Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə69/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   65   66   67   68   69   70   71   72   ...   79

 
142
isə  hər bir şeyin qədəri yazılmış kitabdır. Meydana gəlmiş, gələcək və 
qiyamət gününə  qədər olacaq hər  şey uca Allahın dərgahında Ummul 
Kitabda yazılmışdır. Buna həmçinin  əz-Zikr,  əl-Kitabul Mubin adları da 
verilmişdir. «Biz hər şeyi hesaba alıb İmami Mubində yazmışıq». (Yəsin 
12).  «Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, 
sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O, bilmədən 
heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi 
olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da 
ancaq kitabda (Lövhi-Məhfuzda) yazılmışdır. Həqiqətən bu Allah üçün 
çox asandır». (Fatir 11).  
Bu mərtəbə bir neçə yerə bölünür:  
1) Əzəli Qədər:  
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət 
yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) 
yazılmış olmasın. Bu Allah üçün çox asandır». (əl-Hədid 22). Abdullah 
b. Amr b. əl-As  - radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Allah məxluqatın (qəza və 
qədərini) göyləri və yeri yaratmamışdan  əlli min il əvvəl yazmışdır və 
onun ərşi suyun üzərindədir»
424
. Rəsulullah – sallallahu aleyhi və səlləm – 
buyurdu: «Heç şübhəsiz ki, Allahın yaratdığı ilk qələmdir». Ona: «Yaz» 
deyə buyurdu. Qələm: «Ya Rəbbim! Nə yazım» dedi. Allah: «Qiyamətin 
qopacağı vaxta qədər hər bir şeyin qədərini yaz» deyə buyurdu
425
.  
2) Ömürlük Qədər:  
«(Ey Peyğəmbər!)  Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının 
bellə-rindən  (gələcək)  nəsillərini çıxardıb onları özlərinə  (bir-birinə) 
şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» soruşmuş, onlar da: 
«Bəli, Rəbbimizsən!» deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) 
Qiyamət günü: «Biz bundan qafil idik». (əl-Əraf 172).  İshaq b. 
Rahuyenin rəvayət etdiyinə görə bir nəfər Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – dən Qəza və Qədər haqqında soruşur. Peyğəmbər – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Uca Allah Adəmin belindən zurruyətini 
çıxardıb onları özlərinə qarşı  şahit tutduqdan sonra ovcu ilə onları 
götürdü. Bunlar Cənnətlik, bunlar Cəhənnəmlikdir deyə buyurdu. Cənnət 
əhli olanlara Cənnət əhlinin əməli asantlaşdırıldı, Cəhənnəm əhli olanlara 
da Cəhənnəm  əhlinin  əməlləri asantlaşdırıldı»
426
.  İbn Abas - radıyallahu 
                                                 
424
 Müslim.  
425
 Tirmizi 4/457-458, Əbu Davud 4/225-226, Musnəd 5/317.  
426
  İbn Qeyyim «Şifaul Alil» s. 10, İbn Cərir «Təfsir»  Əhməd  Şakirin təhqiqi ilə 13/244-250, Əbu 
Davud 4/224. 


 
143
anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: 
«Allah Adəmin belindən Numanda (Ərafətdə)  əhd almışdır. Onun 
belindən yaradacağı bütün zurriyyətini çıxardaraq qarşısına qoymuşdur. 
Sonra onlarla danışaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» deyə 
buyurmişdu. Onlar da: «Bəli,  şahidlik edirik» demişlər
427
. Aişə  
radıyallahu anhə  –  rəvayət edir ki, Rəsulullah  – sallallahu aleyhi və 
səlləm –  Ənsarlardan balaca bir uşağın cənazəsinə çağrıldı. Mən: «Ya 
Rəsulullah! O, nə xoşbəxdir! O, Cənnət sərçələrindən bir sərçə quğudur. 
Pislik etmədi və pislik etmək yaşına da çatmadı» dedim. Peyğəmbər: «Sən 
bilmirsənki Allah Cənnət üçün bir əhali yaratdı ki, onlar atalarının 
bellərində ikən Allah onları  Cənnət üçün yaratmışdır. Allah Cəhənnəm 
üçün elə bir əhali yaratmışdır ki, onlar atalarının bellərində ikən Allah 
onları Cəhənnəm üçün yaratmışdır» deyə buyurdu
428
. Ömər - radıyallahu 
anhu – deyir ki, Qiyamət günü: «Bizim bundan xəbərimiz yoxdur 
deməyəsiniz deyə Allah Adəm oğullarının belindən zurriyətini çıxardıb və 
onları özlərinə  şahid tutmuşdur».  «Mən sizin Rəbbiniz deyiləmmi?» 
soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» deyə cavab vermişdilər». (əl-
Əraf 172)
429
.  
3) Qədr Gecəsində Yazılan İllik Qədər:  
«Hər bir hikmətli (yaxud dəyişilməsi mümkün olmayan) iş o gecə hökm 
(ayırd) olunur. Dərgəhımızdan bir buyuruq olaraq! (İl  ərzində birinin 
başına gələcək bütün işlər, dünyada baş verəcək bütün hadisələr, xeyr, 
şər,  əcəl, ruzi, xoşbəxtlik, bədbəxtlik və s. Lövhi-Məhfuzda həmən ilin 
məhz qədir gecəsi yazılır və müvəkkil mələklərə bildirilir. Bu yazıya pozu 
yoxdur)  Həqiqətən Peyğəmbərləri biz göndəririk».  (əd-Duxan 4).  İbn 
Abbas  - radıyallahu anhu – deyir ki, Qədr gecəsində ana kitabdan bir il 
boyunca meydana gələcək ölüm, həyat, ruzi, yağış  və  hətta həcc edilən 
belə yazılır. Filan kişi həcc etdi, filan kişi həcc etdi.  
4) Günlük Qədər:  
«Göylərdə  və yerdə kim varsa, hamısı ondan (ruzi, mərhəmət və 
mədəd) diləyir. O, hər gün (hər an) bir işdədir.  (Birini öldürər, birini 
dirildər, zalimə zülm edər, acizə kömək, birinin duasını qəbul edər, birinə 
mərhəmət  əta edər, digərinə  cəza verər. Bir işlə  məşğul olmaq onu 
digərindən yayındırmaz). (ər-Rəhman 29). İbn Abbas - radıyallahu anhu– 
deyir ki, şübhəsiz Allahın yaratdıqları içərisində ağ incidən Lövhi-Məhfuz 
                                                 
427
  İmam  Əhməd «Musnəd» 1/172, İbn  Əbi Asim «əs-Sünnə» 202, İbn Cərir «Təfsir»,  əl-Albani 
«Səhih Hədislər Silsiləsi» 1623. 
428
 Buxari, Müslim.  
429
 Muvatta 3/92, Yirmizi 5/266, Əbu Davud 4/227, Musnəd 1/44-45. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə