111
18). «Ey cinlər və insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-
Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün
Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq,
danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Cabir
- radıyallahu anhu
– rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Qul hansı halı üzərə ölmüşsə, yenə də o, halı üzərə diriləcəkdir»
342
. İbn
Ömər –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi
və səlləm - buyurdu: «İnsanlar aləmlərin Rəbbi üçün Qiyama durduqları
gün – ayəsi barəsində belə buyurduğunu xəbər verdi: İnsanların hər biri
qulaqlarının yarısına qədər tərə batmış olaraq qiyama duracaqlar”
343
. Əbu
Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah - sallallahu
aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Qiyamət günü tər yerin dibini
70
qulac isladacaqdır və heç şübhəsiz ki, insanların təri ağızlarına,
qulaqlarına qədər çatacaqdır. Ravi Sevr: “Bunların hansını söylədiyində
tərəddüt etmişdir»
344
.
Əməllərinə görə isə bir
qrup insanlar o, dəhşətli bir gündə Allah
–
subhənəhu və təalə – nin kölgəsi altında olacaqlar. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Yeddi sinif insan vardır ki, heç bir
kölgənin olmadığı bir gündə Allah onları öz kölgəsi altında
kölgələyəcəkdir: «Ədalətli imam (dövlət başçısı), Allaha ibadət etməklə
böyüyən
bir gənc, qəlbi məscidlərə bağlı olan bir kimsə, bir-birlərini Allah
rizası üçün sevən kimsə (görüşəndə də, ayrılanda da bunu Allah üçün
edərlər), gözəl bir qadın tərəfindən (zinaya) çağırılan zaman
- mən
Allahdan qorxuram - deyib
ondan uzaqlaşan kimsə, sağ əlin verdiyini sol
əlinin bilməyəcəyi şəkildə (gizli) sədəqə verən kimsə, təklikdə Allahı yad
edib göz yaşı tökən kimsə»
345
. Allah bizi də onlardan etsin. Amin!
HAQQ-HESAB
Əhli Sünnə vəl Cəmaat insanların dirildikdən sonra əməllərinin
qarşılığının veriləcəyinə və əməllərinin hesaba çəkiləcəyinə inanırlar.
Əməl səhifələri açılacaqdır. Kitabı sağ tərəfdən veriləcək olanlar yüngül
haqq-hesab olunacaqlar və onlar yaxınlarının yanına sevinclə dönəcəkdir.
Kitabı sol tərəfdən və ya arxa tərəfdən verilən kimsə isə həlak olmasını
təmənna edərək Cəhənnəmə atılacaqdır. O: «Kaş ki, mənə kitabım
verilməyərdi! Kaş ki, hesabımın nə olduğunu bilməzdim!» deyəcəkdir.
342
Müslim «Cənnət» 3/83.
343
Müslim 5106.
344
Buxari “Riqaq” 47, Müslim “Cənnət” 61, 2863.
345
Buxari, Müslim.
112
«Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən
peyğəmbərləri də sorğu-sual edəcəyik». (əl-Əraf 6). «Əməl dəftərləri
açılacağı zaman». (ət-Təkvir 10). «Kimin əməl dəftəri sağ əlinə
verilmişsə onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin,
yaxınlarının yanına sevinclə qayıdacaqdır. Kimin əməl dəftəri arxa
tərəfdən verilmişsə o: «Ay öldüm!» deyə şivən qopardacaq və
Cəhənnəmə varid olacaqdır». (əl-İnşiqaq 7-10). «Əməl dəftəri sağ əlinə
verilən kimsə deyəcəkdir: «Alın, əməl dəftərimi oxuyun. Mən öz
hesabıma yetişəcəyimə möhkəm inanmışdım!» Bundan belə o, xoş
güzaran içində yüksək bir Cənnətdə olacaqdır. Əməl dəftəri sol əlinə
verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi,
hesabımın nə olduğunu bilməyəydim!». (əl-Haqqə 19-27). «Əməl dəftəri
qarşısına qoyulacaq. (Ya Muhəmməd!) günahkarların orada yazılmış pis
əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay
halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahlarımızı
nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49). «Biz
hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün
əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən
özün-özünə haqq-hesab çəkməyə kifayətsən». (əl-İsra 13-14). Ənəs
-
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – güldü və nəyə görə güldüyünü səhabələrdən soruşdu. Biz: «Allah
və Rəsulu daha gözəl bilir» dedik. Peyğəmbər: «Qulun Rəbbinə olan
xitabından» deyə buyurdu. Qul: «Ey Rəbbim! Sən məni zülmdən
qorumadınmı?» dedi. Allah: «Bəli, qorudum» deyə buyurar. Qul: «Mən
bu gün özüm üçün özümün şahidliyindən başqa heç kəsi istəmirəm»
deyər. Allah: «Bu gün sənə tək şahid olaraq nəfsin, çox şahid olaraq
Kiramən Kətibin kifayət edər». Ağzına möhür
vurulur və digər
orqanlarına danış deyilər. Onlar da qulun əməlini bir-bir xəbər verərlər.
Sonra qul danışmaq üçün sərbəst buraxılır. Qul orqanlarına: «Vay olsun
sizə! Uzaq olun məndən! Mən sizin qurtulmağınız üçün çalışırdım»
deyər
346
.
Qiyamət günü tərəzilər qurulacaq və bununla qulların əməlləri
çəkiləcəkdir. Qulun əməllərinin əvəzi hesaba çəkiləcəkdir və etdiklərinin
qarşılığı onlara veriləcəkdir.
«O, gün əməllərin çəkilməsi haqdır.
Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə
ayələrmizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir». (əl-Əraf
8-9). «Biz Qiyamət günü ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq
edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli
346
Müslim 2969.