91
təvəzökarlıq
üçün fəqirliyi, ona qovuşmaq üçün ölümü sevərəm,
günahlarıma kəffarə üçün xəstəliyi sevərəm”
299
. Ölüm mələyi İbrahim
-
əleyhissəlam - ın ruhunu almaq üçün gəlmişdir. İbrahim: “Ey Mələkul
Movt! Heç dost dostun ruhunu alarmı?”. Ölüm mələyi Rəbbinə dönərək
Allah ona buyurdu: İbrahim
- əleyhissəlam - de: Heç dost dosta
qovuşmaqdan çəkinərmi?”. Mələk bunu İbrahim
- əleyhissəlam - xəbər
verincə İbrahim: “Ruhumu al!” dedi
300
. Həyyan b. əl-Əsvəd deyir ki:
“Ölüm bir körpüdür. Dostu dosta qovuşdurur”
301
.
Ölümü Xatırlamaq: Ənəs
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölümü çox
xatırlayın. Çünki ölümü anmaq günahları təmizlər, insanın əlini dünyadan
çəkər, zəngin ikən ölümü xatırlamaq azğınlıqdan qoruyar,
fəqir ikən
ölümü xatırlamaq yaşamağa razı edər”
302
. Sələflər deyirlər ki: “Kim
ölümü çox zikr etsə ona üç şey ikram olunar: Tövbəni tezləşdirər,
qəlbində (az ruzi ilə) qənaətkar olar, ibadətində sevinc və fərəh hiss edər.
Kim də ölümü unudarsa ona üç şey ilə cəza verilər: Tövbəni gecikdirər,
(az ruzi ilə) qənaətkar olmaz, ibadətində tənbəl olar”
303
. İbrahim Teymi
–
rahmətullahi aleyhi - deyir ki: “İki şey məndən dünya ləzzətlərini kəsir:
“Ölümü və Allahın hüzurunda durmağı zikr etmək”
304
. İbrahim ət-Teymi
– rahmətullahi aleyhi - deyir ki: “Ölümü zikr etmək zənginlikdir”
305
. Kəb
– rahmətullahi aleyhi - deyir ki: “Kim ölümü haqqıyla tamsa dünyanın
müsibət və qəmi ona asant gələr”
306
. Malik b. Dinar
– rahmətullahi aleyhi
- deyir ki: “Əməl və ibadətdə qəlbin həyat tapması üçün ölümü zikr etmək
bəs edər”
307
.
Səfiyyə rəvayət edir ki, bir qadın qəlbinin sərtliyindən Aişə
-
radıyallahu anhə – yə şikayət edir. O: “Ölümü çox zikr et, qəlbin
yumşalır” dedi
308
. Əli
- radıyallahu anhu – deyir ki: “İnsanlar yatıblar,
öldükləri zaman oyanırlar”
309
.
Ölümü Xatırlamağa Yardımçı Olan Şeylər: Bureydə
- radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu:
«Qəbirləri ziyarət etməkdən sizləri qadağan etmişdim. Artıq
299
İbni sad “Tabaqat”, Beyhəqi “Şuab”, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
300
İmam Əhməd, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
301
İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
302
İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
303
İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
304
İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
305
İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
306
İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
307
İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
308
İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
309
İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
92
onları ziyarət edin…»
310
. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir
ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
«Anam üçün
istiğfar diləmək üçün Rəbbimdən izin istədim mənə izin vermədi. Qəbrini
ziyarət etmək üçün Rəbbimdən izin istədim mənə izin verdi. Siz də
qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölümü xatırladır»
311
. Əbu Səid
-
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu:
«Sizlərə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə
kim ziyarət etmək istəyərsə ziyarət etsin. Lakin çirkin söz söyləməsin»
312
.
Allaha Hüsnü Zən Etmək: Cabir –
radıyallahu anhu – rəvayət edir ki,
mən
Peyğəmbər - sallallahu aleyhi və səlləm – vəfatından üç gün qabaq
belə buyurduğunu eşitdim: «Sizlərdən hər hansı biriniz Allaha gözəl zənn
etməkdən başqa halı üzərə ölməsin»
313
. Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – öz Rəbbindən buyurdu: “Mən qulumun
qəlbində iki qorxu və iki
əminliyi cəm etmərəm. Kim məndən qorxsa, axirətdə onu əmin edərəm.
Kim də dünyada məndən (əzabımdan) əmin olsa, axirətdə onu qorxuda
buraxaram”
314
. Ənəs
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – ölüm anında olan bir gəncin yanına daxil
oldu. Ona: “Özünü necə hiss edirsən?” deyə buyurdu. O: “Allaha ümüd
edirəm və günahlarıma görə qorxuram” dedi. Peyğəmbər: “Belə bir
məqamda qulun qəlbində ümüd və qorxu birləşərsə Allah ümüd etdiyini
ona verər və qorxduğundan da onu əmin edər”
315
. İbrahim
– rahmətullahi
aleyi - deyir ki: “Sələflər ölüm üzərə olan kimsəyə Rəbbinə yaxşı zən
bəsləsin deyə gözəl əməllərini xatırlamağı gözəl görərdilər”
316
.
Ölüm Acı Bir Həqiqətdir: Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla
qarşılaşacaqdır. Ölüm anında insanın nə hislər keçirdiyini və ölümdən
sonra nələrin baş verdiyi haqda Bəra b. Azib
- radıyallahu anhu – rəvayət
edir ki, bir gün Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ilə birlikdə
ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə
yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında
sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə
vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr
əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək:
310
Müslim 977.
311
Müslim 976.
312
Əhməd 3/38, Heysəmi 3/57, Nəsəi 4/89.
313
Müslim 17/209, 2877. Əbu Davud 2097.
314
İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.
315
İbn Məcə 4261, Tirmizi, Əhməd, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. əl-Albani “Səhihdə”
1051.
316
İbn Əbi Dunyə “Kitabul Muhtadirin” s. 39-40.