Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə77/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   71   72   73   74   75   76   77   78   79

 
158
kəsirəm. Bax gör (bu barədə)  nə fikirləşirsən! O, dedi: «Atacan! Sənə 
nə  əmr olunursa, onu da et. İnşəallah mənim səbrlilərdən olduğumu 
görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah 
edəcəyəm! demə. Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-Kəhf 23-24). 
(Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına 
basıb: «İnşəallah  əmin-amanlıqla Misirə daxil olun» dedi. (Yusif 99). 
Aişə – radıyallahu anhə – rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi 
və  səlləm – gecənin sonunda Bəqi qəbrsanlığına girər və deyərdi: «Ey 
möminlər topluluğunun yurdu! Salam üzərinizə olsun. Sizə vəd olunmuş 
(ölüm) gəlmişdir.  İnşəallah biz də sizə qovuşacağıq. Allahım! Bəqi 
qəbrsanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər  
sallallahu aleyhi və səlləm – buyurdu: «Ey möminlərin və müsəlmanların 
yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun! İnşəallah biz də sizə 
qovuşacağıq!» 
454
.  Əbu Hureyrə – radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Hər Peyğəmbərin 
qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını etmişdir. Lakin mən 
duamı Qiyamət günündə ümmətimə  şəfaət etmək üçün saxladım. Artıq 
ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah 
bu  şəfaətə nail olacaqlar»
455
.  Əbu Hureyrə – radıyallahu anhu –  rəvayət 
edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b. 
Davud (Allahın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz bu gecə 
yetmiş (Bəzi rəvayətlərdə  90, bəzilərində  99, bəzilərində  100) zövcəmi 
(xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda 
vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona: 
«İnşəallah de!» dedi. Lakin o, İnşəallah deməyi unutdu. Bunundan sonra 
o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O, da xəstə olan bir uşaq 
doğdu». Sonra Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Nəfsim əlində olan Allaha and olsun ki, əgər İnşəallah demiş olsaydı hər 
biri Allah yolunda vuruşacaq süvarilər doğardılar (Başqa rəvayətdə: Əgər 
İnşəallah demiş olsaydı  vədini yerinə yetirmiş olardı  və öz istəyinin 
yerinə yetməsi üçün daha çox ümüdü olardı)»
456
.  
Səhabələrdən gələn rəvayətlərdə:  Əbul-Vahterinin (Səid b. Feyruz) 
rəvayətinə görə  Əli – radıyallahu anhu – demişdir: «Bir kimsənin mən 
möminən deməsi bidətdir»
457
.  İbn Məsud – radıyallahu anhu – deyir: 
«Hər kim mömin olduğuna dair şahitlik edərsə, özünün Cənnətdə 
                                                 
454
 Müslim, İmam Əhməd 6/71,111,180, Nəsəi 4/93,94, İbn Məcə 1546, əl-Albani «Əhkəmul-Cənaiz» 
s. 239, «İrvəul Ğəlil» 3/236. 
455
 Buxari, Müslim.  
456
 Buxari 5242, Müslim 1654, Nəsəi 7/30,31, İmam Əhməd 2/229,275,506, Tirmizi 1532.  
457
 Abdullah b. Əhməd «əs-Sünnə» 643, əl-Laləkai 1778. 


 
159
olduğuna da şahidlik etsin»
458
. Bir nəfər İbn Məsud – radıyallahu anhu – 
nun yanında şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda 
mən Cənnətliyəm də de!» dedi. Sonra İbn Məsud – radıyallahu anhu – o, 
adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə 
inanırıq»
459
. Bir nəfər  İbn Məsud – radıyallahu anhu – nun yanında 
şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu Abdurrahmən! Bu adam 
mömin olduğunu iddia edir». İbn Məsud – radıyallahu anhu – onların bu 
sözlərinə: «Ondan bir soruşun görün o, Cənnətlikdir yoxsa 
Cəhənnəmlik?» Onlar həmin  şəxsdən bunu soruşurlar. Adam da onlara: 
«Allah  ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud – 
radıyallahu anhu – ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik 
olduğunu) Allaha həvalə etdiyin kimi birincisini də Allaha həvalə 
etsəydin?» dedi»
460
.  İmam  Əhməd  – rahmətullahi aleyhi – ə imana dair 
sual verildikdə o: «İman - söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. 
Bu dəfə ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir 
bidətdir!» deyə cavab vermişdir. Bu səfər ona: «Yaxşı, beləsinə necə 
cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» deyilir, deyə cavab 
vermişdir. Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – qəbr  əhlini ziyarət 
etdikdə buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna 
etdi. O, isə  yəqin olaraq öləcəyini bildiyi halda istisna etdi»
461
. Vəlid b. 
Müslim: «Əvzai, Məlik b. Ənəs və  Səid b. AbdulƏzizin kişinin mən 
möminəm deməsini inkar etdiklərini, inşəallah mən möminəm deməsinə 
isə izn verdiklərini eşitdim»
462
.  İmam Beyhəqi  – rahmətullahi aleyhi – 
deyir ki: «Bunu – imanda istisna etməyi – səhabədən bir qrupdan
tabiinlərdən və  sələfi salihdən rəvayət etdik»
463
.  İbrahim  ən-Nəhai  – 
rahmətullahi aleyhi – deyir ki: «Bir kimsənin bir nəfərə – Sən möminsən 
– deyə soruşması bidətdir»
464
. Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – 
deyir ki: «Bir kimsəyə  sən möminsən deyə soruşulduğu zaman istəyirsə 
cavab verməsin və belə desin: «Sənin mənə belə bir sual verməyin 
bidətdir, mən imanımdan  şübhə etmirəm.  İman artar və  əskilər. Mən 
möminəm inşallah deyəni isə  tənqid etmə»
465
.  İmam  əl-Acurri  – 
rahmətullahi aleyhi – deyir ki: «Sözünü etdiyimiz elm adamlarından 
                                                 
458
 Abdullah b. Əhməd «əs-Sünnə» 711,721, əl-Laləkai 1779. 
459
 Əbu Ubeyd «İman» 11, Abdullah b. Əhməd «əs-Sünnə» 655,668, Təbərani «əl-Kəbr» 9/8792, əl-
Laləkai 1780.  
460
 əl-Albani – Əbu Ubeydin «İman» kitabında səhih olduğunu qeyd edir. S. 67.  
461
 əl-Laləkai «əs-Sunnə» 1798. 
462
 Abdullah b. Əhməd «əs-Sünnə» 687,744.  
463
 Beyhəqi «Şuabul İman» 1/212. 
464
 İbn Batta «əl-İbanə» 2/880 (1212).  
465
 İbn Batta «əl-İbanə» 2/881 (1213). 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə