99
gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən:
«
Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!»
dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra)
bir gölün
yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki,
Peyğəmbər – sallallahu
aleyhi və səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu).
Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında
bir topa daş ilə
dayanıb. Üzən adam üzə bacardığı qədər üzdükdən sonra yanında daş
topası olan adamın yanına gəlib ağzını açar. O, da daşları onun ağzına
atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o, da daşları
onun ağzına atardı. Mən: «
Subhənəllah! Bunlar kimlərdir?» dedim.
Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir
müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən
gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında
fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!»
dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ
çiçəyin olduğu, sıx və uzun ağaçlarla dolu bir baxçaya çatdıq. Baxçanın
ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir
adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çox
uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar: «Gedək!
Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra)
böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl
bundan daha böyük və
gözəl ağac görməmişdin. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o, ağaca
qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş
kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş
etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar.
Vücudlarının yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə
gördüklərinin ən çirkini qədər çirkin idi. Mənimlə gələnlər: «Gedin, o,
çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki,
bu şəhərin
ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza
gəldilər. Çirkinlik onlardan getmiş və ən gözəl bir hala gəlmişlər.
Mənimlə gələnlər mənə: «Bura
Cənnətul Adndır (Ədn Cənnəti). Bu da
sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud
kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də:
«
Bərəkəllahu Fikə – Allah səni mübarək etsin! Mənə icazə verin ora
girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən»
dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm
şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.
İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin
onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına
100
yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır. Ağzı,
burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-
çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı).
Bu da onun Qiyamətə
qədər görəcəyi əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə
zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi
əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər
görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin
gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim
–
əlehissəlam – dır. Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır.
(Başqa rəvayətdə – Fitrət üzrə doğulan uşaqlardır). Səhabələr: «Ya
Rəsulullah! Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli, müşriklərin uşaqları da»
325
.
Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər
ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir. Allah isə onları
bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə
şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail
– əleyhimussəllam – dır.
Başqa rəvayətdə - Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir
də nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu
sənin evindir» dedilər. Mən: «Buraxın ora girim» dedim. Onlar: «Sənin
ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən»
dedilər
326
. Aişə
- radıyallahu anhə – deyir ki,
mən bundan sonra
325
Ölmüş körpə uşaqlar haqqında bir cox rəylər var.
1) Onlar Allahın istəyi altındadırlar.
2) Onlar
hamısı Cənnətlikdirlər
. 3) Ataları haraya düşəcəksə onlar da oraya düşəcəklər. Valideyinlərinə tabe
olurlar. Valideyinlərindən biri Cənnətə girərsə Cənnətə, Cəhənnəmə girərsə Cəhənnəmə girərlər. Aişə
- radıyallahu anhə – deyir ki, peyğəmbər
– sallallahu aleyhi və səlləm – dən: “Müşriklərin
kiçik ikən
ölən uşaqlarının axirətdə halı necə olacaqdır?”. O: “Atalarına tabe olurlar”. Heç bir əməl etmədən
necə atalarına tabe olurlar. O: “Onların nə əməl etdiklərini Allah bilir” deyə buyurdu. Əbu Davud.
4)
Torpağa çevriləcəklər.
5) Cənnət ilə Cəhənnəm arasında bir yerdə olacaqlar.
6) Müşriklərin uşaqları
Cənnət əhlinə xidmət edəcəkdir. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: “Rəbbimdən
kiçik ikən ölən müşrik uşaqlarının Cənnətdə möminlərə xidmət etmələrini istədim. Rəbbim də qəbul
etdi”. Həkim, Tirmizi.
7) Bu məsələni araşdıranda susmaq lazımdır.
8) Araşdırmamış susmaq
lazımdır.
9) Hamısı Cəhənnəmdədir.
10) Allah onları imtanhan edəcəkdir. Ən doğru olanı
1-ci və
10-
cu rəylərdir. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «Hər doğulan təbiətinə görə (fitrət üzərə) doğular. Sonradan ata-anası onu
Yəhudiləşdirər, Xristianlaşdırar, Atəşpərəstləşdirər. Həqiqətən heyvalarda
dünyaya sağ-salamat
gəlirlər. Məgər sən onların içərisində kəsik qulaqlı doğulan görmüsən
. «(Ya Muhəmməd! Ümmətinlə
birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf
tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəruiyyəti
bilməz». (ər-Rum 30) (Başqa rəvayətdə: Bir nəfər: «Ya Rəsulullah! Əgər uşaq Yəhudi, nəsrani və
Məcusi olmamışdan qabaq ölərsə nə deyirsə?». Peyğəmbər: «Allah onların nə edəcəklərini daha yaxşı
biləndir)». Müslim 2658.
326
Buxari.