Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə70/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   66   67   68   69   70   71   72   73   ...   79

 
144
da vardır. Onun hər iki qapağı  qırmızı bir yaqutdandır. Qələmi nurdur
yazısı da nurdur. Hər gün ona üç yüz altımış dəfə baxar. Bu baxışların hər 
birində yaradır, ruzi verir, həyat verir, öldürür, rəhm edər, zəlil edər və hər 
nə diləyərsə onu da edər və bu ayəni oxudu: «O, hər gün (hər an) bir 
işdədir». (ər-Rəhman 29)
430
.  
3.  Yəni bu kainatda meydana gələn hər bir şey rəhmət və hikmətlə 
Allahın iradəsi və qüdrəti ilə meydana gəlir. Kainatda Allahın diləməsi 
olmadan heç bir şey vücuda gəlməz. O, dilədiyini rəhməti ilə hidayətə 
yönəldir, dilədiyini hikməti ilə sapdırır. «Allah iman gətirənləri dünyada 
da, axirətdə  də möhkəm bir sözlə  (şəhadətlə) sabitqədəm edər. Allah 
zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edəndir». (İbrahim 27). 
«Əgər Allah istəsəydi sizi (eyni dində olan) tək bir ümmət edərdi. Allah 
dilədiyini yoldan çıxardar, dilədiyini isə doğru yola salar. Sözsüz ki, 
etdiyiniz  əməllərə görə sorğu-sual olunacaqsınız».  (ən-Nəhl 93). 
«Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur». 
(əl-Qəsəs 68). «Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz 
yola yönəldər».  (əl-Ənam 39). «(Ya Məhəmməd!)  Şübhəsiz ki, sən 
istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru 
yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o, bilir». (əl-Qəsəs 56).  
Dilədiyi hər bir şey qaçınılmaz olaraq onun qüdrəti ilə olur. Olmaması 
mümkün deyildir. Olmasını diləmədiyi isə olmaz. «Bir  şeyi yaratmaq 
istədiyi zaman Allahın buyurduğu ona ancaq: «Ol!» deməkdir. O, da 
dərhal olar». (Yasin 82).  
O, qulları üçün nəyi dilərsə o, da olur. Nəyi də diləməzsə, insanların 
hamsı bunun olmasını diləsələr də belə onun olması mümkün deyildir. 
«Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs 
qurtara bilməz. Əgər Allah sənə bir xeyr diləsə, heç kəs onun nemətinə 
maneçilik edə bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, 
bağışlayan və rəhm edəndir». (Yunus 107). «(Ey insanlar! Onu da bilin 
ki)  Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. Həqiqətən Allah (hər 
şeyi) biləndir, hikmət sahibidir». (Dəhr 30). «Eləcə də sizdən doğru-düz 
(yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan 
Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz».  (ət-Təkvir 28-29).  İbn 
Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi 
və  səlləm –  mənə bir neçə  nəsihət verərək buyurdu: «...Bunu da bil ki, 
əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə  yığışsalar Allahın 
yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər 
sənə  zərər vermək üçün bir yerə  yığışsalar yenə  də Allahın yazdığından 
                                                 
430
 əl-Həkim «Mustədrək» 2/519. 


 
145
artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələr (in 
mürəkkəbi) qurumuşdur»
431
.  «Allahın insanlara əta etdiyi mərhəmətə 
(verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir 
şeyi də özündən başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət və 
hikmət sahibidir». (Fatir 2). «O, istədiyini edəndir».  (əl-Buruc 16). 
Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 
– sallallahu aleyhi və  səlləm – buyurdu: «Adəm oğullarını  qəlbləri 
Rəhmanın barmaqlarından iki barmağı arasında bir tək qəlb kimidir. 
Rəhman onları dilədiyi (istədiyi) yerə çevirib döndərir»
432
. Rəsulullah  
sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah istədiyi vaxt ruhlarmızı 
aldı  və istədiyi vaxt onları geri qaytardı»
433
. Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «...Allah istəsə  və filan kişi istəsə deməyin. 
Yalnız Allah istəsə deyin»
434
. O, etdiyi heç bir şeydən soruşulmaz, 
yaratdıqları isə soruşulurlar. Heç bir şey onun istədiyindən kənara çıxa 
bilməz.  «Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz. Onlar 
(bütün bəndələr) isə sorğu-sual ediləcəklər».  (əl-Ənbiya 23). «…Əgər 
Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara 
göndərilən aşkar dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət 
(bununla belə yenə də) ixtilafa düşdülər. Onlardan bəziləri Allaha iman 
gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-
birləri ilə vuruşmazdılar. Lakin Allah öz istədiyini edəndir». (əl-Bəqərə 
253).  «Anaların bətnində sizə istədiyi surəti verən odur. O, qüdrət və 
hikmət sahibindən başqa heç bir ilah yoxdur». (Ali İmran 6). «Beləcə biz 
hər bir Peyğəmbər üçün insan və cin şeytanlardan düşmənlər yaratdıq. 
Onlar aldatmaq məqsədilə bir-birinə təmtərqlı sözlər təlqin edərlər. Əgər 
Rəbbin istəsəydi onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla 
boşla getsin». (əl-Ənam 112).  
4. Uca Allah hər  şeyin yaradıcısı olduğuna, göylərdə  və yerdə onlar 
arasında olan hər  şeyi onun yaratdığına inanmaqdır. Ondan başqa bir 
yaradıcı, ondan başqa Rəbb yoxdur. Ondan başqa hər nə varsa 
yaradılmışdır. O, əməldə olan hər kəsi və onun əməlini, hərəkət edən hər 
bir varlığı  və  hərəkətini yaradandır.  «Halbuki sizi də, sizin düzəltdik-
lərinizi də Allah yaratmışdır». (əs-Saffat 96). «And olsun nəfsi (insanı və 
ya insan nəfsini) yaradana». (əş-Şəms 7). «Sizi (yoxdan) yaradan, sonra 
sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildən məhz 
                                                 
431
 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis. 
432
 Müslim.  
433
 Buxari, Müslim.  
434
 Əbu Davud 4/295, Musnəd 5/384,394,398.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə