Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə67/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

 
138
sonra Allah buyurur: «Mələklər şəfaət etdilər, Peyğəmbərlər şəfaət etdilər
möminlər  şəfaət etdilər.  Şəfaət etməyən bir Ərhamur-Rahimin  qaldı. 
Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyr 
işləməyib cəhənnəmdə kömürə dönmüş bir çox kimsələri çıxarır. Cənnətin 
yolları üzərində olan «Həyat Çayı» adı verilən bir çaya salınırlar. Onlar 
selin gətirdiyi yabanı reyhan toxumları kimi çıxırlar. Görmürsünüz ki, 
yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi) 
necə olur. Günəşə doğru olanı sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə 
açıq olur. (Başqa rəvayətdə «Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, 
Cənnət sularından tökün!» deyiləcəkdir). Cənnət əhalisi onları tanıyır. Heç 
bir yaxşılıq etməmiş, xeyr əməllər işləməmiş halda Allahın Cənnətə 
saldığı  kəslər bunlardır. Allah buyurur: «Cənnətə girin! Gözünüzün görə 
bildiyi hər nə varsa sizindir». Onlar: «Ey Rəbbimiz! Sən aləmlərdə heç 
kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl bir 
şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!» Allah buyurur: 
«Mənim rizam! Artıq bundan sonra sizə  əbədiyyən qəzəb 
etməyəcəyəm»
414

7. Peyğəmbər  - sallallahu aleyhi və  səlləm –  Cənnətə girən bir qrup 
insanların  əməllərinin mükafatı olaraq Cənnətdə  dərəcələrinin artırılması 
üçün ediləcək şəfaət. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət etdi ki, 
Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Şəfaətim ümmətim 
arasında böyük günah etmiş kimsələrə olacaqdır»
415
. Osman – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
«Qiyamət günü üç sinif insan şəfaət edəcəkdir: «Peyğəmbərlər, alimlər, 
şəhidlər və möminlər»
416
.  
Bütün bu şəfaətlərdən başqa Qiyamət günü qulun tutduğu oruc, oxuduğu 
Quran da şəfaət edəcəkdir. Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Oruc və Quran Qiyamət günü qula şəfaət edəcəkdir»
417
.  Əbu 
Umamə – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər  - sallallahu 
aleyhi və səlləm – buyurdu: «Quranı öyrənin, çünki o, qiyamət günü əhli 
üçün  şəfaətçi olacaqdır»
418
.  ən-Nəvvas b. Səman – radıyallahu anhu – 
rəvayət etdi ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamət günü Quran və ona əməl edənlər gətiriləcək. İrəlidə  əl-Bəqərə 
və Ali-İmran surələri gedəcəklər. Oxuyub əməl edənlərə  şəfaət 
                                                 
414
 Müslim.  
415
 İmam Əhməd «Musnəd» 3/213. 
416
 Heysəmi «Məcmuu Zəvaid» 10/381.  
417
 əl-Albani «Səhih Hədislər Silsiləsi» 3882.  
418
 Müslim.  


 
139
edəcəklər»
419
.  Əli – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  
sallallahu aleyhi və  səlləm – buyurdu: «Kim Quran oxuyar, onu 
əzbərləyər, halal saydığını qəbul edər, haram etfdiyi şeyi də haram edərsə 
Allah o, kimsəni Cənnətə salar. Ayrıca Cəhənnəmə girmələri əmr edilmiş 
ailəsindən on kimsəyə şəfaətçi olar»
420

Qiyamət günü baş verəcək hadisələrdən sonra Cənnətliklər Cənnətdə, 
Cəhənnəmliklər də  Cəhənnəmdə  qərar tutduqdan sonra: Əbu Səid – 
radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm – buyurdu: «Qiyamət günü (Cənnət əhli Cənnətə, Cəhənnəmliklər 
də Cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun surətində gətirilir. 
Cənnət ilə  Cəhənnəm arasında dayandırılır və: «Ey Cənnət  əhli! Sizlər 
bunu tanıyırsınızmı?» deyilir. Cənətliklər dərhal boyunlarını uzadıb 
başlarını ona doğru qaldırırlar və ona (qoyuna) baxırlar; «Bəli, tanıyırıq! 
Bu ölümdür» deyirlər. Sonra: «Ey Cəhənnəm  əhli! Sizlər bunu 
tanıyırsınız?» deyilir. Onlar da başlarını qaldıraraq baxırlar və: «Bəli, 
tanıyırıq! Bu ölümdür» deyirlər. Bundan sonra qoyunun kəsilməsini əmr 
edirlər və  dərhal qoyun kəsilir. Sonra: «Ey Cənnət  əhli! Cənnətdə  əbədi 
yaşayacaqsınız, artıq sizə ölüm yoxdur! və ey Cəhənnəm  əhli! Sizlər də 
Cəhənnəmdə  əbədisiniz, artıq ölüm yoxdur!» deyilir. Bundan sonra 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – bu ayəni oxudu: (Ya 
Muhəmməd!)  Qəflətdə olanları  və iman gətirməyənləri işin bitmiş 
olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə Cəhənnəmə 
girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, 
lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə 
qorxut! (O, gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız 
biz varis olacağıq. Onlar bizim hüzurumuza qaytarılacaqlar». (Məryəm 
39-40)
421
  
 
QƏZA VƏ QƏDƏRƏ İMAN 
Əhli Sünnə  vəl Cəmaat hər xeyr və  şərrin Allahın Qəza və  Qədəri ilə 
meydana gəldiyinə, Allahın dilədiyi hər  şeyi etdiyinə  kəsin olaraq 
inanırlar. Hər  şey onun iradəsi ilədir. Heç bir şey onun istəməsindən 
kənara çıxa bilməz. O, olmuş və olacaq hər şeyi olmazdan əvvəl əzəldən 
bəri bilir. Onun elmi külli və cüzi olan hər bir şeyi əhatə edir. «(Rəbbin) 
onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə onu əhatə edib 
qavraya bilməz».  (Ta ha 110). «Göylərdə  və yerdə  zərrə  qədər bir şey 
                                                 
419
 Müslim.  
420
 Tirmizi 2907. 
421
 Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə