. Uca Allaha sən Onu görür kimi ibadət etmək. 
İbadətə  gəlincə isə O, Allaha Onu görür kimi ibadət etmək deməkdir. 
Belə bir ibadət yəni insanın Rəbbinə Onu görür kimi ibadət etməsi istəklə 
və sevgi ilə edilir. Bu yolla insan sevdiyi və arzuladığı bir şeyi  əldə 
etməyə çalışır. Çünki o, Rəbbinə Onu görür kimi ibadət edər. Beləliklə 
ona yönələr, Ona dönər və Ona yaxınlaşmağa çalışar.  
2. Lakin sən Onu görməsən də, şübhəsiz ki, O səni görür.  
                                                 
470
 Müslim.  
471
 Buxari, Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə