Microsoft Word Aqida Kitabi doc


öldükdən sonra necə dirildir. Doğurdan da o, ölüləri dirildəndir. Allah



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə52/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

 
107
öldükdən sonra necə dirildir. Doğurdan da o, ölüləri dirildəndir. Allah 
hər  şeyə qadirdir». (ər-Rum 50). «Onun qüdrət nişanələrindən biri də 
budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi 
hərəkətə  gəlib qabarar. Onu dirildən  şübhəsiz ki, ölüləri də 
dirildəcəkdir. Allah hər şeyə qadirdir». (əl-Fussilət 39). (Ey insan!) Sən 
yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, 
hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, 
Allah haqdır, ölüləri dirildir və o hər şeyə qadirdir». (əl-Həcc 5-6). Ölü 
bir  ərazinin yağışla canlanaraq üzərində bitkilərin yaşarması, yoxdan 
yaradan Allahın qiyaməttdən sonra ölüləri dirildəcəyinə dəlildir.  
əl-Aqili  – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, istər başqası tərəfindən 
öldürülüb yerə  yıxılmış olsun, istər dəfn edilmiş bir ölü olsun, yer 
üzərində qəbri açılıb yarılmayacaq heç bir kimsə yoxdur..Mən dedim: «Ey 
Allahın Rəsulu! Çürümüş və yırtıcı heyvanlar bizləri parça-parça etmişkən 
Allah bizi necə toplayıb bir araya gətirəcəkdir». O, buyurdu: «Mən sənə 
bunun bənzərini Allahın nemətləri arasından bildirərəm. Sən yerüzünü 
çürümüş  və darmadağınlıq gördüyün vaxt, bu bir daha canlanmaz 
deyirsən. Uca Allah oraya səmadan yağmur endirdikdən sonra, aradan bir 
neçə gün keçdikdən sonra sən yenə oranı görürsən. Bu dəfə  hər tərəfin 
qabarıb, canlandığını görürsən. Allaha and olsu ki, o sizləri bir araya 
gətirib toplamağa qadirdir. Bu səbəblə sizlər də yatdığınız yerlərdən 
çıxardılacaqsınız»
335

4. Allah Qurani Kərimdə göyləri və yerləri necə yaratdığını misal çəkir. 
«Doğrudan da göylərin və yerin yaradılışı insanların yaradılışından 
daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz».  (əl-Mumin 
57).  «Məgər onlar göyləri və yeri yaratmış  və onları yaratmaqdan 
yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb 
anlamırlarmı?».  (əl-Əhqaf 33). Göylərin və Yerlərin böyüklüyünə 
rəğmən onları yaradan, onlara görə çox kiçik olan insanı  əlbəttə  təkrar 
yaratmağa qadirdir.  
5. Allah insanları diriltdikdən sonra bəzilərinə  cəza, bəzilərinə  də 
mükafat verəcəkdir.  «Yoxsa biz iman gətirib yaxşı  işlər görənləri yer 
üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq? Yaxud Allahdan qorxub 
pis  əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik».  (Sad 28). 
«Qiyamət mütləq gələcəkdir. Hər kəs etdiyi əməlin  əvəzini  (mükafatını, 
yaxud cəzasını) alsın deyə, mən onu (insanlardan) gizli saxlayıram». (Ta 
ha 15). «O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri 
                                                 
335
 İmam Əhməd «Musnəd» 4/13,14.  


 
108
isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır». (ən-Nəcm 31). 
Hər şeyi hikmətlə yaradan Allah insanları başıboş bıraxmaq, onları boşuna 
yaratmamışdır. Əmir və qadağalarını boşuna verməz, etdikləri əməlləri də 
hesabsız buraxmaz.  
6. Allah Qurani Kərimdə insanları  əbəs yerə yaratmadığını buyurur. 
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (Qiyamət günü dirilib haqq-hesab 
üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». (əl-Muminun 
115).  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu. Uca Allah buyurdu: «Adəm oğlu 
məni yalanladı, lakin o, belə etmək haqqına sahib deyildir. Onun məni 
yalanlaması: «Məni ilk yoxdan yaratdığı kimi təkrar məni yaratmayacaq-
dır» deməsidir. Halbuki təkrar yaratmaq mənim üçün onu ilk yaratmaqdan 
daha çətin deyildir»
336
.  
7. Allah Qurani Kərimdə əvvəlki ümmətləri necə diriltdiyini misal çəkir. 
«Və yadınıza salın ki, siz: «Ya Musa, Allahı aşkar surətdə görməyincə, 
heç vaxt sənə inanmayacağıq» dediyiniz zaman gözünüz görə-görə sizi 
ildırım vurmuşdu. Bəlkə  şükr edəsiniz deyə, biz sizi sonra yenidən 
diriltdik.  (əl-Bəqərə 55-56). «(Ya Muhəmməd!)  «Minlərlə adamın 
(taundan) ölüm qorxusu ilə öz yurdlarını  tərk edib getdiklərini 
görmədinmi?» Allah onlara: «Ölün!» dedi və sonra da (yenidən) diriltdi. 
Həqiqətən Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr 
etməzlər.  (əl-Bəqərə 243). «Yaxud damları çökmüş, divarları uçulmuş 
bir kəndin yanından keçən şəxsin əhvalatını bilmirsən? O şəxs: «Əcaba, 
Allah bu kəndi ölümündən sonra necə dirildəcək» demişdir. Belə 
olduqda Allah onu yüz il ölü saxladı, sonra dirildərək ondan: «Nə qədər 
yatmısan?» deyə soruşdu. O da: «Bir gün bəlkədə bir gündən də az» 
deyə cavab verdi. Allah ona: «Bəlkə yüz il yatmısan, yediyin yeməyə, 
içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni 
insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi 
uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, 
sonra da onların üzərini ətlə örtürük?» deyə buyurdu. O, şəxsə bunlar 
aydın olduqda: «Artıq bildim ki, Allah hər  şeyə qadirdir». (Ya 
Muhəmməd!) Xatırla ki, İbrahim: «Ey Rəbbim! ölüləri nə cür diriltdiyini 
mənə göstər!» dedikdə, Allah: «Məgər  (ölüləri diriltməyimə) 
inanmırsan?» buyurmuşdu.  İbrahim: «Bəli, inanıram lakin ürəyim 
sakit olmaq üçün soruşdum» deyə cavab vermişdi. (Bu zaman) Allah ona 
buyurmuşdu: «Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) 
onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər 
                                                 
336
 Buxari, Nəsəi 4/112, Musnəd 2/317,350. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə