Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə76/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   71   72   73   74   75   76   77   78   79

 
156
14).  İbn Teymiyyə  – rahmətullahi aleyhi – deyir ki: «Bu ayə  İmam 
Əhməd  – rahmətullahi aleyhi – və s. İslamda deyil, imanda istisna 
edilməsinin və böyük günah edənlərin iman mərtəbəsindən çıxıb islam 
mərtəbəsinə girdiklərinə dair sürdükləri dəlillərdəndir». əl-Meymuni dedi 
ki: «İmam Əhməddən - Mən İnşəallah Möminəm – sözü haqqında fikrin 
nədir». O: «İnşəallah möminəm deyirəm. Müsəlman deyərkən istisna 
etmərəm. Mən: «Sən, islam və iman arasında ayrım edirsən?» dedim. O: 
«Bəli» dedi. Mən: «Hansı  dəlilə  əsasən» dedim. O: «Bədəvilər biz iman 
etdik» dedilər. De ki: «Siz iman etmədiniz, müsəlman olduz deyin»
451
.  
 
İMANDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN 
MÖMİNƏM» DEMƏK 
Əhli Sünnə  vəl Cəmaat imanda istisna etmək – yəni «İnşəallah, mən 
möminəm» deməyin və özləri haqqında yəqin olaraq «Mən möminəm» 
deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə iman 
etmələrinə görədir. Çünki heç kəs yəqin olaraq deyə bilməz ki, «mən 
möminəm». Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk 
etməyi əhatə edir. İnsan bütün bunları etdikdə də yəqin olaraq bu kəlməni 
söyləməz.  Əgər belə etsə onda özünü tərif etmiş, təmizə  çıxarmış  və 
özünü Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli 
sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün 
Cənnət  əhlindən olduğunu da irəli sürməlidir. Bu isə mümkün deyildir. 
«Özünüzü təmizə  çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən 
çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32).  
İstisna Etmək – «İnşəallah, mən möminəm» demək haqqında üç rəy 
vardır. Kimisi bunun vacib olduğunu, kimisi bunun haram olduğunu, 
kimisi də bu məsələdə orta yolu tuturlar.  
Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən 
ibarət deyildir. İman qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün 
mömin olduğunda da heç bir şəkk-şübhə etməməlidir. Onlara görə şahadət 
kəlməsini söylədiyimi bildiyim kimi, mömin olduğumu da bilirəm. 
Onların «Mən möminəm» deməyi, «Mən müsəlmanam» deməyi kimidir 
                                                 
451
 Məcmuu Fətava 7/253 – İman məxluqdur, yoxsa məxluq deyildir? Məsələsi haqqında: «Bu məsələ 
bidətçilərin və hava əhlinin çıxardığı  Xalqul-Quran (Quran yaradılması) məsələsindən törənmişdir. 
Əhli Sünnə Quran Allahın kəlamı olduğuna, məxluq olmadığı görüşündə ittifaq etmişlər. Onun 
kəlamının sonu yoxdur. İman ilə Lə İləhə İlləllah – sözü kimi Allahın sifətindən və kəlamından bir 
şey qəsd edilirsə iman məxluq deyildir. İman ilə qulların  əməllərindən və sifətlərindən bir şey qəsd 
edilirsə onda bütün qulları  məxluqdur və onların bütün əməlləri də sifətləri də  məxluqdur Məcmuu 
Fətava 6/313, 7/652, 8/422. 


 
157
və bu məsələdə  «İnşəallah, mən möminəm» deyənlərə  də  Şəkkak  – 
şübhəçi adını verirlər.  
İmam  Əbu Hənifə  – rahmətullahi aleyhi – də imanda inşəallah, mən 
möminəm deməyin haram olduğu fikrindədir. O, deyir: «Mömin yəni 
inanan kimsə  həqiqətən mömindir, kafir də  həqiqətən kafirdir. Küfrdə 
şübhə olmadığı kimi imanda da şübhə yoxdur». Allah buyurur: «Onlar 
həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən kafirdilər». 
(ən-Nisa 151). Muhəmməd  - sallallahu aleyhi və  səlləm – in ümmətinin 
günahkar olan kimsələrinin hamısı  həqiqətən mömin olub, kafir 
deyillər»
452
.  İmam  Əbu Hənifə  – rahmətullahi aleyhi –, Harisi və 
Haskəfinin rəvayətinə görə belə demişdir: «Alqamə ilə birlikdə Ata b. Əbi 
Rəbahın yanında idik». Alkamə ona: «Ey Əbu Muhəmməd! Ölkəmizdə 
imanlarını özlərinə nisbət etməyə  və  mən möminəm deməyi xoş 
qarşılamayan bir qrup vardır» dedi. Ata b. Əbi Rəbah: «Onlara nə olur ki, 
bunu söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alkamə sözünə davam 
edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə özümüzü Cənnət 
əhlindən olduğumuzu da qeyd edirik». Ata onlara: «Allah! Allah! Bu 
şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın onlara verdiyi ən 
böyük nemət olan İslamı  tərk etməyə  və bu xüsuslarda Peyğəmbər  
sallallahu aleyhi və  səlləm –  ə müxalif olmalarını  vəsvəsə edir. Mən 
səhabələrin və eyni zamanda da Peyğəmbər - sallallahu aleyhi və səlləm – 
in də bunu etdiyinin şahidi olmuşam»
453
.  
Digər bir qrup isə hər bir şeydə istisna etməyə başladılar və bu məsələdə 
həddi aşmışlar. Məs: Onlar etdikləri bütün saleh əməllərdə  də istisna 
etməyə başladılar. «İnşəallah mən namaz qıldım, inşəallah oruc tutdum» 
və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər  şeydə 
istisna etməyə başladılar. «İnşəallah bu paltardır, inşəallah bu 
ayaqqabıdır» və s. 
Lakin  ən gözəl mövqe isə  Sələfin mövqeyidir. Allah Qurani Kərimdə 
yəqin olaraq baş verən bəzi işləri Allahın diləməsinə bağlayaraq ifadə 
edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs: «And olsun ki, Allah 
öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey 
möminlər!) Siz, inşəallah  əmin-amanlıq içində,  (bəziniz) başınızı 
qırxdırmış,  (bəziniz) saçınızı  qısaltmış halda və  (müşriklərdən) 
qorxmadan Məscidulhərama daxil olacaqsınız».  (əl-Fəth 27). O, 
yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına  (on üç yaşında) 
çatdıqda  (İbrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban 
                                                 
452
 əl-Vəsiyyə s.87, əl-Fikhul Əbsat s. 41,43,52.  
453
 Xarizmi «Cəmiul Məsanid» 1/182, Aliyyul Kari – şərhu musnədi Əbu Hənifə s.378.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə