Microsoft Word Aqida Kitabi doc


nəzərə alarıq. Haqq-hesab çəkməyə biz kifayətik»



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə55/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

 
113
nəzərə alarıq. Haqq-hesab çəkməyə biz kifayətik».  (əl-Ənbiya 47). «O, 
gün tərəzisi ağır gələn kimsə (Cənnətdə) xoş güzaran içində olacaqdır! 
Tərəzisi yüngül gələn kimsənin isə  Məskəni Həviyə olacaqdır! 
Bilirsənmi Həviyə  nədir? O, çox qızmar bir atəşdir».  (əl-Qariə 6-11). 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Hər kim incədən-
incəyə (yüngül) hesaba çəkilərsə o, əzaba uğramış olacaqdır». Aişə  
radıyallahu anhə – dedi: Allah: «Onunla yüngül haqq-hesab çəkiləcək». 
(əl-İnşiqaq 8) deyə buyurmadımı?» Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «O, əməllərin  ərzi haqqındadır. Qiyamət günü hesaba 
çəkilən  əzab görəcəkdir»
347
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz 
ki, Qiyamət günü iri cüssəli, yekə  bədənli birini gətirirlər. Lakin Allah 
yanında ağcaqanadın qanadı  ağırlığında (bir savabı) da olmaz. Bu ayəni 
oxuyun: «Onlar o, kəslərdir ki, Rəbbinin ayələrini və onun hüzurunda 
duracaqlarını inkar etdilər. Onların bütün əməlləri puça çıxmışdı. Buna 
görə  də biz onlar üçün heç bir daş-tərəzi qurmayacağıq».  (əl-Kəhf 
105)
348
. Abdullah b. Amr b. As - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamət günü 
tərəzilər qurulur. Adam gətrilir və  tərəzinin bir gözünə qoyulur. 
Əməllərini isə digər gözünə qoyurlar. (Günah) əməlləri çox olduğundan o, 
adam Cəhənnəmə göndərilir. Cəhənnəmə gedərkən Allahın yanından bir 
carçı: «Tələsməyin! Onun çəkilməmiş bir həsənəti qaldı» deyər. Üzərində 
Lə  İləhə  İlləllah yazılmış bir kağız parçası  gətrilir və adamla birlikdə 
tərəziyə qoyulur və tərəzisi ağır gəlir»
349
. İbn Məsud - radıyallahu anhu – 
bir dəfə  Ərak ağacından bir misvaq qırdıqda ayaqlarının olduqca incə 
olduğundan onu görənlər gülməyə başladılar. Peyğəmbər  sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Nəyə gülürsünüz?». Onlar: «Ey Allahın 
Rəsulu! Ayaqlarının incəliyinə gülürük!» O, buyurdu: «Nəfsim  əlində 
olan Allaha and olsun ki, onlar mizanda (tərəzidə) Uhuddan da ağır 
gələcəklər»
350
.  Əbu Darda - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Tərəziyə qoyulacaq 
ən ağır şey gözəl əxlaqdır»
351

Bütün bu əməllərdən başqa insanın etdiyi zikrlər də  tərəzilərdə 
çəkiləcəkdir.  Əbu Məlik  əl-Əşari  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Təharət imanın 
                                                 
347
 Buxari, Müslim 5122.  
348
 Müslim 4991.  
349
 Əhməd 2/221.  
350
 İmam Əhməd «Musnəd» 1/420,421, Təbərani 8452.  
351
 Əhməd 6/452, Tirmizi «Birr».  


 
114
yarsıdır,  Əlhəmdulilləh  də mizanı doldurur»
352
. Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Rəhmanın sevdiyi, mizanda ağır gələn və 
dildə yüngül iki kəlmə vardır: «Subhənəllahi və Bihəmdihi və 
Subhənəllahil Azim»
353
.  
Qulun etdiyi bütün əməllər çəkiləcəkdir.  Əgər xeyr işləmişsə xeyr 
görəcəkdir, əgər pislik etmişsə pisliklə qarşılaşacaqdır. «Kim zərrə qədər 
yaxşı  iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə  qədər pis iş 
görmüşdürsə, onun zərərini görəcəkdir».  (əz-Zilzal 7-8). «Rəbbinə and 
olsun ki, biz onların hamısını sorğu-suala çəkəcəyik».  (əl-Hicr 92). 
«Oğlum bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud 
göylərdə  və ya yerin tərkində olsa da, Allah onu ortaya gətirər. 
HəqiqətənAllah bütün incə  və nazik işləri bilən Lətif və xabirdir». 
(Loğman 16).  
Buna görə də yaxşılıq on qatdan yeddi yüz qata və Allahın qullara olan 
lütfü, qullarına bir ehsan olmaq üçün daha çox qatlarla da mükafatlan-
dırılacaqdır. Pis əmələ  gəldikdə isə pisliyin də  əvəzi onun bir bənzəri 
olacaqdır.  İnsan işlətdiyi pislikdən başqası ilə  cəzalandırılmayacaqdır. 
«Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis 
bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq 
edilməz». (əl-Ənam 160). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, 
Rəsulullah  – sallallahu aleyhi və  səlləm –  də Uca və Böyük Allahdan 
etdiyi rəvayətdə buyurur: «Allah bütün yaxşı və pis əməlləri yazmışdır». 
Sonra bunu açıqladı: «Hər kim bir yaxşılıq etməyi niyyət edib, lakin onu 
yerinə yetirməzsə Allah onu öz dərgahında tam bir həsənət (savab) olaraq 
yazar. Hər kim də bir yaxşıliq etməyi niyyət edib və onu yerinə yetirərsə, 
Allah onu öz dərgahında on həsənətdən, yeddi yüz həsənətə qədər yazar. 
Hər kim bir pis əməl etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə, 
Allah onu öz dərgahında bir həsənət olaraq yazar. Hər kim bir pis əməl 
etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında tam 
bir pis əməl olaraq yazar»
354

Qiyamət Günü Haqq-Hesab İki Cür Olacaqdır:  
1.  Hisəbul-Ərz    təqdim etmək deməkdir. Onlara əməlləri təqdim 
olunacaqdır. Məs: Əbu Abdurrahman ən-Nubulli deyir ki, mən Abdullah 
b. Amr - radıyallahu anhu – nun belə dediyini eşitdim: Rəsulullah  
sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamət günü mənim 
ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun 
                                                 
352
 Müslim.  
353
 Buxari, Müslim. 
354
 Buxari, Müslim. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə