Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə72/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   68   69   70   71   72   73   74   75   ...   79

 
148
4) Uca Allahın qədəri gizli bir sirdir. Qulun onu bilməsi ancaq etdiyi 
əməlin meydana gəlməsindən sonra mümkün ola bilir. Qul həqiqi mənada 
faildir. Allah da onların feillərini (əməllərini) yaradandır. Qul mömin, 
kafir, yaxşı, günahkar, namaz qılan, oruc tutandır. O, halda iman və 
əməlləri yaradan da Allahdır. Qula öz əməllərini edə bilməsi üçün qüdrəti, 
iradəni və seçmi də vermişdir. Onların qüdrətini və iradəsini yaradan da 
Allahdır. Sonra da xeyr və  şərri bir-birindən ayırd etmək üçün ağıl da 
vermişdir.  «Eləcə  də sizdən doğru-düz  (yolda) olmaq istəyənlər üçün. 
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə 
bilməzsiniz». (ət-Təkvir 28-29). 
5) Bizlər insanların dünya işlərində özlərinə uyğun olan işlərə yönəl-
diklərini, onları  əldə etməyə çalışdıqlarını, (xeyrli işləri) kənara qoyaraq 
uyğun olmayan (xeyri olmayan) işlərə yönəlmədiklərini, uyğun işlərə 
yönəldiklərinə görə də qədəri dəlil göstərmədiklərini görürük. Yaxşı, bəs 
nə üçün insan dini ilə əlaqəli xüsuslarda ona fayda verən şeyləri (halalı) 
buraxaraq zərərli (haram) şeylərə yönələrək qədəri dəlil göstərərək
mənim üçün belə yazılmışdır? Deyir. Hər iki işin durumu eyni deyildirmi? 
Bu məsələ ilə bağlı açıqlama verək. Bir kimsənin qarşısına iki yol çıxır. 
Bunlardan biri çətinliklərlə,  əzab-əziyyətlərlə (ölüm, talan) qorxu və 
aclığın hökm sürdüyü bir ölkəyə aparır. Digər yol isə rahatlıq,  əzab-
əziyyət olmayan ədalətli bir ölkəyə aparır.  İnsan bu iki yoldan hansını 
seçər?  Əlbətdəki rahatlıq və  ədalətl olan ölkəyə aparan yolu seçər. Heç 
vaxt ağlı başında olan adam birinci yolu seçib bununlada qədəri dəlil 
gətirməz. O, halda axirət ilə  əlaqədar xüsuslarda nə üçün Cənnətə deyil 
məhz Cəhənnəmə götürən yolu izləməklə qədəri dəlil göstərməkdədir.  
6)  Fərzləri tərk etməklə, qadağaları etməklə  qədəri dəlil göstərən bir 
kimsənin malını haqsızlıqla əlindən alsalar və ya ona qarşı haqsızlıq edilib 
və qədəri dəlil göstərən kimsəyə: «Məni qınama, çünki mənim sənə olan 
bu haqsızlığım Allahın qədəri ilədir». Onun belə bir iddiası qəbul edilməz. 
Yaxşı, bəs nə üçün başqasının ona qarşı etdiyi haqsızlıqlara qarşı qədərin 
dəlil göstərilməsini qəbul etmirsə, uca Allahın haqlarını tapdalayaraq 
qədəri öz leyhinə dəlil göstərməsi necə düzdür? Möminlərin əmri Ömər b. 
əl-Xəttab - radıyallahu anhu– nun dövründə oğurluq üçün əlinin kəsilməsi 
hökmü verilmiş birisini gətirirlər. O, da əlinin kəsilməsi qərarını verdikdə 
oğru: «Ağır ol Ey Möminlərin  Əmri. Mən Allahın qədəri ilə  oğurluq 
etdim» dedi. Ömər: «Bizlərdə ancaq Allahın qədəri ilə sənin əlini kəsirik» 
deyə cavab verdi.  
Qədərin  əsli Allahın sirridir. O, haqda biliyə  nə bir mələk, nə bir 
peyğəmbər, nə  də onlardan aşağı olan hər hansı bir insan sahib deyildir. 


 
149
Bu haqda dərinliyə dalmaq, düşünmək və cürbəcür fikirlər yürütmək 
doğru deyildir. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 
– sallallahu aleyhi və səlləm – buyurdu: «Qədərdən danışanda susun»
439

Kim qədərin dərinliyinə dalmaq istərsə gedəcəyi yol xüsran və 
məhrumiyyətdir. Bu yolda xeyr əldə etməyib hidayətdən məhrum olar. 
Şişirdər və  həddi aşar. Çünki qədərin həqiqətini Allahdan başqa heç kəs 
bilməz.  İnsanlar nə  qədər düşünürlərsə düşünsünlər, qədərin həqiqətinə 
vara bilməzlər. Ancaq biz, Əhli Sünnə vəl Cəmaat Allah – subhənəhu və 
təalə – nin hər  şeyi bildiyinə, yazdığına iman edirik. Elmdə qüvvətli 
olanlar isə: «Biz onlara inandıq, onların hamsı Rəbbimiz tərəfindəndir» 
deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Ali İmran 7). Bu da 
qədərin başa düşülməsi üçün yuxarıda qeyd etdiyimiz dörd məsəlidir. 
Əksi təqdirdə insan qədərə inanmamış olur.  
 
QƏZA VƏ QƏDƏRƏ İMANIN FAYDALARI 
1. Razılıq, Yəqinlik Və Əvəz:  
«Allahın izni olmadıqca  (heç kəsə) heç bir müsibət üz verməz. Kim 
Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər və o, dünyada 
baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilir. Allah 
hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir. (ət-Təğabun 11). İbn Abbas 
- radıyallahu anhu – deyir ki, səbrli adamın qəlbini yəqinliyə yönəldir. O, 
bilir ki, məruz qaldığı müsibət təsadüfi deyildir. Bu Allahın qəza və 
qədəridir. 
2. Günahların Təmizlənməsi:  
Əbu Səid əl-Xudri və əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Mömini nə 
xəstəliyə, nə  əzab-əziyyətə, nə rahatsızlığa, nə  də  kədərə  məruz qalmaq 
maraqlandırır. Onu maraqlandıran Allahın bunlara səbr etdiyinə görə 
günahlarını  təmizləməidir»
440
.  «Sizə üz verən hər bir müsibət öz 
əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır». 
(əş-Şura 30).  
3. Böyük Əcr (Mükafatın) Verilməsi:  
«Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) 
və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Muhəmməd! Belə imtahanlara) 
səbr edən şəxslərə müjdə ver. O, kəslər ki, başlarına bir müsibət gəldiyi 
                                                 
439
  Təbərani «Məcmul Kəbir» 10/223-224, əbu Nuaym «Hilya» 4/108, əl-Lalekai «Şərhu Usuli 
Etiqad» 1/126, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1/46.  
440
 Buxari, Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə