Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə71/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

 
146
Allahdır».  (ər-Rum 40). «Bu  (gördükləriniz) Allahın yarat-dıqlarıdır. 
İndi siz də  mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr, 
zalimlər açıq-aşkar  əyri yoldadırlar».  (Loğman 11). «…Lakin Allah 
imanı sizə sevdirmiş, onu ürəklərnizdə süsləmiş, küfrə, itaətdən çıxmağa 
və  (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır...».  (əl-Hucurat 7). 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz Allah bir 
işi edəni və onun etdiyi işi yaradandır»
435
.  
Açıqladığımız şəkildə qədərə iman etmək, qulun ixtiyar sahibi olmasına 
(yəni pis və yaxşını seçməsinə) və bu əməlləri etməsinə yetəcək qədər güc 
və qüvvəti olmasına zidd deyildir. «Allahdan  (Allahın  əzabından) 
bacardığınız qədər qorxun». (ət-Təğabun 16). «Qadınlar sizin 
tarlanızdır.  İstədiyiniz vaxtda öz tarlanıza gəlin. Özünüz üçün 
qabaqcadan yaxşı əməllər hazırlayın». (əl-Bəqərə 223). «Allah heç kəsi 
qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı 
əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286).  
Buna görə  də qulun fərzləri tərk edib, pis işləri görməklə  qədəri dəlil 
gətirməsi doğru deyildir.  
1) Allah əzəli elmi ilə Adəm oğullarının Cənnətə və Cəhənnəmə girəcək 
olanların hamsını bilir. Bunların saylarında artma və  əskilmədə olmaz. 
Allah hər insanın ana bətnində ikən iman əhli mi, yoxsa küfr əhlimi 
olduğunu bilir. Bu Lövhi Məhfuzda da yazılmışdır. Allahın bu haqda elmi 
əsla dəyişməz.  
Yenə  də quların  əməlləri onlar o, əməlləri etməzdən  əvvəl də  bəllidir. 
Bu Allahın  əzəli bir elmidir. Hər insan nə üçün yaradılmışsa ona uyğun 
əməl edər. Cənnət əhli Cənnət əhlinin əməlləri ilə əməl edər, Cəhənnəm 
əhli Cəhənnəm əhlinin əməlini işləyənlərdir. Bir kimsə pis əməldən sonra 
saleh  əməl etmək yazılmışsa o, etdiyi pis əməldən sonra Cənnətə girər. 
Bəzi kimsələr də vardır ki, daha əvvəl saleh əməl işlədiyi halda həyatı 
Cəhənnəm  əhlinin  əməli ilə bitər və  Cəhənnəm  əhli olaraq yazılar. 
Mühüm olan insanın son anda etdiyi əməldir. Mömin ancaq Allahın 
dilməsi ilə mömindir, kafir də uca Allahın diləməsi ilə kafirdir. Səhl b. 
Sad - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və 
səlləm – buyurdu: «İnsanlar arasında elə kimsələr də vardır ki, insanlara 
görnüşünə  (əməllərinə) görə  Cənnət  əhlinə yaraşan xeyrli əməllər edər. 
Halbuki o, Cəhənnəmlikdir. Yenə insanlardan elələri də vardır ki, 
insanlara görnüşünə  (əməllərinə) görə  Cəhənnəmliklərə aid pis əməllər 
edər. Halbuki o, Cənnətlikdir»
436
.  Əbu Hureyrə  - radıyallahu anhu– 
                                                 
435
 Buxari «Xalqu Əfalul İbad» s. 25, Beyhəqi «Əsməu və Sifət» s. 23. 
436
 Müslim.  


 
147
rəvayət edir ki, Rəsulullah  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Həqiqətən elə bir kimsə vardır ki, uzun zaman Cənnət  əhlinin  əməlini 
edər. Lakin sonra onun bu əməli Cəhənnəm  əhlinin  əməli ilə son olub 
möhürlənər. Kimisi də uzun zaman Cəhənnəm əhlinin əməlini edər. Lakin 
sonra onun bu əməli Cənnət əhlinin əməli ilə son olub möhürlənər»
437

Müşriklər belə deyəcəklər: «Əgər Allah istəsəydı, nə biz, nə  də 
atalarımız müşrik olar və  nə  də biz bir şeyi haram edə bilərdik. 
Onlardan  əvvəlkilər də  (öz peyğəmbərlərini) belə  təkzib etmişlər. 
Nəhayət  əzabımızı daddılar». Onlara de ki: «Bizim qarşımıza çıxara 
biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan 
uydurursunuz».  (əl-Ənam 148).  Əgər qədər onların leyhinə  dəlil təşkil 
etsəydı, Allah onlara əzabını daddırmazdı.  
2) Allahın sapdırdığı kimsənin irəli sürəcək hər hansı bir dəlili və ya bir 
iddiası yoxdur. Çünki uca Allah irəli sürüləcək bir bəhanə qalmasın deyə 
Peyğəmbərlər göndərmiş  və qulun əməlini ona başa salaraq bunu qulun 
qazandığı olaraq təqdir etmişdir. «Biz Peyğəmbərləri (möminlərə) müjdə 
gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar 
üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. 
Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165).  Əgər 
Peyğəmbərlərə itaət etməyənlərin leyhinə  qədər dəlil təşkil etsəydi, 
peyğəmbərlərin göndərilməsi ilə bu dəlil ortadan qaldırılmamalıydı. Lakin 
əksinə Allah Peyğəmbərlər göndərməklə onlara pisi və yaxşını (halal və 
haramı) açıqlamışdır. Haqq və batil bəyan edilmişdir. Onların isə  qədəri 
dəlil göstərməkdə heç bir əsası yoxdur.  
3) Uca Allah əmr və qadağalar vermiş və ancaq gücü çata bilən şeylərlə 
onu sorumlu etmişdi. «Allahdan (Allahın əzabından) bacar-dığınız qədər 
qorxun».  (ət-Təğabun 16). «Allah heç kəsi qüvvəsi çatmayan işi 
(görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də 
özünə aiddir». (əl-Bəqərə 286).  Əgər qul əməllərini etməyə  məcbur 
olsaydı, o halda gücü çatmayan və edilməsi mümkün olmayan şeylərlə 
sorumlu olmuş olardı. Belə bir şey isə batildir. Çünki qul bilmədən
unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günah-lardan 
ötrü sorumlu olmayacaqdır. İbn Abbas - radıyallahu anhu – rəvayət edir 
ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə görə 
ümmətimin səhvən, unutqanlıqdan və  məcburiyyət qarşısında qalaraq 
etdiyi günahlardan keçib»
438
.  
                                                 
437
 Müslim.  
438
 İbn Macə 2045; Beyhəqi 7/356. əl-Albani «Mişkətul-Məsabih» 6293-cü hədis. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə