Microsoft Word Aqida Kitabi doc


«Ey cinlər və insanlar! Sizinlə  əməlli-başlı  məşğul olacağıq»



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə54/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   50   51   52   53   54   55   56   57   ...   79

 
111
18).  «Ey cinlər və insanlar! Sizinlə  əməlli-başlı  məşğul olacağıq».  (ər-
Rəhman 31). «Ruhun  (Cəbrailin)  və  mələklərin səf-səf duracağı gün 
Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, 
danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Cabir - radıyallahu anhu 
–  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qul hansı halı üzərə ölmüşsə, yenə də o, halı üzərə diriləcəkdir»
342
. İbn 
Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi 
və  səlləm - buyurdu: «İnsanlar aləmlərin Rəbbi üçün Qiyama durduqları 
gün – ayəsi barəsində belə buyurduğunu xəbər verdi: İnsanların hər biri 
qulaqlarının yarısına qədər tərə batmış olaraq qiyama duracaqlar”
343
. Əbu 
Hureyrə – radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu 
aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Qiyamət günü tər yerin dibini 70 
qulac isladacaqdır və heç şübhəsiz ki, insanların təri ağızlarına, 
qulaqlarına qədər çatacaqdır. Ravi Sevr: “Bunların hansını söylədiyində 
tərəddüt etmişdir»
344
.  
Əməllərinə görə isə bir qrup insanlar o, dəhşətli bir gündə Allah – 
subhənəhu və  təalə – nin kölgəsi altında olacaqlar. Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Yeddi sinif insan vardır ki, heç bir 
kölgənin olmadığı bir gündə Allah onları öz kölgəsi altında 
kölgələyəcəkdir: «Ədalətli imam (dövlət başçısı), Allaha ibadət etməklə 
böyüyən bir gənc, qəlbi məscidlərə bağlı olan bir kimsə, bir-birlərini Allah 
rizası üçün sevən kimsə (görüşəndə  də, ayrılanda da bunu Allah üçün 
edərlər), gözəl bir qadın tərəfindən (zinaya) çağırılan zaman - mən 
Allahdan qorxuram - deyib ondan uzaqlaşan kimsə, sağ əlin verdiyini sol 
əlinin bilməyəcəyi şəkildə (gizli) sədəqə verən kimsə, təklikdə Allahı yad 
edib göz yaşı tökən kimsə»
345
. Allah bizi də onlardan etsin. Amin! 
 
HAQQ-HESAB 
Əhli Sünnə  vəl Cəmaat insanların dirildikdən sonra əməllərinin 
qarşılığının veriləcəyinə  və  əməllərinin hesaba çəkiləcəyinə inanırlar. 
Əməl səhifələri açılacaqdır. Kitabı sağ  tərəfdən veriləcək olanlar yüngül 
haqq-hesab olunacaqlar və onlar yaxınlarının yanına sevinclə dönəcəkdir. 
Kitabı sol tərəfdən və ya arxa tərəfdən verilən kimsə isə  həlak olmasını 
təmənna edərək Cəhənnəmə atılacaqdır. O: «Kaş ki, mənə kitabım 
verilməyərdi! Kaş ki, hesabımın nə olduğunu bilməzdim!» deyəcəkdir. 
                                                 
342
 Müslim «Cənnət» 3/83.  
343
 Müslim 5106.  
344
 Buxari “Riqaq” 47, Müslim “Cənnət” 61, 2863.  
345
 Buxari, Müslim. 


 
112
«Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən 
peyğəmbərləri də sorğu-sual edəcəyik».  (əl-Əraf 6). «Əməl dəftərləri 
açılacağı zaman». (ət-Təkvir 10). «Kimin  əməl dəftəri sağ  əlinə 
verilmişsə onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin, 
yaxınlarının yanına sevinclə qayıdacaqdır. Kimin əməl dəftəri arxa 
tərəfdən verilmişsə o: «Ay öldüm!» deyə  şivən qopardacaq və 
Cəhənnəmə varid olacaqdır». (əl-İnşiqaq 7-10). «Əməl dəftəri sağ əlinə 
verilən kimsə deyəcəkdir: «Alın,  əməl dəftərimi oxuyun. Mən öz 
hesabıma yetişəcəyimə möhkəm inanmışdım!» Bundan belə o, xoş 
güzaran içində yüksək bir Cənnətdə olacaqdır.  Əməl dəftəri sol əlinə 
verilən isə deyəcəkdir: «Kaş  əməl dəftərim mənə verilməyəydi
hesabımın nə olduğunu bilməyəydim!». (əl-Haqqə 19-27). «Əməl dəftəri 
qarşısına qoyulacaq. (Ya Muhəmməd!) günahkarların orada yazılmış pis 
əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay 
halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahlarımızı 
nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49). «Biz 
hər bir insanın  əməlini öz boynundan asar və qiyamət günü (bütün 
əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən 
özün-özünə haqq-hesab çəkməyə kifayətsən».  (əl-İsra 13-14).  Ənəs  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – güldü və nəyə görə güldüyünü səhabələrdən soruşdu. Biz: «Allah 
və  Rəsulu daha gözəl bilir» dedik. Peyğəmbər: «Qulun Rəbbinə olan 
xitabından» deyə buyurdu. Qul: «Ey Rəbbim! Sən məni zülmdən 
qorumadınmı?» dedi. Allah: «Bəli, qorudum» deyə buyurar. Qul: «Mən 
bu gün özüm üçün özümün şahidliyindən başqa heç kəsi istəmirəm» 
deyər. Allah: «Bu gün sənə  tək  şahid olaraq nəfsin, çox şahid olaraq 
Kiramən Kətibin kifayət edər». Ağzına möhür vurulur və digər 
orqanlarına danış deyilər. Onlar da qulun əməlini bir-bir xəbər verərlər. 
Sonra qul danışmaq üçün sərbəst buraxılır. Qul orqanlarına: «Vay olsun 
sizə! Uzaq olun məndən! Mən sizin qurtulmağınız üçün çalışırdım» 
deyər
346
.  
Qiyamət günü tərəzilər qurulacaq və bununla qulların  əməlləri 
çəkiləcəkdir. Qulun əməllərinin əvəzi hesaba çəkiləcəkdir və etdiklərinin 
qarşılığı onlara veriləcəkdir.  «O, gün əməllərin çəkilməsi haqdır. 
Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə 
ayələrmizə haqsızlıq etdiklərindən özlərinə  zərər eləyənlərdir».  (əl-Əraf 
8-9). «Biz Qiyamət günü ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq 
edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli 
                                                 
346
 Müslim 2969. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə