Microsoft Word Aqida Kitabi doc


ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə68/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   64   65   66   67   68   69   70   71   ...   79

 
140
ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, 
açıq-aydın kitabda olmasın».  (Səba 3). «Şübhəsiz ki, biz hər  şeyi 
müəyyən ölçüdə  (lazım olduğu qədər) ilə yaratdıq».  (əl-Qəmər 49). 
«Allahın izni olmadıqca  (heç kəsə) heç bir müsibət üz verməz. Kim 
Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər və o, 
dünyada baş verən hər  şeyin Allahın  əzəli hökmü və izni ilə olduğunu 
bilər. Allah hər şeyi biləndir». (ət-Təğabun 11).  
Xeyr və Şərrin hər iksi də qədərdədir. Hər şey bir qədər, ölçü, zaman ilə 
yaradılmışdır. Hər yaradılan şeyin bir qədəri vardır. «O, Allah ki, göylərin 
və yerin hökmü onundur. O (özünə) heç bir övlad götürməmiş-dir. 
Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun üçün 
nə olacağını) əvvəlcədən müəyyən etmişdir». (əl-Furqan 2).  
Əhli Sünnə  vəl Cəmaat deyirlər ki, qədərə iman ancaq dörd xüsus ilə 
tamamlanır. Bunlara da qədərin mərtəbələri və ya əsasları adı verilir. Bu 
xüsuslar qədər məsələsini başa düşməyin yoludur. Qədərə iman isə, bütün 
bu  əsasları geçəkləşdirmədikcə tamam olmaz. Çünki bunların bir qismi 
digərinə bağlıdır. Bunların hamısını qəbul edən bir kimsənin qədərə imanı 
tamamlanır. Bunların birinə  və ya digərinə inanmayan bir kimsənin 
imanında sarsıntılar meydana gəlir.  «(Ya Rəsulum!)  Məgər bilmirsənmi 
ki, Allah göydə  və yerdə  nə varsa, hamsını bilir? Həqiqətən bu (lövhi-
məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır». (əl-
Həcc 70).  
1. Uca Allah olmuş, olacaq hər bir şeyi təfsilatı ilə və incəliyinə qədər 
bildiyinə iman etmək. O, qullarının nələr etdiyini onları yaratmamışdan 
əvvəl bildiyi kimi, onların ruzilərini, əcəllərini, sözlərini, əməllərini, bütün 
hərəkətlərini, gizlətdiklərini, üzə vurduqlarını, kimilərin Cənnət  əhli, 
kimilərinin də  Cəhənnəm  əhli olduğunu, kimilərinin xoşbəxt və ya 
bədbəxt olduğunu da əzəldən bəri bilir. İmran b. Hüseyn - radıyallahu 
anhu –  rəvayət edir ki: «Bir nəfər Ya Rəsulullah! Cənnət  əhli atəş 
əhlindən (ayırd edilib) bilindi mi?» deyə soruşdu. Peyğəmbər: «Bəli, 
(ayırd edilib bilinmişdir) deyə buyurdu. Həmən  şəxs: «Elə isə (yəni 
Cənnətlik, Cəhənnəmlik  əzəldən bəri bəlli olduğu halda) çalışıb  əməl 
edənlər nəyə  əməl edirlər?» dedi. Peyğəmbər: «Hər kəs nə üçün 
yaradılmışsa onun yolları onun üçün asantlaşdırılacaqdır» deyə 
buyurdu
422
. Hər bir kəs onun təyin etdiyi əcəl ilə dünyasını dəyişəcəkdir. 
Allahın təyin etdiyi əcəli isə keçə bilən və ya ondan geri qala bilən heç bir 
şey yoxdur. «Hər bir ümmətin  (əzəldən müəyyən edilmiş)  əcəl vaxtı 
                                                 
422
 Buxari, Müslim.  


 
141
vardır. Onların  əcəli gəlib çatdıqda bircə saat belə  nə yubanır, nə  də 
tələsərlər». (əl-Əraf 34).  
Allah hər bir şeyi yaratmazdan əvvəl bildiyi kimi, hal-hazırda da hər 
şeyi bilməkdədir.  «Qeybin açarları Allahın yanındadır. Onları ancaq 
Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq 
yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir şey yoxdur 
ki, məhz açıq-aydın kitabda olmasın». (əl-Ənam 59). «O, özündən başqa 
heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimli və 
mərhəmətlidir». (əl-Həşr 22).  
O, iman əhlini, şirk və küfr əhlini, salehləri, talihləri (saleh olmayanları) 
hər şeyi yaratmazdan əvvəl bilirdi. «Həqiqətən sənin Rəbbin öz yolundan 
çıxanları da, doğru yolda olanları da ən gözəl tanıyandır». (Nun 7).  
Hansı gün, vaxt və harada onların başına nə  gələcəyini də bilir. 
Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz. «…Heç kəs səhər nə 
əldə edəcəyini (savab və ya günah qazanacağını), heç kəs harda öləcəyini 
bilməz. Allah isə  şübhəsiz ki, (hər  şeyi) biləndir və  (hər  şeydən) 
xəbərdardır». (Loğman 34).  
Əli - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Sizdən heç bir kimsə  və yaradılmışlardan heç bir 
nəfs müstəsna olmaq üzərə  şübhəsiz ki, Cənnətdəki və  Cəhənnəmdəki 
yerini Allah yazmış (təqdir və  təyin) etmişdir. Hər kəsin xoşbəxt və ya 
bədbəxt olduğu  şübhəsiz ki, yazılmışdır». Səhabələrdən biri: «Ya 
Rəsulallah! O, halda nə üçün əməl edib çalışırıq? Hər şey bilindiyi halda 
(əməlin faydası  nədir?) dedi. Peyğəmbər: «Xoşbəxt olanlardan olan 
kimsə, xoşbəxt kimsələrin  əməli ilə  əməl edəcəkdir. Bədbəxt olanlar da, 
bədbəxt olan kimsələrin  əməli ilə  əməl edəcəkdir. Xeyr, siz o bilinmiş 
olan yazıya görə dayanmayın,  əməl edib çalışın. Çünki hər kəs nə üçün 
yaradılıbsa o da onun üçün asantlaşdırılacaqdır. Xoşbəxt olan kimsələrə
xoşbəxt kimsələrin  əməllərini etmək asantlaşdırılacaqdır. Bədbəxt olan 
kimsələrə  də, bədbəxt olan kimsələrin  əməlini etmək asantlaşdırılacaq-
dır». Sonra bu ayəni oxudu: «Kim  (malını Allah yolunda) versə, 
(Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə biz ona Cənnəti müyəssər 
edəcəyik. Amma kim (malını Allah yolunda xərcləməyə)  xəsislik etsə, 
(mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və  ən gözəl 
sözü yalan saysa biz onu Cəhənnəm üçün hazırlaycağıq».  (əl-Leyl 5-
10)
423
.  
2. Bu da Uca Allahın məxluqatın qədəri ilə  əlaqədər olaraq əzəldən 
bildiyini Lövhi-Məhfuzda yazmış olduğuna iman etməkdir. Lövhi-Məhfuz 
                                                 
423
 Buxari, Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə