Microsoft Word Aqida Kitabi doc


dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə53/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   49   50   51   52   53   54   55   56   ...   79

 
109
dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına 
gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Bəqərə 
259-260).  
Öldükdən sonra dirilişi inkar edənlərə bu inkar olunmaz dəlillər 
açıqlandıqdan sonra yenə inkarları üzərində israr edəcək olurlarsa haqqa 
qarşı bilə-bilə dirənən inadkar kimsələrdəndir. Belələrinin aqibəti: «O gün 
vay halına yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan 
sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. 
Ayələrmiz ona oxunduğu zaman: «(Bunlar)  əvvəlkilərin uydurub 
düzəltdikləri  əfsanələrdir!» deyər. Xeyr, (belə deyildir)  Əslində onların 
qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar 
Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid 
olacaqlar. Sonra da onlara: «Bu sizin (dünyada) yalan saydığınız 
Cəhənnəmdir!» deyiləcəkdir». (əl-Mutaffifin 10-17).  
 
HƏŞR VƏ MƏHŞƏR 
Əhli Sünnə vəl Cəmaat insanların öldükdən sonra sorğu-sual olunmaları 
üçün Həşr olunacaqlarına da iman edirlər.  İnsanlar dirildikdən sonra 
mələklər onları  çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) olaraq 
Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. «Siz 
bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə 
verdiyimiz  (var-dövləti,  əhli-əyalı) arxanızda  (dünyada) qoyub 
gəlmisiniz».  (əl-Ənam 94). «Biz Qiyamət günü onları üzü üstə sürünə-
sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». (əl-İsra 97). «O, 
gün (Qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O 
vaxt) yeri dümdüz görəcəksən,  (möminləri və kafirləri) bir yerə 
toplayacaq, onların heç birini (kənarda) qoymayacayıq». (Kəhf 47). «O, 
gün  (Qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm 
elçilər (şahanə qafilərlə gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 
85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç bir başqa tərəfə meyl 
etmədən  (hamını  məhşərə) çağıran  İsrafilin ardınca gedəcəklər. 
Rəhmanın (əzəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı 
eşidəcəksən». (Ta ha 108). «Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız, 
sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və 
birdə öndə olanlar, öndə olanlar!» (əl-Vaqiə 7-10). Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «İnsanlar Qiyamət günü çılpaq, 
ayaqyalın və  və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz və 
şübhəsiz yaradılmışlar arasında Qiyamət günündə ilk paltar geyindirilən 


 
110
adam  İbrahim  –  əlehissəlam – olacaqdır
337
». Aişə  - radıyallahu anhə – 
dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə  çılpaq olaraq həşr 
ediləcəklər və) bir-birlərinə baxmayacaqlar?». Peyğəmbər  sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə  ağır 
olacaqdır»
338
. Abdullah b. Abbas - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, sizlər 
Allaha yürüyərək, çılpaq, ayaqyalın və sünnətsiz olaraq qovuşacaq-
sınız»
339
. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamət günü insanlar üç qrup 
olaraq həşr ediləcəklər. Yürüyənlər sinifi, miniklilər sinifi və üzü üstə 
sürünənlər sinifi». Ey Allahın Rəsulu! Nəcə olur ki, kafir üzü üstə  həşr 
edilir». Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Dünyada 
onu iki ayağı üstündə yeridən, Qiyamət günündə onu üzü üstə yeritməyə 
qadir deyilmi?»
340
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamət günü insanlar üç qrup olaraq həşr ediləcəklər. Birinci firqə - 
istəklilər, qorxanlar. İkinci firqə - İkisi bir dəvə üstündə, üçü bir dəvə 
üstündə, dördü bir dəvə üstündə, onu bir dəvə üstündə olaraq (məşhərə) 
gələrlər. Qalanlarını isə məşriqdən alıb önünə qataraq məğribə götürən və 
orada toplayacaq olan bir atəşdir (Başqa rəvayətdə: Atəş onları önünə 
qatıb həşr yerinə  gətirəcəkdir. Atəş onların dincəldikləri yerdə dincələr, 
axşamladıqları yerdə də onlarla birlikdə axşamlar, sabahladıqları yerdə isə 
onlarla bərabər sabahlayar)»
341
.  
Movqif – (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru 
yaxınlaşacaqdır və insanları  tər, həyacan bürüyəcəkdir. Kimi topuqlarına 
qədər, kimisi diz qapaqlarına qədər, kimisi sinəsinə  qədər, kimisi də 
qırtlağına qədər tərə düşəcəkdir.  «(Ya Muhəmməd!) Allahı zalimlərin 
etdikləri əməllərdən əsla qafil sanma! Allah onları cəzasını yubadıb elə 
bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, 
onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də  qıpa bilməzlər. 
Onların qəlbləri də boşdur».  (Ürəkləri duyğusuzdur, orada xeyrdən heç 
bir  əsər-əlamət yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları 
ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə qorxut. 
(O, gün) zalimlərin nə bir dostu, nə  də sözü keçən bir şəfaətçisi olar. 
Allah gözlərin xəyanətini və  qəlblərin gizlətdiyini biləndir».  (əl-Mumin 
                                                 
337
  İbrahim  -  əleyhissəlam - ın geyindirilməsinə  səbəb: Oda atıldığı zaman qövmü tərəfindən 
soyundurulub atılmasıdır. Buna görə də Allah Qiyamət günü ilk olaraq onu geyindirəcəkdir.  
338
 Buxari, Müslim 5102.  
339
 Müslim 5103.  
340
 Buxari, Müslim 5105, 5020.  
341
 Buxari «Ənbiya» 1/4, 7/194, Müslim «Fitən»39. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə