86
etdikləriniz haqda düşünün. Çünkü o, gün düşünmək artıq fayda
verməyəcəkdir.
«Nəhayət qulaqları kar edən o, dəhşətli səs gələndə. O,
gün insan qaçacaq qardaşımdan, anasından, atasından, zövcəsindən,
oğullarından. O, gün onlardan hər birinin istənilən qədər işi olacaqdır».
(Əbəsə 31-37). «Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını
unudar, hər bir hamilə qadın vaxtından əvvəl yerə qoyar. İnsanları
sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın
əzabının şiddətli olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə
- radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar
onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən
iman etməmiş heç bir kəsə iman
etməsinin fayda verməyəcəyi
zamandır»
282
.
QİYAMƏTİN ADLARI
Qurani Kərimdən bizə məlum olan Qiyamət gününün bir çox adları
vardır.
1. Yəumul-Bəss – məşhərə göndərilən gün. (ər-Rum 56).
2. Yəumul-Xuruc – çıxarılacaq günü. (Qaf 42).
3. Yəumul-Qiyəmə
– qalxacaqları gün. (əl-Qiyamət 1).
4. Yəumul-Həşr
– toplanma günü. (Qaf 44).
5. Yəumul-Fəsl – ayırd etmə günü. (ən-Nəbə 17).
6. Yəumul-Cəma
– cəm etmə günü. (əş-Şura 7).
7. Yəumul-Hisəb
– haqq-hesab günü. (Sad 16).
8. Yəumul-Vaid – vəd olunmuş gün. (Qaf 20).
9. Yəumul-Həsra
– peşmançılıq günü. (Məryəm 39).
10. Yəumul-Xulud
– əbədiyyat günü. (Qaf 34).
11. Dərul-Xuld – əbədiyyət yurdu. (Fussilət 28).
12. Yəumut-Tələq
– qarşılaşma günü. (Ğafir 15).
13. Yəumud-Din
– sorğu-sual günü. (əl-Fatihə 4).
14. Həqqa – haqq üzə çıxacağı gün. (əl-Haqqə).
15. Qariə
– qəlbləri təşvişə salan gün. (əl-Qariə 1-2).
16. Ğaşiyə
– qəlbləri dəhşət bürüyən gün. (əl-Ğaşiyə 1-2).
17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun).
18. Əzifə
– yaxınlaşmaq günü. (ən-Nəcm 57) və s.
282
Buxari, Müslim
87
ÖLÜM
Bizlər ölən yaxud öldürülən, ya da hər hansı bir səbəblə həyatı sona
çatan hər bir kəsin əcəli ilə öldüyünə və onun əcəlindən heç bir şeyin
əskilmədiyinə iman edirik.
(Ya Muhəmməd!) De ki: «Sizə müvəkkil olan
ölüm mələyi canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin
hüzuruna qaytarılacaqsınız». (əs-Səcdə 11). «Can boğaza yetişdiyi
zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona
sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən (dediyiniz
kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, və
əgər (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda
doğrusunuzsa, bəlkə o çıxan canı geri (bədənə) qaytarasınız». (əl-Vaqiə
83-87).
Ölüm İki Cürdür:
1. Yuxu – Allah Qurani Kərimdə yuxunu ölüm
adlandırır.
«Allah (əcəli çatan kimsələrin) canlarını öldüyü zaman,
ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar».
(çünkü yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi
kəsilir)». (əz-Zumər 42). Həmçinin Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – sübh namazına yatıb qaldıqda buyurdu: «Allah bizim ruhumuzu
aldı və istədiyi vaxt qaytardı»
283
.
2. Həqiqi Ölüm – «Yer üzündə olan hər kəs fanidir (ölümə
məhkumdur)». (ər-Rahmən 26). «Hər kəs ölümü dadacaqdır». (əl-Ənbiya
35).
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır,
ondan qaça
bilmir. Canlı varlılıqların heç biri bu həqiqətə qarşı durmaq qüdrətinə
malik deyillər. O, hər an baş verə bilər, onunla böyük də, kiçik də, varlı
da, kasıb da, güclü də, zəif də üzləşir.
«Hər bir kəs ölümü dadacaqdır».
(Ali-İmran 185). (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və
(müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq
assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru deyirsinizsə,
onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).
Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas
yoxdur, ona mane olacaq bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını
almaq, onu gecikdirmək də olmaz. Ona təslim olmaqdan başqa bir çıxış
yolu da yoxdur.
«Heç kəs səhər nə əldə edəcəyini (savab, yaxud günah
qazanacağını) heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki,
(hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).
283
Buxari, Müslim.
88
Həyatı bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış
müddətdə insan istər evində, istər ailəsi yanında, istər ruzi axtarışında və
s. harda olursa olsun verdiyini geri alan da Allahdır.
«Harada olursunuz
olun, hətta uca və möhkəm qalalar içərsində olsanız belə, ölüm sizi
haqlayacaqdır». (ən-Nisa 78).
Bu günə qədər heç bir kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların
ən xeyirliləri olan Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər.
Baxın, görün Allah onlar haqqında nə buyurur:
(Ya Muhəmməd!) «Səndən
əvvəl də (dünyada) heç kəsə əbədi həyat (ölməzlik) vermədik. Belə
olduqda sən ölsən onlar dirimi qalacaqlar?» (əl-Ənbiya 34). (Ya
Peyğəmbər!) «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər». (əz-
Zumər 30).
Bəli, bu qədər ayələri dinlədikdən sonra «Beş günlük dünyadır, kef
etmək lazımdır» deyənlərin aqibəti necə olacaqdır.
«Xeyr, can boğaza
(körpücük sümüklərinə) gəlib yetişəcəyi, (ailə üzvləri tərəfindən onu bu
bəladan) kim xilas edə bilər? deyiləcəyi, (can üstə olan kimsə) ayrılıq
qəminin gəlib çatdığını anlayacağı, və (ölüm qorxusundan) qıçı-qıçına
dolaşacağı zaman, aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey
insan). Beləliklə o nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma
(Allah kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü
darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay
sənin halına, vay!». (əl-Qiyamə 26-35). Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan ölümü tez-tez yada
salın»
284
. İmam Şafii
– rahmətullahi aleyhi – deyir ki: «Ey Adəm övladı!
Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafdakılar isə sevinirdilər.
Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən sevinəsən».
Bütün varlılıqların yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan başqa
qayıdış məqamı yoxdur. Bu qayıdışdan başqa bir tale yoxdur. Fərq yalnız
əməl və niyyətdə, gedilmiş yol və məqsəddədir. Son isə birdir: «Müəyyən
olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha qayıdışdır,
məhşər
və toplanış günündə cəmləşməkdir. Allahdan mərhəmət və məğfirət ya da
qəzəb və əzabdır». Əbu Zərr əl-Ğifari
- radıyallahu anhu –, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – Uca və Böyük olan Allahdan belə
buyurmuşdu: «Ey mənim qullarım! Mən zülmü özümə haram etdim. Onu
sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm
etməyin…. Ey mənim qullarım, nə etsəniz onlar sizin əməllərinizdi. Mən
onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər
kim xeyir
əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan başqa bir
284
İmam Əhməd 2/293, Tirmizi 2307, Nəsəi 4/5, İbn Məcə 4258, İbn Hibban 2559, əl-Həkim 4/321.